Keçid linkləri

Təcili xəbərlər

Azərbaycanın istehsal oluna bilən neft-qazının miqdarı açıqlandı


ARDNŞ prezidenti Azərbaycanın təsdiq olunmuş və istehsal oluna bilən karbohidrogen ehtiyatlarını açıqladı:

“karbohidrogen ehtiyatlarının həcmi 4,5 mlrd. ton şərti yanacaq təşkil edir. Proqnoz ehtiyatları isə 10 mlrd. ton həcmindədir”.

"APA-Economics"in məlumatına görə, bu barədə ARDNŞ prezidenti Rövnəq Abdullayev Gənclər Günü münasibətilə gənc neftçilərlə görüşdə bildirib.

R. Abdullayev qeyd edib ki, Azərbaycan gənclərinin xaricdə təhsil almasına dair dövlət proqramı çərçivəsində indiyədək ABŞ, Böyük Britaniya, Almaniya, Fransa, Norveç, Kanada, Türkiyə, Avstriya, İsveç, Rusiya, Malta kimi ölkələrin ali məktəblərində 202 gəncin təhsil alması maliyyələşdirilib:

“Onlardan 130-u təhsilini başa vuraraq hazırda ARDNŞ-də çalışır, 72 nəfərin təhsili isə davam edir. ARDNŞ-in təqaüdlərinin verilməsinə dair müsabiqələrdə 10 mindən artıq tələbə iştirak edib və 1258 tələbəyə təqaüd verilib”.

R. Abdullayev bildirib ki, 2005-ci ildən etibarən ARDNŞ-də çalışan gənclərin sayı 1,7 dəfə artıb. Hazırda şirkət əməkdaşlarının 45 faizini 35 yaşadək olan şəxslər təşkil edir.

Ən son yazılan

XS
SM
MD
LG