-
İLHAM ƏLİYEV: «2015-2016-CI İLLƏRDƏ DAHA İKİ PEYK BURAXILACAQ»
Azərbaycan prezidenti İlham Əliyev ilk telekommunikasiya peykinin orbitə çıxarılması münasibətilə xalqı təbrik edib.
Dövlət başçısı bu günün ölkə həyatında çox əlamətdar və tarixi bir gün olduğunu deyib:
«Bu, doğrudan da tarixi bir gündür, böyük nailiyyətdir, dövlətimizin böyük qələbəsidir. Bu hadisə onu göstərir ki, müstəqil Azərbaycan dövləti sürətlə, hərtərəfli inkişaf edir və biz artıq kosmik klubun üzvüyük».
Prezident bu işdə iştirak etmiş bütün qurumlara, ilk növbədə Azərbaycan mütəxəssislərinə minnətdarlığını bildirib.
İlham Əliyev yada salıb ki, Azərbaycan gələcəkdə də yeni peyklərin orbitə çıxarılması yönündə fəal işləyir.
«2015-2016-cı illərdə əlavə iki peyk orbitə buraxılacaq və artıq Azərbaycanda kosmik sənayenin inkişafı üçün çox gözəl imkanlar yaranacaq. İnformasiya-kommunikasiya texnologiyalarının inkişafı bizim uğurlu gələcəyimizi müəyyən edəcək, təmin edəcəkdir. İnformasiya-kommunikasiya texnologiyaları sahəsi həm bilik, zəka, intellekt, eyni zamanda, biznes sahəsidir. Peykin fəaliyyəti nəticəsində Azərbaycan dövləti, eyni zamanda, maliyyə məsələlərini həll edəcəkdir. Yəni, bu peykin fəaliyyəti iqtisadi cəhətdən də səmərəli olacaq».
Prezident 2008-ci ildə Azərbaycan peykinin orbitə çıxarılması haqqında qərar verib. 2009-cu ildə Dövlət Proqramı qəbul edilib. 2010-cu ildə «Azərkosmos» Səhmdar Cəmiyyəti yaradılıb və artıq Azərbaycan kosmik klubun üzvünə çevrilib.
PEYK ORBİTDƏ YERLƏŞDİRİLİB
Ötən gecə Azərbaycanın ilk peyki orbitə buraxılıb. «Azerspace/Africasat-1» peyki Bakı vaxtı ilə saat 02:11-də orbitə yetişib.
Trend-in məlumatına görə, «Azerspace/Africasat-1»in buraxılışı Bakı vaxtı ilə saat 01:36 Qviana Kosmik Mərkəzindən həyata keçirilib. Ötən gün Azərbaycanla yanaşı İspaniyanın «Amazonas-3» rabitə peyki də orbitə buraxıb.
STAR-2 platformasında tikilən Azerspace/Africasat-ın faydalı yükü 36 transponderdən ibarətdir. Hər transponderin tezlik zolağı 36 MHs-dir. Peykin çəkisi təqribən 3275 kiloqramdır. Peykin orbitdə istismar müddəti 15 ilədək təşkil edəcək.
Azərbaycan peykinin xidmət zonasına Şərqi Avropa, Qafqaz, Mərkəzi Asiya və Şimali Afrika ölkələri daxildir. Peyk rəqəmsal teleradioyayım xidmətləri, internet şəbəkəsinə çıxış, məlumatların ötürülməsi, «VSATmultiservis» şəbəkələrinin yaradılması, eləcə də hökumət əlaqələrinin təmin edilməsi üçün nəzərdə tutulub.
****
AZƏRBAYCAN İLK PEYKİNİ ORBİTƏ QALDIRIR
Fevralın 7-dən 8-nə keçən gecə Azərbaycan özünün ilk telekommunikasiya peykini fəzaya qaldıracaq.
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin məlumatına görə, «Azerspace-1» adlı peyki Cənubi Amerikanın Fransa Qvianasındakı Kuru kosmodromundan Fransanın «Ariane-5» raketdaşıyıcısı orbitə çıxaracaq.
Nazirlikdən AzadlıqRadiosuna onu da bildiriblər ki, «Azərkosmos» Açıq Səhmdar Cəmiyyətin sədri başda olmaqla 25 nəfərlik nümayəndə heyəti də artıq Kuru kosmodromuna yollanıb.
PEYKDƏN AZƏRBAYCANIN QAZANCI
Nazirliyin internet səhifəsində yer alan məlumatda qeyd edilir ki, peyk orbitə buraxılandan sonra Naxçıvan da daxil, Azərbaycanın bütün ərazisində keyfiyyətli televiziya və radio yayımı, sürətli internet xidmətləri təmin olunacaq. Bundan başqa, ötürülən məlumatlara daha yaxşı nəzarət ediləcək. Yerüstü fiber-optik şəbəkə zədələndiyi hallarda peyk rabitəsi problemləri də tezcə aradan qaldırılacaq. Üstəlik, peyklə bağlantıların təhlükəsizliyinə təminat veriləcək. Adi vətəndaşların diqqətini çəkən və onları sevindirəcək bir xəbər də var: İlk peyk orbitə buraxılandan sonra rabitə və internet xidmətləri ucuzlaşacaq. Nazirliyin rəsmi məlumatında belə deyilir.
PEYK AZƏRBAYCANA NEÇƏYƏ BAŞA GƏLİB?
