-
«Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının saytı işləyir. Sadəcə sınaq imtahanlarına yazılma bölməsində yüklənmə var. Ona görə yazılmaq istəyənlər bir az çətinliklə daxil olur. Hazırda problem aradan qaldırılır».
Bunu AzadlıqRadiosuna Tələbə Qəbulu üzrə Dövlət Komissiyası mətbuat xidmətinin rəhbəri Elnur Nağızadə deyib.
Martın 28-i səhər saat 9-dan sınaq imtahanlarına yazılmaq istəyənlər problemlərlə üzləşiblər.
Elnur Nağızadənin sözlərinə görə, tezliklə problem aradan qaldırılacaq.
Sınaq imtahanı aprelin 7-də keçiriləcək.