-
Yəqin ki, Azərbaycan hökumətinin neftdənkənar sektorun dinamik inkişafı ilə bağlı az qala hər iclas və konfransda verdiyi bəyanatların sayı-hesabı itib. Burası yaxşıdır ki, hökumət sanki qeyri-neft sektoru ilə «nəfəs almağa» başlayıb. Ancaq bu günlərdə ortaya maraqlı bir fakt çıxdı və məlum oldu ki, qeyri-neft sektoruna belə diqqət və qayğı olsa da, həmin sektor vergi verməkdə «axsayır» və inkişaf zirvəsini geridə buraxmış neft sektoru ilə yanaşı addımlaya bilmir...
VERGİLƏR NAZİRLİYİ BÜDCƏYƏ NƏ VERİR?
Bu ilin yanvar-fevral aylarında Vergilər Nazirliyi dövlət büdcəsinə vergi daxilolmalarının 1 milyard 119 milyon 485,9 min manat olduğunu açıqlayıb. Bu haqda nazirliyin mətbuat xidməti məlumat yayıb.
Həmin məlumata əsasən, daxil olan məbləğin 554 milyon 119,9 min manatı qeyri-neft-qaz sektorunun (49,5%), 565 milyon 366 mini isə neft sektorunun (50,5%) payına düşüb.
Amma ilin əvvəlindən neft sektorundan dövlət büdcəsinə Vergilər Nazirliyinin xətti ilə daxilolmaların artması çox qəribə təsir bağışlayır. Çünki mart ayının əvvəlindən həm şirkətlərin, həm də hökumətin özünün açıqladığı məlumatlara görə, neft sektorunda yetərincə geriləmələr müşahidə edilməyə başlamışdı.
STATISTIKA, YALNIZ STATISTIKA
Dövlət Statistika Komitəsinin açıqladığı məlumata görə, 2013-cü ilin yanvar-fevral aylarının yekunlarına görə, Azərbaycanda neft hasilatı 3,6% (300 min ton), qaz hasilatı isə 5% (təqribən 150 milyon kubmetr) azalıb. «BP-Azerbaijan» şirkətinin Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəməri ilə neft ixracı 96 min ton, Cənubi Qafqaz Boru kəməri ilə qaz ixracı isə 211 milyon kubmetr azalıb.
Dövlət Neft Şirkəti (SOCAR) ilin əvvəlindən bəri öz saytında istehsal göstəriciləri ilə bağlı heç bir məlumat yerləşdirməyib. Çox güman ki, hasilat SOCAR-ın yataqlarında da azalmaqdadır. SOCAR-ın gəlirlərinin formalaşmasında xüsusi yer tutan neft məhsullarının ixracı isə yanvar-fevral aylarının yekunlarına görə 3,9% azalıb.
Məntiqə dayansaq, cari ilin iki ayının yekunlarına görə, neft sektorunun ödədiyi vergilər də azalmalıydı, çünki SOCAR-ın özünün açıqladığı məlumata görə, cari ilin yanvar-fevralında dünya bazarında neft məhsullarının qiyməti ötən ilin müvafiq dövrü ilə müqayisədə də azalıb. SOCAR-ın Marketinq və İqtisadi Əməliyyatlar İdarəsinin məlumatına görə, əgər BTC FOB Ceyhan tipli xam neftin bir bareli 2012-ci ilin fevralında orta hesabla $121,83-a satılmışdısa, cari ilin fevralında 2,95% azalaraq $118,23 olub.
İkinci bir fakt odur ki, Dövlət Statistika Komitəsi 2013-cü ilin yanvar-fevral aylarında ölkənin iqtisadi və sosial inkişafının makroiqtisadi göstəricilərinə dair hesabatında bəyan edir ki, neft-qaz sektorunda 2,6% azalma müşahidə olunub. Bununla yanaşı ilin əvvəlindən ÜDM-dəki qeyri-neft sektorunun artım tempinin 10,5% olduğu göstərilib.
İNKIŞAF QEYRI-NEFT SEKTORUNDA, VERGINI VERƏN NEFT
Maraqlıdır deyilmi? Statkomun məlumatına görə, iki ay ərzində əsas kapitala yönəldilmiş kapitalın dəyəri 1 milyard 680,1 milyon manat olub ki, bunun da 58,2%-i və ya 977,9 milyon manatı qeyri-neft sektorunun payına düşüb. İqtisadi artım da qeyri-neft sektorunda yaranıb. Təbii ki, bu artım elə neft vəsaitlərinin hesabına yaranıb. Çünki dövlət büdcəsinin 1 №-li donoru Dövlət Neft Fondudur. Cari ildə onun dövlət büdcəsinin gəlirlərindəki payı 60% olmalıdır (Büdcə gəlirlərinin 75%-i neft sektorunun payına düşür).
Proqnozlara əsasən, 2014 və 2015-ci illərdə Azərbaycanda neft hasilatı artacaq. 2014-2020-ci illərdə ölkənin neft və qaz sektoruna (yalnız ölkəiçi layihələrə) təxminən 50 milyard ABŞ dolları həcmində kapital qoyuluşu gözlənilir. Proqnozlara görə, bu, azı 20 min adamın işlə təmin edilməsinə yol açmalıdır. Daha doğrusu, gələn ildən başlayaraq, neft sektoru ölkə iqtisadiyyatındakı yerini yenidən möhkəmləndirəcək. Nəticədə neft və qaz emalı sənayesi və ixracat yönümlü neft-kimya sənayesi, eləcə də ona bağlı sahələr gəlişəcək və heç bir neftdənkənar sektor onlarla rəqabətə tab gətirməyəcək. Beləcə, XXI əsrin III onilliyində də neft sektoru ölkə iqtisadiyyatının əsas donoru rolunda çıxış etmək məcburiyyətində qalacaq.
Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir.