Keçid linkləri

Təcili xəbərlər

Turan Hocanın əziz xatirəsinə…


Turan Yazgan
Turan Yazgan
-
Turan Hocanın Turan.org.tr saytı qaralara bürünüb:

TÜRK DÜNYASI kavramını ilk kullanan,
TÜRK DÜNYASI ARAŞTIRMALARI VAKFI’nın kurucusu,
hayatını TÜRK DÜNYASI’na adayan,
son anına kadar TÜRK DÜNYASI için yaşayan, çalışan, düşünen,
yüreği TÜRK DÜNYASI, TÜRK DÜNYASI diye çarpan;
akıl, gönül ve dava adamı,
TÜRK DÜNYASI’nın bilicisi,
TÜRK DÜNYASI’nın boy boylayıcısı, soy soylayıcısı,
TÜRK DÜNYASI’nın ad koyucusu, yaşayan son Korkut Atası,
TÜRK DÜNYASI’nın aksakalı;

GÜLEN Hanımefendi’nin sevgili eşi, KARAHAN, KORHAN ve KÖZHAN’ın babası,

hepimizin hocası;
TURAN’ın yol göstericisi,
adı ile müsemma Prof. Dr. TURAN YAZGAN Hocamız Hakkın rahmetine yürümüştür.

24 Kasım 2012 Cumartesi günü, İstanbul Üniversitesi Rektörlük Binasındaki tören saat 11:00’de, Türk Dünyası Araştırmaları Vakfı önündeki tören saat: 12:30’da olacak ve Fatih Camisi’nde ikindi namazını müteakip kılınacak cenaze namazından sonra Kozlu Mezarlığı’ndaki aile kabristanında ebedi istirahatgâhına defnedilecektir.

TÜRK DÜNYASI’nın başı sağolsun, yattığı yer nurla dolsun, ALLAH rahmet eylesin.

Bilmirəm bütün bu deyilənlərə nə əlavə edə bilərəm?

Tale elə gətirdi ki, mən 20 il öncə Turan bəylə tanış oldum.

1992-ci ildə Bakıda Atatürk liseyini Türk Dünyası Araşdırmaları Vaqfı olaraq Turan Yazqan açmışdı.

Mənim oğlum da liseyin ilk şagirdlərindən idi.

Hərdən Bakıya gələrdi və valideynlərlə də görüşərdi.

1995-ci ildə isə liseyin şagirdlərini Türk Dünyası Çocuq Şöləninə dəvət etdi və biz valideynlər də bu şölənə qatıldıq.

10-15 gün gözəlim İstanbulu gəzdik, Turan Hocanın qonağı olduq.

Onun adı gələn hər yerdə hörmət, izzət, ehtiram gördük.

Aradan illər keçdi. Uşaqlarımız böyüdü. Onları başqaları əvəzlədi.

Turan Hoca bu missiyasını uzun illər davam etdirdi.

Və günlərin birində bu dünyadan köçdü…

74 yaşında… 20 il əvvəl mən onu 70-80 yaşlı ağsaqqal kimi görürdüm.

Sən demə, Turan bəy əllini təzə keçibmiş…

Ruhu şad olsun !

Türk sevdalısı böyük bir şəxsiyyəti itirdik.

Kədərimiz sonsuzdur.

Türk millətinin başı sağ olsun!

Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir.

Ən son yazılan

XS
SM
MD
LG