-
Bəli, yeni il də gəldi. Bütün uğursuzluqlara, çətinliklərə və əziyyətlərə rəğmən bu gün üçün deyiləsi yalnız bir söz var – bayramınız mübarək!
Bir vaxt ABŞ prezidenti T.Cefferson ölkəsinin istiqlaliyyət bəyannaməsində bu günə qədər çətin yozulan bir hüquq haqqında da yazmışdı – xoşbəxtliyə can atmaq hüququ!
Bəzən hüquqşünaslar, demokratiya nəzəriyyəçiləri bunu da Fransa inqilabının «Azadlıq, Bərabərlik və Qardaşlıq» şüarı kimi bir qədər mücərrəd hesab edirlər. Amma niyə də olmasın?
Yada salanda ki, dünya tarixinin hətta insan sayılmağın imtiyaz olduğu dönəmləri də olub, onda xoşbəxtliyə can atmaq hüququnu da, «Azadlıq, Bərabərlik və Qardaşlıq» şüarını da başa düşmək olar. Ona görə də xoşbəxt olun, çünki bu, Sizin hüququnuz və haqqınızdır!
Biz insanlara bu dünyada çox az vaxt ayrılır. 60 il, 70 il, hətta 100 il də çox azdır. Bəzən insan onu planlaşdıra bilmir, ona görə də ömrü boyu uşaq olanlar və anadan qoca doğulanlar olur.
Amma ümumilikdə götürəndə böyük əksəriyyət üçün bu həyat mərhələlərdir. Ömrü bu mərhələlərə sığışdırmağı bacarmaq lazımdır, əgər sığışdıra bildinsə uddun, yox, bacarmadınsa, onda özündən küs… Elə xoşbəxtliyi də hərə bir cür başa düşür, fərqli yozur.
Mən xoşbəxtliklə bağlı bütün konsepsiyaları qəbul etməyə hazıram, təkcə birindən başqa – təəssüf ki, bəziləri xoşbəxtliyi başqaları, onların həyatı və səadəti üzərində sərəncam verə bilməkdə görürlər…
Məsələn, kimsə ömürlük prezident olmaq istəyir, başqa birisi bütün ömrü boyu hökumət başçısı qalmağı arzulayır, digəri parlamenti özəlləşdirir… Əslində məhz belə insanların xoşbəxtlik konsepsiyası mücərrəddir, anlaşılmazdır.
Elə təxminən bizim 31 dekabr kimi. Bir gündə iki bayram qeyd etmək zorundayıq. Birinin ömrü ən azı on illiklərlə ölçülür, digəri – həmrəylik günü isə təqribən iki on il olar ki, qeyd edilir. Biri aydındır- köhnə il başa çatır, təzəsi başlayır. Amma digəri bir az mübahisəlidir…
HƏMRƏYLİK TESTİ
Əvvəlcə deyim ki, ictimai mənada illər axır vaxtlar elə bir məzmun kəsb etmir. Ola bilsin, onlar öz ifadəsini şəxsi həyatlarda daha yaxşı tapırlar.
Bunu elə başa düşməyək ki, az qala adamın gözünə girən yeni tikililəri və texniki inkişafı görmürük. Yox, bu illər ərzində texniki mənada çox iş görülüb.
Elə yerlər var ki, son bir neçə ildə hətta bir neçə dəfə sökülərək təzədən tikilib. Belə hallara tək Azərbaycanda rast gəlmək olar. Səbəbini də hamı bilir.
Ölkədə yerində sayan və hələ də ölü nöqtədən tərpənməyən bir «tikili» də var – bu, vətəndaş cəmiyyəti quruculuğudur. Ona görə də ölkədə həmrəyliyin izlərini çox axtarırıq, amma tapa bilmirik.
İnsanların böyük bir qisminin hələ də evsiz olduğu təqdirdə hər gün hansısa mərkəzlər tikmək üçün rayonlara böyük vəsaitlər ayrılırsa, böyük əksəriyyətin ayı zorla başa vurduğu halda ölkədə alış-veriş kiçik bir təbəqənin imkanına uyğunlaşdırılırsa, adama ağzını açıb bir söz deməyə imkan verilmirsə, hakim partiyanın şöbələrinin imarətləri olduğu halda başqa partiyalara iclaslarını keçirmək üçün kiçik guşə verilmirsə, ölkə zor və dəyənəklə idarə olunursa, normal seçki yoxdursa, bir adamın ömürlük hakimiyyətinin təmin edilməsinə hazırlıq görülürsə hansı həmrəylikdən söhbət gedə bilər?
Əslində bu həmrəylik məsələsi əvvəldən bir qədər qəribə görünür.
HƏMRƏYLİK VƏ SOLİDARİZM
Adam vətəndaş dialoqundan və ölkədə vətəndaş sülhündən danışar. Həmrəylik məsələsindən isə daha çox Avropa sosial–demokratiyasının qoxusu gəlir, bu, bizim yadımıza məşhur solidarizm sözünü salır.
Düşünürəm ki, bu ifadə Avropa sosial–demokratiyasının ötən əsrdə uydurduğu uğursuz şüarlardan biridir. Hakimiyyətdəkilər həmişə çalışır ki, başqalarını həmrəylik testindən keçirsinlər, görsünlər cəmiyyət bunlarla eyni cür fikirləşir, ya yox? Onların buna ehtiyacı var. Həm də rəy məsələsi də birtərəflidir.
