Keçid linkləri

Təcili xəbərlər

Rəsmilərin ailə sərvətini araşdlran jurnalistlərə hücum


ABŞ-ın iki nüfuzlu qəzeti - Nyu York Times və Wall Street Journal Çindən haker hücumlarına məruz qalıblar.

Nyu York Timesın məlumatına görə, hakerlər qəzetin kompüter sistemlərinə daxil olaraq müxbirlərin və digər işçilərin parollarını əldə ediblər.

Nyu York Times bildirir ki, haker hücumları Nyu York Timesın Çinin baş naziri Wen Jiabaonun ailəsinin külli miqdarda var-dövləti haqda materiallar toplaması və çapa hazırlaması ilə eyni vaxta düşür.

Bu versiyaya Foreign Policy məcmuəsi iki əsas göstərir. Birincisi, Bloomberg də Çinin ali lideri Xi Jinpingin ailəsinin sərvəti haqda yazı dərc etmişdi, Bloomberg də haker hücumuna məruz qaldı.

İkincisi, Nyu York Timesa indiki haker hücumu qəzetə əvvəlki hücumlardan fərqlidir. Əvvəllər hücum edənlər müdafiə kontraktları, bu müqavilələrin iştirakçıları, texnologiya şirkətləri, QHT-lər, “Beyin Mərkəzləri” olan araşdırma qurumları, Dalay Lama, Tibet ilə maraqlanırdılar, indi isə məhz jurnalistlərlə, onların topladıqları materiallarla maraqlanıblar.

Bəs hakerlərin Çindən olması hardan məlumdur?
Hakerlərin istifadə etdiyi kodlar Çinin haker qruplarının yaratdığı kodlardır.
Bundan başqa hücumun izləri Çindəki kompüterlərin İP ünvanlarına aparıb çıxarır.

SƏSİ SONRA ÇIXIR

Belə kompüter hücumlarının nəyi təhlükəlidir?
Bir misal. Britaniyanın BAE System kimi nəhəng, hərbi-sənaye kompleksi ilə əməkdaşlıq edən şirkətinə haker hücumu olmuşdu. Hücumun bütün miqyası 18 aya məlum oldu.
Guardian qəzeti isə yazır ki, Nyu York Times indiki hücumdan da çox, haker qrupların kompüter casusluğundan narahatdır.

Nyu York Times qəzetinin icraçı redaktoru Jill Abramsonun dediyinə görə, Wen Jiabao ailəsinin var-dövləti haqda informasiyaların oğurlanmasının və ya silinməsinin, yox edilməsinin əlamətləri hələ ki gözə dəymir. Ancaq hücumun nəticələrinin bilinməyinə vaxt lazım ola bilər.

İTTİHAMLARA ÇİNİN ƏNƏNƏVİ CAVABI

İndiyə kimi belə ittihamlara Çinin bir cavabı olub – Çin bu ittihamları qətiyyətlə rədd edir. Çin hətta belə haker hücumları haqda ittihamları “məsuliyyətsiz” adlandırır.
Çünki Çinin öz qanunları haker hücumunu qadağan edir.

Çin onu da əsas gətirir ki, onun öz qurumları kiber cinayətlərin hədəfi və qurbanı olur. Bu hücumlar Yaponiya, Cənubi Koreya və ABŞ-dakı İP ünvanlardan gəlir.

Bu mübahisə ilə bağlı, Foreign Policy bir faktı misal çəkir.

2010-cu ildə Google-a haker hücumu olmuşdu.
Bu hücum, media məlumatlarına görə, Çin Kommunist Partiyasının Siyasi Bürosunun bir üzvünün qəzəbindən sonra baş vermişdi. Həmin adam Google-un axtarışında öz adını yazıbmış ki, görsün, onun haqqında dünyada nə deyirlər, nə yazırlar.

Ən son yazılan

XS
SM
MD
LG