İlk peykin hazırlanma və orbitə qaldırılmasının Azərbaycana neçəyə başa gəldiyi barədə dəqiq rəqəmlər açıqlanmır. Yalnız o bildirilir ki, peyk 120 milyon ABŞ dollarına hazırlanıb. Həmin məlumat da il yarım öncə – rabitə və informasiya texnologiyaları nazirinin müavini İltimas Məmmədovun AzadlıqRadiosuna müsahibəsində səslənib və bunun təxmini rəqəm olduğu dilə gətirilib:
«Dəqiq rəqəmlərin elan edilməməsi müqavilə öhdəliyidir. Yəni, bəlkə də peyki hazırlayan şirkət bizim sifarişçi olan «Azərkosmos» şirkətinə hansısa qiymət endirimi edib. İndi bizim qiyməti elan etməyimiz həmin şirkətin başqa müştəriləri ilə problemlər yaşamasına gətirib çıxara bilər. Ona görə də dəqiq rəqəmlər elan edilmir».
İltimas Məmmədovun dediyinə görə, milli peyk orbitə buraxılandan sonra xaricdə yaşayan azərbaycanlılar və səfirliklərlə daha asan əlaqə saxlamaq mümkün olacaq. Nazir müavini ölkəsinin belə bir peyki olduğu üçün indən belə hər bir Azərbaycan vətəndaşının qürur duyacağını deyir.
Nazirliyinin məlumatlarına söykənən bəzi qaynaqlar bildirir ki, peykin yaradılmasına 87 milyon, onun orbitə çıxarılmasına 40 milyon, idarə mərkəzinin yaradılmasına 16 milyon manat xərclənib. Sığorta məsələləri də gözardı edilməyib. Peykin tam sığortalanmasına 18 milyon manat sərf edilib.
Peykin istismar müddəti 15 il, qoyulan vəsaitin götürülmə müddətinin 5 il olduğu deyilir.
MALAYZİYA AZƏRBAYCAN PEYKİNDƏN YARARLANACAQ
Azərbaycan peyk resursunun 20 faizindən istifadə etmək niyyətindədir. Qalan hissə digər ölkələrin operatorlarına təklif ediləcək. Nazirlikdən AzadlıqRadiosuna verilən məlumata görə, artıq Malayziya hökuməti «Azerspace-1»in xidmətindən istifadə üçün Azərbaycanla müqavilə bağlayıb. Nazirlik başqa müraciətlərin də olduğunu bildirir.
«Multimedia» İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru Osman Gündüz milli peykin orbitə buraxılmasında müsbət məqamlarla yanaşı, risk və problemlər də görür.
Mərkəz rəhbəri məhdud sayda kosmik ölkələr ailəsinə daxil olma baxımından, bu hadisəni ölkənin imici üçün önəmli sayır. O bu hadisənin ölkədə texniki tərəqqiyə təkan verəcəyini, yeni iş yerlərinin açılacağını düşünür:
«Bu prosesə qoşulmaq, iştirak etmək, söz sahibi olmaq – bir imicdir və bu, Azərbaycan dövləti üçün yetərincə önəmli məsələdir. Düşünürəm ki, burda ölkəmizə xeyli yararlı məqamlar var».
«HANSI ŞİRKƏTƏ ÜSTÜNLÜK VERƏRSİNİZ – 1 MAŞINI OLANA, YOXSA 40 MAŞINI OLANA?»
Risk və problemlərə toxunan Osman Gündüz indiki dövrdə telekommunikasiya yönümlü peyklərlə gəlirli biznes qurmağın çətinliyini də bildirir. O, bu biznes sahəsini digər kosmik dövlət və şirkətlərin çoxdan tutduğunu deyir. Osman Gündüz orbitdə hətta 40 telekommunikasiya peyki olan ölkələri xatırladaraq, Azərbaycan peykinin göstərəcəyi xidmətləri onların da təklif etdiyini bildirir:
«Bazar artıq tutulub, bax, birinci risk budur. 230 milyona yaxın pul qoyulan bir layihədir, indi bu xidməti satmaq lazımdır. Ancaq hələlik, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin bunu reallaşdıracaq, xidmətləri satışa çıxaracaq konkret müqaviləsini görməmişəm».
Osman Gündüz fövqəladə hallarda peykin internetlə bağlı müəyyən əhəmiyyətini danmır, amma, nazirlik rəsmilərinin dediyi kimi, Azərbaycan peykinin sürətli internetin inkişafına təkan verəcəyinə də inanmır.
O, hazırda müxtəlif peyk kanallarında yayımlanan yerli televiziyaların da milli peyk xidmətindən yararlanacağına şübhəylə yanaşır:
«Bu peykin xidmətindən istifadə edəcəklərmi? Bu, düşündürücüdür. Misal üçün, indi Azərbaycan televiziyaları orbitdə 20-30 peyki olan «Türksat»ın xidmətindən yararlanır. Burda həm dayanıqlıq, həm də qiymət məsələsi var. Biri var orbitdə 20-30 peyki olan şirkət, bir də 1 peyki olan şirkət. Tutalım, rayonlara mal aparmaq lazımdır, siz hansı şirkətə üstünlük verərsiniz – bir maşını olana, yoxsa 40 maşını olana? Bir maşını olan şirkətin maşını xarab olsa, sizin də biznes problemlə üzləşəcək və mal ünvanına çatmayacaq. Bu da elə həmin məsələyə bənzəyir».
«Multimedia» İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktorunun fikrincə, milli peykin orbitə buraxılması Azərbaycan üçün imic məsələsi olsa da, tək peyk böyük riskdir.