-
Tarix ona özününkü kimi yanaşanları həmişə qiymətləndirir. Məsələn, xarici ölkələrin konstitusiya hüququ ilə tanış olarkən gördüm ki, Fransada Böyük İnqilab və sonrakı böyük hərəkatlar zamanı qəbul edilmiş bəzi qərarlar sonrakı dövrlərdə də qüvvədə qalıb. Təsəvvür edin, Paris Kommunası vaxtı qəbul edilmiş inzibati bölgülər bu günə qədər yaşayır.
Belə olmasaydı təəccüblü olardı, çünki hər mərhələdə irəliyə doğru kiçik də olsa addım atılır və bu addımları görmək üçün isə sadəcə bir qədər diqqətli olmaq lazım gəlir.
Mənim sovet dövrünə tez-tez müraciət etməyim bəzən anlaşılmır. Amma biz o dövrü görən və onu indiki vaxtla müqayisə edə bilən sonuncu nəsilik. Bəlkə də bəzilərinin məhz bu müqayisələr xoşuna gəlmir.
Qərəz, dünyagörüşü etibarilə sağçıyam. Amma düşünəndə ki, sən də ölkəni talayan oliqarx məmurlarla bir düşərgədəsən, adam bundan özünü bir qədər narahat hiss edir. Bəli, demək olar ki, həmin oliqarxlar heç də əsl liberallar və yaxud da neo-liberallar deyillər.
Amma fakt budur ki, ölkədə iri kapitalı məhz onlar təmsil edirlər. Fakt budur ki, özəl sektor onların əlində cəmləşib və ölkənin sahibkarlar təbəqəsini məhz onlar təmsil edirlər. Nə qədər çalışsan da, bu faktı inkar edə bilməzsən…
Həm də insanın təbiətindən irəli gələn bir xüsusiyyət var. Bir mühafizəkar Qərb sosioloqu insanların sola meylli olmasının səbəblərini araşdırarkən demişdi ki, nə etmək olar, axı ürək də solda yerləşir!
Bu, öz yerində. Amma tamamilə ciddi şəkildə hesab edirik ki, sovetlər dönəmində əldə olunmuş bəzi sosial hüquqlar və simvollar qorunub saxlanılmalıdır. Bu yazını da elə bu cür simvolların birinin ərəfəsində – 1 May günü ərəfəsində yazdıq.
1 MAY TƏKCƏ SOLÇULARIN BAYRAMIDIRMI?
Bir dəfə oxudum ki, dünyanın 100-dən çox ölkəsində 1 May bayram kimi qeyd edilir. Təbii ki, tarixən o, sol hərəkatlara gedib çıxır və bunu inkar etmirik. Amma çox vaxt görürsən ki, kiçik bir qrupun təşəbbüsü kimi meydana çıxan bir simvol sonradan milliləşir.
Bundan başqa, 8 Mart da tarix etibarilə solçularla bağlıdır. Nədən onu bayram edirik, amma 1 Mayı bayram etmirik? Və yaxud da ona qalsa, Qurtuluş günü, elə gül bayramı və başqa onlarla tədbir YAP-çıların bayramı hesab edilməlidir. Amma bizi həmin günləri bayram kimi yaşmağa məcbur edirlər.
Əslində sovetlər də 1 Mayı bir qədər təhrif edirdilər. Nəyisə məcburiyyət kimi qəbul etdirəndə o, özünün bütün müsbət mahiyyətini itirir. İnsanları məcbur etmək lazım deyil, təşəbbüsün onlardan gəlməsinə şərait yaratmaq və sərbəstlik vermək lazımdır.
VİCDANLI ƏMƏYƏ MÜNASİBƏT
Əslində 1 Mayın bayramlar sırasından çıxarılması absurddur. Nə olub? Nə baş verib? Bəlkə artıq zəhmətkeş insan yoxdur? Və yaxud bəlkə onlar artıq bir-birilə həmrəy deyillər?
Mənim aləmimdə hətta vicdanlı sahibkar, iş adamı və biznesmen belə zəhmətkeş hesab edilməlidir. Başqa cür necə ola bilər? Əslində bu, əməyin özünə hörmətdir.
Təbii ki, ölkənin sahibkarları oliqarx məmurlardan təşkil olunanda belə sadə həqiqətlər bir qədər anlaşılmaz görünür. Amma hər şey çox sadədir.
Bir də görürsən, deyirlər ki, artıq proletariat yoxdur! Nə dəxli var? Adını nə qoyursunuz qoyun! Söhbət işçi, zəhmətkeş insandan gedir! Onun işinə və hüquqlarına hörmətdən gedir!
Yaxın keçmişdə bəzi kapitalist ölkələrində iş adamına, zəhmətkeş insana, əməyə münasibət sovetlərin özündən belə qat-qat yüksəkdə idi. Əslində sovetlərin özündə də əməyə qarşı anormal münasibət vardı - onu faktiki olaraq qul əməyi ilə əvəz etmişdilər. İndi zaman başqadır. Hər bir yaxşı işin öz fəlsəfəsini özünə qaytarmaq lazımdır.
SOLÇU GÖRÜNMƏKDƏN QORXMAYIN…
Keçmiş solçularla bağlı olduğundan siyasətdə olan adamlar solçu görünməkdən bir qədər ehtiyat edirlər. Amma sol ilə sağ arasında bir balans olmalıdır. Bu balansı müəyyən etməyə cəhd edəndə ABŞ prezidentlərindən birinin – məşhur D. Eisenhower-in (D. Eyzenhauer) fikri yadıma düşür. O, deyirdi ki, solçularla mübarizə apararaq, ölkəni sağçıların diktaturasına çevirmək olmaz!... Təsəvvür edin, bu soyuq müharibənin ən gərgin vaxtında deyilib. Eləcə də bir qədər başqa cür də demək olar: sağçılarla mübarizə apararaq ölkəni solçuların diktaturasına çevirmək olmaz! Amma təəssüf ki, sovetlər bunu nəzər almadı…
Buradan belə nəticə çıxarmaq olar ki, ölkə nə solçuların, nə də ki, sağçıların diktaturasına çevrilməməlidir. Onda həm balans yaranır, həm də hər iki tərəfdə qiymətli nə varsa hifz olunub saxlanılır…
Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir