-
İngilis filosofu B. Russell-in (B.Rassel) maraqlı fikri var. O yazırdı ki, hər bir ölkədə təbliğata dövlət nəzarət edir və mahiyyətcə bu təbliğat dövlətin xoşuna gələn fikirlərdən, hökmlərdən ibarət olur. Dövlətin xoşuna gələn isə odur ki, hər an sizə əmr edilərkən onun naminə öldürməyə və ölməyə hazır olasınız…
Bunu niyə qeyd etdim? «Ura-patriotizm» məni həmişə çəkindirib, hətta bir az qorxudub da. Ona görə də daim fikirləşmişəm ki, görən, əsl patriotizm nədir? Onu necə ifadə etmək olar? Hər halda, o, bizim hər gün, hər saat eşitdiklərimizdən fərqli olmalıdır.
Eşitdiyimiz isə odur ki, sanki telekanallara Qərbi, Avropanı ifşa etmək, onu gözdən, irizdən salmaq tapşırılıb. Xəbər proqramlarının xarici xəbərlər bölümünün böyük hissəsi Avropadakı böhranlara və onun nəticələrinə həsr olunur. Demək istəmirəm ki, Avropa cənnətdir. Amma əminəm ki, o, Azərbaycan telekanallarının təsvir etdiyi kimi də deyil. Burada ən çox narahatlıq doğura bilən odur ki, dünyada bir neçə tipik dövlət var ki, onların işi-gücü ABŞ-ı və Avropanı pisləməkdir. Biri elə böyrümüzdə yerləşən İrandır. Azərbaycan da öz təbliğatı ilə belə ölkələri xatırlatmağa başlayır. Bunun nədən edildiyi elə də böyük müəmma deyil. Rəsmi Bakı özünün «Avropadan qorunma», onunla sıx inteqrasiyaya getməmək, daim özü ilə Avropa arasında bir məsafə saxlamaq siyasətinə «bəraət» qazandırmağa çalışmalıdır. Elə bu səbəbdən cəmiyyət üçün hər gün Avropa pislənir. Ona görə «cəmiyyət üçün» deyirəm ki, əslində rəsmilər Avropanın imkanlarından özləri üçün gen-bol faydalanırlar – uşaqlarına orada təhsil verirlər, malı-mülkü orada alırlar və hesablarını orada saxlayırlar.
Amma Avropa bir sosio-kulturoloji məkandır, dəyərlər sistemidir, fərqli mədəniyyət və fərqli idarəçilik fəlsəfəsi deməkdir. Məhz onun bu tərəfi hakimiyyət mənsublarını çəkindirir, onları qorxudur. Bunu ona görə deyirəm ki, digər tərəfdən baxanda Qərb məsələsi cari məsələ də deyil. Amma güman etmirəm ki, Azərbaycan telekanallarının ucuz təbliğatının arxasında ciddi mədəniyyət dilemması, etno-psixoloji fərqlər, kulturoloji məqamlar dayansın. Bu ucuz təbliğatın məqsədi Azərbaycanın «analoqsuz» ölkə olduğunu sübuta yetirmək, hakimiyyətin böyük işlər gördüyünü təsdiqləmək cəhdidir.
Amma böyük ədəbiyyatda və publisistikada məsələni başqa bir kəsimdən yozmağa da cəhd edilib.
QƏRB-ŞƏRQ MƏSƏLƏSİ TARİX PRİZMASINDA
Bu məsələdə izafi şərhə varmayacağam. Bircə onu qeyd edəcəm ki, Rusiyanın Avropa ilə bağlı fobiyasında bir tarixi dilemma əlaməti var. Burada yadıma məşhur bir slavyanofil filosofun fikri düşür. O, deyirdi ki, Günəş Şərqdə çıxır, Qərb tərəfdə isə batır, ona görə də Qərblə Şərq birləşə bilməz (nə yaxşı azərbaycanlı rəsmilərin bu fikirdən xəbəri yoxdur!). Azərbaycanda tarixən Qərb-Şərq dilemması belə kəskinliklə qoyulmayıb. Amma o da var ki, M. F. Axundovun Şahbazı Avropaya gedə bilmədi, qoca Şərq öz «cadusu» ilə bunun «qarşısını aldı». Sonrakı dövrdə Qərb-Şərq məsələsi məşhur «Əli və Nino» romanında gündəmə gətirilib - azərbaycanlı Əli Şərqi, Nino isə Qərbi təmsil edirdi. Roman bu problemin açılışını verə bilmədi, çünki problemin elə problem kimi qalması böyük ədəbiyyata xas əlamətdir. Böyük ədəbiyyat sosial–psixoloji «düyünlər»dən ibarət olur və bu «düyün»ləri hər bir oxucu özü açmağa cəhd etməlidir. Odur ki, artıq bir əsrə yaxındır ki, bu «düyün»lərin açılışı ilə məşğuluq. İndi bizim telekanallar Avropanın böyük, çıxılmaz bir böhrana düşdüyünü və ən başlıcası bu «bataqlıq»dan uzaq durmağın daha düzgün olduğunu sübuta yetirməyə cəhd edir. Amma həqiqət nə deyir?
AVROPANIN QÜRUBU YAXINLAŞIRMI?
Böhranın özünə müxtəlif cür yanaşmaq olar. Böhran bir fazanın yekunu və finalıdırsa, həm də yeni, digər bir fazanın başlanğıcıdır. İnkişaf – böhran – inkişaf! Güman etmirəm ki, bunun doğruluğu kimdəsə şübhə yaratsın. Böhran niyə baş verir? Məsələ bundadır ki, əbədi inkişaf sxemləri yoxdur.
Avropanın qürubuna gəldikdə isə düz bir əsr bundan əvvəl filosof O. Spengler (O. Şpenqler) eyni adlı əsər də yazmışdı. O dövrdə Avropa müharibələrdən, inqilablardan keçdi, amma əfsanəvi quş kimi yenidən oddan yarandı. İndiki bu böhran da sovuşacaq, buna zərrə qədər şübhəniz olmasın, sadəcə «diaqnoz»u bir qədər düzgün qoymaq lazımdır. Bu, daha çox sosial kapitalizmin böhranı hesab edilməlidir. Belə hesab edilsə və qəbul olunsa, ondan çıxış yolları da tez tapılar. Uzun illər və böyük mübarizələr nəticəsində qazanılmış sosial imtiyazlardan – «sosial paket»dən imtina etmək o qədər də asan məsələ deyildir. Amma başqa yol da yoxdur. Baxışlarda dəyişiklik olmalıdır. Siyasi spektrin bir qədər «sağ»ına doğru yerdəyişmə etmək lazımdır…

Yazıdakı fikirlər müəllifin şəxsi mülahiələridir