Keçid linkləri

Təcili xəbərlər

Facebook hökumətə məlumat açıqladığını etiraf edir


Arixiv fotosu
Arixiv fotosu
Facebook şirkəti bildirir ki, ABŞ hakimiyyəti dəfələrlə ona müraciət edərək istifadəçilər barədə şəxsi məlumatlar istəyib.

Şirkət 2012-ci ilin ikinci rübündə yerli və federal səviyyədə hakimiyyət nümayəndələrindən 9-10 min arası belə sorğu aldığını bildirir.

Facebook deyir ki, bu sorğular təxminən 18-19 min istifadəçi barədə olub. Soruşulan informasiya şirkətlə ABŞ milli təhlükəsizlik orqanları arasında münasibətləri tənzimləyən xüsusi razılaşmadan sonra verilib.

Məlumatlara görə söhbət itkin düşən uşaqlar, gizlənən cinayətkarlar, habelə milli təhlükəsizlik və terror təhlükələri ilə bağlı aparılan istintaqdan gedir.

Facebook belə bir bəyanatla ABŞ xüsusi xidmətinin keçmiş əməkdaşı Edward Snowden hökumətin gizli dinləmə proqramı olmasını açıqlamasından sonra çıxış edib.
XS
SM
MD
LG