Sovetlərin xarici işlər naziri Vyacheslav Molotov sağ olsaydı, Azərbaycan prokurorluğu və MTN-nin 8 mart bəyanatından xüsusi fərəh hissi keçirməzdi. Deyilənlərə görə, o, yanacaq dolu şüşələrin “Molotov kokteyli” adlandırılmasından bərk qıcıqlanmışdı.
İlk dəfə İspaniyadakı vətəndaş müharibəsində (1936-1939) frankoçular tərəfindən istifadə olunan yanar şüşə butılkalara Molotovun adını finnlər qoyublar.
Finn müharibəsinə (1939-1940) başlayan SSRİ Helsinkini havadan bombalayırdı. Beynəlxalq ictimaiyyətin tənqidlərinə cavab olaraq xarici işlər naziri Molotov rəsmi bəyanat verdi ki, sovet hərbi təyyarələri Finnlandiyanın paytaxtına bomba deyil, acından əziyyət çəkən əhali üçün humanitar yardım paketləri atırlar.
Bəyanatı kinayə ilə qarşılayan Finn ordusunun rəhbərliyi göstəriş verdi ki, ölkənin ərazisinə soxulan sovet tankları “humanitar” yolla – Molotov kokteylləri ilə qarşılansın. Cəbbəxana sarıdan zəif olan Finnlandiyanın sovetlərə qarşı əsas silahlarından biri yanar şüşələr oldu. Ayağı yüngül silah alınmışdı, sovet ordusu faktiki olaraq Finn müharibəsini uduzdu.
Sovet təbliğatına xas olan yüzlərlə yalanlardan biri Vyacheslav Molotovun adını bəşər tarixinə saldı. 70 ildir dünyanın müxtəlif yerlərində baş verən toqquşmalardan xəbər yayan jurnalistlər Molotovun adından istifadə edirlər. Bəzən onlara öz siyasi rəqiblərini qaralamaq istəyən xüsusi orqanlar da qoşulurlar. Sonuncuların arasında Azərbaycan hüquq-mühafizə orqanları da var.
Bəlkə yoldaş Molotovun ruhunu sevindirməyə, kokteylin adını dəyişməyə ehtiyac var? Qaralov kokteylləri. Mütləq də NİDA işarəsi ilə? Necə bilirsən?
Yazıdakı fikirlər müəllifin şəxsi mülahiələridir