Hansı məsələlərdə həmrəylik ola bilər? Məsələn, ölkənin siyasi sisteminə baxışda və yaxud Qarabağ məsələsində, ya da İran azərbaycanlıları problemində.
Amma görək, bu hakimiyyət heç bu problemlərin fərqindədirmi? Əsla.
Bəli, bir Qarabağ məsələsində cəmiyyətlə hakimiyyətin ritorikaları təxminən üst-üstə düşür, amma bu da ritorik həmrəylikdir. İşdə, əməldə isə tamam başqa şey görürük.
Ümumiyyətlə, həmrəyliyin özündə bir pafos və kütlələşməyə meyl var. Bizə fərqli nöqtələri göstərin, birləşdirən nöqtələri deyil, məhz həmin ayıran nöqtələr inkişafa aparır. Lap fəlsəfədə deyildiyi kimi: tezis, anti-tezis və sintez…
Cəmiyyət nəyəsə baxışda ayrılır, sonra baxışlar razılaşdırılır və birlik yaranır. Sonra təzədən bu proses davam edir, lap sonsuzluğa kimi. İnsan daim özünə və fikrinə qarşı bir opponent axtarmalıdır.
K.Popper deyirdi ki, hər bir tədqiqatçı öz nəzəriyyəsini inkar edən dəlillər toplamalıdır. Müxtəliflikdə birlik – əsl həmrəylik budur, onun digər anlamlarından isə totalitarizm qoxusu gəlir.
Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir.
Sən də fikirlərini aşağıdakı foruma yaza bilərsən.

Yada salanda ki, dünya tarixinin hətta insan sayılmağın imtiyaz olduğu dönəmləri də olub, onda xoşbəxtliyə can atmaq hüququnu da başa düşmək olar...
Məsələn, kimsə ömürlük prezident olmaq istəyir, başqa birisi bütün ömrü boyu hökumət başçısı qalmağı arzulayır, digəri parlamenti özəlləşdirir… Əslində məhz belə insanların xoşbəxtlik konsepsiyası mücərrəddir, anlaşılmazdır.
Elə təxminən bizim 31 dekabr kimi. Bir gündə iki bayram qeyd etmək zorundayıq. Birinin ömrü ən azı on illiklərlə ölçülür, digəri – həmrəylik günü isə təqribən iki on il olar ki, qeyd edilir. Biri aydındır- köhnə il başa çatır, təzəsi başlayır. Amma digəri bir az mübahisəlidir…
HƏMRƏYLİK TESTİ
Əvvəlcə deyim ki, ictimai mənada illər axır vaxtlar elə bir məzmun kəsb etmir. Ola bilsin, onlar öz ifadəsini şəxsi həyatlarda daha yaxşı tapırlar.
Bunu elə başa düşməyək ki, az qala adamın gözünə girən yeni tikililəri və texniki inkişafı görmürük. Yox, bu illər ərzində texniki mənada çox iş görülüb.
İnsanlara bu dünyada çox az vaxt ayrılır: 60 il, 70 il, hətta 100 il... Bəzən insan onu planlaşdıra bilmir, ona görə də ömrü boyu uşaq olanlar və anadan qoca doğulanlar olur.
Elə yerlər var ki, son bir neçə ildə hətta bir neçə dəfə sökülərək təzədən tikilib. Belə hallara tək Azərbaycanda rast gəlmək olar. Səbəbini də hamı bilir.
Ölkədə yerində sayan və hələ də ölü nöqtədən tərpənməyən bir «tikili» də var – bu, vətəndaş cəmiyyəti quruculuğudur. Ona görə də ölkədə həmrəyliyin izlərini çox axtarırıq, amma tapa bilmirik.
İnsanların böyük bir qisminin hələ də evsiz olduğu təqdirdə hər gün hansısa mərkəzlər tikmək üçün rayonlara böyük vəsaitlər ayrılırsa, böyük əksəriyyətin ayı zorla başa vurduğu halda ölkədə alış-veriş kiçik bir təbəqənin imkanına uyğunlaşdırılırsa, adama ağzını açıb bir söz deməyə imkan verilmirsə, hakim partiyanın şöbələrinin imarətləri olduğu halda başqa partiyalara iclaslarını keçirmək üçün kiçik guşə verilmirsə, ölkə zor və dəyənəklə idarə olunursa, normal seçki yoxdursa, bir adamın ömürlük hakimiyyətinin təmin edilməsinə hazırlıq görülürsə hansı həmrəylikdən söhbət gedə bilər?
Əslində bu həmrəylik məsələsi əvvəldən bir qədər qəribə görünür.
HƏMRƏYLİK VƏ SOLİDARİZM
Adam vətəndaş dialoqundan və ölkədə vətəndaş sülhündən danışar. Həmrəylik məsələsindən isə daha çox Avropa sosial–demokratiyasının qoxusu gəlir, bu, bizim yadımıza məşhur solidarizm sözünü salır.
Xoşbəxtliklə bağlı bütün konsepsiyaları qəbul etməyə hazıram, təkcə birindən başqa – təəssüf ki, bəziləri xoşbəxtliyi başqaları, onların həyatı və səadəti üzərində sərəncam verə bilməkdə görürlər…