Keçid linkləri

Təcili xəbərlər

Azərbaycanda demokratiya oyunbazlığı


Rebecca Vincent
Rebecca Vincent
-
“Mənim siyasi opponentlərimdən heç biri həbsxanada deyil.”

“Azərbaycanda siyasi məhbus yoxdur.”

“Azərbaycanda heç kim siyasi motivlərlə həbs edilməyib.”

“Sərbəst toplaşma azadlığı tam təmin edilib, elə media azadlığı da.”

“Bizdə azad internet var …siyasi senzura yoxdur.”

“Bütün siyasi partiyalar açıq və azad fəaliyyət göstərir.”
“Biz Avropa Şurası qarşısında götürdüyümüz demokratik inkişaf, insan haqları və bütün azadlıqlara dair öhdəliklərimizə əməl edirik.”



Bütün bunları Azərbaycan prezidenti İlham Əliyev iyunun 21-də Brüsseldə Avropa İttifaqının vəzifəli rəsmiləri ilə görüşdən sonra keçirdiyi mətbuat konfransında iddia edib.

Vladimir İliç Leninin məşhur bir kəlamı var: “Dəfələrlə deyilən yalan yazılan həqiqətə çevrilir”. Belə görünür ki, iş demokratiya və insan haqlarına gələndə, bu kəlam Azərbaycan xarici siyasətinin hərəkətverici qüvvəsinə çevrilir.

Əlievin şərhlərində qeyri-adi heç nə yoxdur. Beynəlxalq diqqətlə üzləşəndə hökumət rəsmiləri adətən israr edirlər ki, Azərbaycan demokratik tərəqqiyə və insan haqlarına ehtirama sadiqdir. Lakin bu iddialar həqiqətdən xeyli uzaqdır.

Azərbaycanda insan haqlarının real vəziyyəti həyəcanvericidir və bu vəziyyət 2013-cü ilin oktyabr ayında keçiriləcək prezident seçkiləri ərəfəsində daha da pisləşir. İfadə, sərbəst toplaşma və təşkilatlanma azadlıqlarının vəziyyəti xüsusilə narahatlıq doğurur.

Son aylarda Azərbaycan parlamenti böhtanı kriminallaşdıran qanunvericiliyin internetə şamil edilməsi barədə qərar qəbul edib, icazə verilməmiş aksiyaların təşkili və onlarda iştirak üçün cətrimələr kəskin şəkildə artırılıb, QHT-lərin fəaliyyət azadlığı məhdudlaşdırılıb.
Əliyevin Azəbaycanın Avropa Şurası qarşısında öhdəliklərini yerinə yetirdiyi barədə iddialarına baxmayaraq, ölkənin bu öhdəlikləri yerinə yetirmədiyi barədə çoxsaylı sübutlar vardır.

Jurnalistlər, blogerlər, insan haqları müdafiəçiləri, vətəndaş cəmiyyəti və siyasi fəallar, hətta adi vətəndaşlar hökumətə münasibətdə tənqidi fikirlərinin ifadəsinə və küçələrdə etirazlar keçirmələrinə görə təqib, təhdid, şantaj edilir, zorakılıq və həbslərlə üzləşirlər. Hazırda ölkədə 80 siyasi məhbus vardır.

Əliyevin Azəbaycanın Avropa Şurası qarşısında öhdəliklərini yerinə yetirdiyi barədə iddialarına baxmayaraq, ölkənin bu öhdəlikləri yerinə yetirmədiyi barədə çoxsaylı sübutlar vardır.

Azərbaycanın demokratiyadan geri çəkilməsinə və insan haqlarını pozduğuna dair artmaqda olan sübutlara rəğmən, beynəlxalq siyasətçilərin Azərbaycanın demokratik və demokratikləşmədə olan ölkə olmasına inanmalarını təsəvvür etmək çətindir. Lakin belə görünür ki, söhbət demokratiyadan gedəndə, Azərbaycan ağlabatan təkziblər vermək və vəziyyəti olduğu kimi saxlamaq üçün boş danışıqlara ayaqyeri alır.

Hökumət demokratiyaya ən azı ritorik sadiqliyini bildirdiyi bir vaxtda, əməkdaşlığın digər sahələri - daha dəqiq desək, enerji və təhlükəsizlik demokratik ölkələrdən olan siyasətçiləri şirnikləndirir.

Avropa İttifaqında, görünür, məhz bu baş verib. Əliyevin Brüsselə səfərinə bir həftə qalmış, Avropa Parlamenti prezidentliyə namizəd İlqar Məmmədovun dərhal azadlığa buraxılması, həmçinin daha geniş insan haqları islahatlarının qəbulunu tələb edən qətnamə vermişdi.

Bir çox QHT-lər Avropa Şurasının prezidenti Herman Van Pompuy-a və Avropa Komissiyasının sədri José Manuel Barroso-ya yazdıqları açıq məktublarda onlardan Əliyevlə danışıqlarında insan haqlarının pozulmasını əsas şərt etmələrini xahiş etmişdilər. Eyni zamanda Freedom House təşkilatının “Ölkələr keçid dövründə” hesabatında Azərbaycan “sərtləşmiş avtoritar rejim” adlandırılmışdı.

Bununla belə, Van Pompuy-un və Barroso-nun Əliyevlə görüşdən sonra verdikləri bəyanatlarda söhbət əsas etibarilə enerji əməkdaşlığından gedir, insan haqları ilə bağlı məsələyə çox cüzi toxunulurdu.

Bu ilk dəfə deyildir ki, Avropa İttifaqı insan haqlarını dəstəkləmək üçün əsas imkandan istifadə etmir. 2013-cü ilin fevarlında, dediyim kimi, vətəndaş cəmiyyətinə qarşı misli görünməmiş hücumlar əsnasında Avropa İttifaqı insan haqlarının kobud şəkildə pozulmasıma reaksiya göstərməkdənsdə, Azərbaycanla “Enerji sahəsində anlaşma”ya dair memorandum qəbul etdi.
Beynəlxalq təşkilatların, xüsusən də Avriopa İttifaqının Azərbaycanla münasibətlərdə oyunbazlığa son qoymasının və insan haqlarının aparıcı məsələyə çevirməsinin vaxtı çatıb.

Amma hamı bu zahiri görüntüyə inanmır. Prezident Əliyevin Brüsseldəki qeydlərindən sonra sosial şəbəkələrdə və mediada bu şərhlərə şübhəli münasibətdən tutmuş qəzəbli cavablara qədər geniş reaksiya verildi.

Human Rights Watch təşkilartının Avropa Mediası Departamentinin direktoru Andrew Stroehlein Twitter-də sual edirdi: “Prezident Əliyevin Brüsseldə insan haqları barədə dediklərindən bircə cümləyə də inanan varmı?” Turan Xəbər Agentliyi isə bu barədə məqaləsinə “İlham Əliyev göz qabağında olanı inkar edir” başlığı vermişdi.

Beynəlxalq təşkilatların, xüsusən də Avropanın Azərbaycanla münasibətlərdə oyunbazlığa son qoymasının və insan haqlarının aparıcı məsələyə çevirməsinin vaxtı çatıb.
Rebecca Vincent Amerika-Britaniya insan haqları fəalı və beynəlxalq, həmçinin Azərbaycan insan haqları və ifadə azadlığı təşkilatları ilə geniş miqyasda işləmiş keçmiş ABŞ diplomatıdır. Onu Twitter-də @rebecca_vincent hesabında izləyə bilərsiniz.

Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir.
Sən də fikirlərini aşağıdakı foruma yaza bilərsən.

XS
SM
MD
LG