Keçid linkləri

Təcili xəbərlər

Hillary Clinton Şimali İrlandiyada son sülh elçiliyini etdi


Hillary Clinton
Hillary Clinton
-
Ən maraqlı cəhət budur ki, ABŞ dövlət katibi Hillary Clinton-un Dublindən sonra Şimali İrlandiyanın əsas şəhəri Belfasta gəlişini ölkənin əsas telekanalı olan BBC yox, «Sky» televiziyası təfərrüatlı şəkildə canlı yayımlayıb.

BBC bir neçə reportajla kifayətlənib.

Bu, həm də onunla bağlı ola bilər ki, Belfastda keçirilən mətbuat konfransında London üçün incə sayılan məqamlara toxunulub.

Şimali İrlandiyada son vaxtlar baş verən ağır iğtişaşlara işarə edən xanım Clinton bildirib ki, «vəziyyət bizim işi başa çatdırmadığımızı göstərir».

«Demokratik cəmiyyətdə fikir ayrılıqları həmişə olacaq, lakin onlara zorakılıqla cavab verilməsi heç vaxt məqbul sayıla bilməz», - deyib dövlət katibi.

İRLANDİYA – ABŞ PREZİDENTLƏRİNİN «FABRİK»İ

Avropaya dördgünlük səfər edən Hillary Clinton-un Belfast dayanacağı konkret və təcili missiya xarakteri daşıyırdı.

Şərqi Belfast Alyansından millət vəkili Naomi Long-a qarşı ölüm hədələrinə toxunan Clinton deyib ki, «Mən bu qadını tanıyıram və onun və alyansın taleyindən son dərəcə nigaranam».

«Mən dövlət katibi postunu tərk edirəm. Amma sülh prosesinin tərəfdarı və ilhamçısı kimi fəaliyyətimi davam etdirəcəyimə və özünü hələlik bu prosesin içində hiss etməyənlərə yetişəcəyimə söz verirəm», - deyib Hillary Clinton.

Mətbuat konfransında Şimali İrlandiyanın birinci naziri Peter Robinson və onun müavini Martin McGuinness xanım
Peter Robinson və Hillary Clinton
Peter Robinson və Hillary Clinton
Clinton-a onun sülh prosesinə şəxsi töhfələrinə görə təşəkkür ediblər.

Cənab McGuinness həmçinin Hillary Clinton-un həyat yoldaşı, ABŞ-ın sabiq prezidenti Bill Clinton-a onun «sülh prosesinə həyati töhfələri üçün» təşəkkür bildirib.

Cənab Peter Robinson bir çox ABŞ prezidentlərinin soykökü etibarilə İrlandiyaya bağlılığını yada salıb.

Bu mənada, xanım Clinton-un əri də istisna təşkil etmir. O, İrlandiyanın Cassidy nəslinə aiddir.

BAYRAQ DAVASI

Hillary Clinton-un Şimali İrlandiyaya səfəri həm də bu bölgədə son günlər qızışan «bayraq davası» ilə eyni vaxta düşüb.

Belfast Şəhər Şurasındakı millətçilər binanın günbəzində dalğalanan Britaniya bayrağının götürülməsini tələb edirlər.

Şura bayrağın ilin 365 günü dalğalanması praktikasına son qoymaq barədə qərar qəbul etdikdən sonra Alyans Partiyasının qərargahı yandırılıb.

Belfastda millətçilərlə polisin qarşıdurması
Belfastda millətçilərlə polisin qarşıdurması
Alyansdan olan rəsmilər bayrağın yalnız müəyyən günlərdə görünməsi kimi güzəştə gediblər.

İrland millətçiləri «Union Jack» – «İttifaq Ceki» kimi tanınan bu bayrağı ingilis müstəmləkəçiliyinin simvolu kimi görürlər.

Protestant əhali isə bu bayrağın «onların kraliçasının bayrağı» olduğunu söyləyirlər.
Lakin Britaniyanın rəsmi adı –Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı adı hər halda onu göstərir ki, Şimali İrlandiya nə isə xüsusi bir statusa malikdir.

BELFASTDA YENƏ DƏ «BOMBA RABATAY»

Clinton-un Şimali İrlandiyaya səfəri ərəfəsində Derri şəhərində 4 vəzifəli respublikaçı dissident bomba yerləşdirmə cəhdi ilə əlaqədar həbs olunublar.

Bu bomba Əfqanıstanda Britaniya və Amerika əsgərlərini öldürmək üçün istifadə olunan partladıcılarla eynidir.

Bu barədə Şimali İrlandiya polisi məlumat yayıb.

Bomba Qreqqan ərazisində cümə axşamı saxlanmış avtomobildən tapılıb.
XS
SM
MD
LG