-
Azərbaycanın siyasəti səhnələşdirilmiş teatrı xatırladır. Mən bunu ironiya üçün demirəm. «Hərbi teatr», «geosiyasi teatr» və «siyasi teatr» politologiyada çox işlək anlayışlardır. Fəqət, baş verən proseslərə bu anlayışları elə hərfi mənada da şamil etmək olar, çünki seçkidən-seçkiyə eyni ssenarilər təkrarlanır. Yeni bir təşkilat yaranan kimi adamın ağlına gələn ilk fikir bu olur ki, bəli, bu artıq filan ildə olub, o vaxt da belə bir «möhtəşəm» birlik formalaşmışdı. Dərhal da yadına son nəticə düşür - seçki mühitini demokratik etmək üçün birləşdilər, lakin bacarmadılar. Ölkənin müxalifət siyasətinə ən böyük irad budur ki, 20 il ərzində onlar siyasi proseslərin əsas problemini öz adı ilə çağırmadılar, onu yığcam və anlaşıqlı şəkildə ifadə edə bilmədilər. Demirik ki, onlar bunu bilmir, bilirlər, çünki bunu bilmək və başa düşmək elə bir fəhm tələb etmir. Amma demirlər. Bunun isə bir izahı var: deməli, hər şeyi öz adı ilə çağırmaq siyasi maraqlara cavab vermir. Niyə cavab vermir? Ona görə ki, o, artıq adət etdiyimiz siyasi teatrı dəyişməyi, yeni ssenari cızmağı tələb edir. Bunun üçünsə nə maraq, nə həvəs, nə də ki, güc var.
«EL» GÜCÜ SEL GÜCÜ OLACAQMI?
Ölkənin siyasi teatrına son günlərdə daha bir «rol» əlavə olundu. Çoxdan idi ki, «Ziyalılar Forumu»nun ətrafında yeni siyasi təşkilatın yaranacağı gözlənirdi. Yarandı. Amma təsisçilər arasında vur-tut üç yeni familiyaya rast gəldik. İstisna deyil ki, yeni yaranan təşkilat da sıralarını artıq bu vaxta qədər mövcud olan təşkilatların hesabına artıracaq. Bu, məsələnin bir tərəfidir. Digər tərəfə gəldikdə isə, qarşıdan üzücü bir prosesin bir daha təkrar olunması gözlənir. Deyilənlərdən belə aydın oldu ki, «El» formalaşacaq, sonra «İctimai Palata» ilə münasibətlərinə aydınlıq gətirəcək və ola bilsin, sonda daha bir təşkilat yaranacaq və onun adı bəlkə də «Milli Şura» olacaq. Olsun. Amma bir vaxt «Demokratik konqres», SİDSUH və başqa təşkilatlar vardı. Sonuncuda bir vaxt 60-dan çox siyasi partiya və ictimai birlik toplanmışdı. Amma bir nəticə olmadı. Bunu deməklə siyasi proseslərə ümidsizlik ruhu aşılamaq istəmirik. Amma bu təşkilatlar özləri ümid potensialının nə qədər olmasını hamıdan yaxşı bilirlər. Bəs bu gün üçün önəm kəsb edən nədir?
YENİ SİYASİ ELİTA FORMALAŞIR?
Bununla qismən razılaşmaq olar. İndi ictimai fiqurlar siyasi fiqurları özlərilə hesablaşmağa vadar edirlər. Nə qədər ki, proporsional seçki sistemi vardı, böyük partiyalar diqqət mərkəzində idi, ictimai fiqurlar da həmin partiyalarda yer tutmağa çalışırdılar. Proporsional seçki sistemi ləğv olunandan sonra «siyasi yalqızqlıq» dəb düşdü və ayrı-ayrı adamlar siyasətə bir fərd və yaxud da kiçik qrup kimi qatıldılar. Bu gün üçün əsas nəticə odur ki, siyasi partiya liderləri də başa düşür ki, hipotetik hakimiyyətdə nə vaxtsa bir partiyanın təmsil olunması o qədər də real görünmür, çünki hətta böyük partiyalara «sığmayan» adamlar var, onlar da hipotetik hakimiyyət bölgüsündə iştirak etməlidirlər. Əvvəllər alternativ siyasi elita partiya fəallarından formalaşırdı. Amma indi «partiyaüstü qurumlar»da təmsil olan adamlar çıxıb meydana. Bu adamlar hələ partiya funksionerlərinə çevrilməyiblər, bəzisinin siyasi mənsubiyyəti yoxdur, bəzisi isə bunu yaxın vaxtlarda əldə edib. Amma dərindən fikirləşəndə funksioner olmamaq bəlkə də onların üstünlüyüdür. Hər halda, belə bir vəziyyət ölkə siyasətinə azacıq da olsa rəngarənglik gətirir…
ƏLAVƏ İMKANLAR
Bu seçkidə əvvəlki vaxtlara nisbətən müxalifətin daha geniş informasiya imkanlarına malik olması görüntüsü yaranır. Amma əslində necədir? Bunu görüntü kimi qəbul etmək lazımdır, yoxsa reallıq? Hələ ki birmənalı söz demək çətindir. Təbii ki, əvvəlki vaxtlardan fərqli olaraq efir imkanları bir qədər güclü görünür, əyalətlə bir növ kontakt yaranıb və son vaxtlar əyalətdə siyasi proseslərin canlanmasını bir çoxu məhz bu amillə izah etməyə cəhd edir. Amma tələsik nəticə çıxarmaq da bir şey deyil, çünki müxalifətin seçkiyə bir neçə namizədlə qatılacağı təqdirdə istisna deyil ki, efir imkanları kimin üçünsə məhdudlaşsın və yaxud da müxalifət daxilindəki problemlər efirin predmetinə çevrilsin. Bunu ona görə qeyd edirik ki, siyasi razılaşmalar, daha doğrusu, bununla bağlı planlar hələ çox kövrək xarakter daşıyır, bu vaxta qədər tək möhtəşəm birliklərin deyil, həm də savaşların şahidi olmuşuq…
Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir