-
Əksər təhlilçilərin fikrincə, B.Obama təkcə seçkini udmadı, həm də tarixə düşdü, çünki, onların fikrincə, prezident F.Roosevelt-dən sonra heç kimə işsizliyin və iqtisadi problemlərin bu səviyyəsində seçkini udmaq nəsib olmamışdı. Amma Obama bunu edə bildi. Əslində isə, Obama-nın tarixlə problemi yox idi. O, birinci afrikamənşəli prezident idi, üstəlik, Nobel mükafatı laureatı olmuşdu. Bura onun bir müddətlik prezidentlik dövrünü də əlavə etsək, Obama öz rəqibindən daha çox tanınırdı və daha anlaşıqlı idi.
Onun seçkini udmasının əsas səbəbi isə yəqin ki, daha çox aztəminatlı, sadə Amerika insanlarına istinad etməyi oldu. Yəqin ki, böhranın bu vaxtında M.Romney-nin varlı təbəqəyə istinad etməyə, onların maraqlarının ifadəçisi olmağa çalışması məğlubiyyətə gətirib çıxardı.
Təkrar seçilməyin üstünlüyü kimi həm də çətinlikləri var, çünki onun arxasında təkcə uğurlar deyil, həm də uğursuzluqlar, həll edilməmiş problemlər dayanır. Obama seçkiyə özünün üç mühüm «siyasi kart»ı ilə qatılmışdı: səhiyyə islahatları, Bin Laden-in zərərsizləşdirilməsi və bir də İraqdan qoşunların çıxarılması.
Bunlardan birinci ikisi ona kifayət qədər siyasi xal gətirmək iqtidarında idi. Ən azı ona görə ki, G.Bush amerikalılara bir Bin-Laden mifi qoyub getmişdi. Obama bu mifi aradan götürdü. Səhiyyə məsələsi isə elə bir addım idi ki, o, əksər amerikalıları razı salmaya bilməzdi. Bunların qarşısında M.Romney-nin yalnız vədləri vardı. Bu vədlər isə bütün amerikalıları onun ətrafında səfərbər etmək iqtidarında deyildi.
İndi bütün bunlar bir növ keçmişdə qaldı, hətta o, çox yaxın keçmiş olsa belə. Artıq hamını daha çox bundan sonra nə baş verəcəyi düşündürür.
AVTORİTAR REJİMLƏRİN ÇÖKÜŞÜ
Obama-nın dövrünə «ərəb baharı» təsadüf etdi. Misirdə, Liviyada, Yəməndə, Tunisdə avtoritar rejimlər bir-birinin ardınca çökdü. Bu prosesi təkcə Obama-nın adına yazmaq çətindir. Amma ABŞ administrasiyasının prosesdə tutduğu mövqe təqdirəlayiq hesab edilə bilər. Faktiki olaraq sosialist düşərgəsinin çöküşündən sonra insanlar böyük bir demokratik dalğanın şahidləri oldular. Amma arada Suriya da var və bu, Obama-nın həll etməli olduğu əsas problemlərdən biridir. Rusiya ilə Çinin müqavimətini qırmaq, suriyalıları B.Assad rejimindən azad etmək mümkün olacaqmı? Çətin sualdır. Amma aydın olanı budur ki, bu proses də dörd il davam edə bilməz...
İRAN MƏSƏLƏSİ
İran məsələsi də gündəlikdən çıxmayıb. Obama bu məsələdə bir qədər ehtiyatlı mövqe tutur. Amma bu mövqe nə vaxta qədər davam edəcək? ABŞ və digər dövlətlər İranın nüvə silahı əldə etməsinə sakitcə tamaşa edə biləcəklərmi? İran təkcə özünün nüvə silahına can atması ilə ehtiyatlandırmır. O, həm də Yaxın Şərqdə avtoritar rejimlərə bir dayaqdır. Bəs, bu problem necə həll ediləcək? Bu sualın dəqiq cavabını indi yalnız İsrail vermək iqtidarındadır. Amma bu elə cavabdır ki, onu qəbul etmək çətindir, çünki İranla müharibə heç də asan başa gələn məsələ deyil.
Təsadüfi deyil ki, Z.Brzezinski kimi politoloq ölkəsini bu addımdan çəkindirməyə cəhd edir. İndi əsl «İran labirinti» yaranıb. Sanksiyalar arzu olunan nəticəni vermir, İran nüvə silahı əldə etmək üçün öz səylərini davam etdirir, daxildən bu rejimi dəyişmək cəhdləri isə kütləvi xarakter almır. Bush-un Bin Laden-i ABŞ siyasətinə miras qoyduğu kimi, Obama da İran məsələsini növbəti hakimiyyətin dövrünə saxlaya bilər. Bu, necə deyərlər, «sıfır variant»dır. Amma bundan demokratlar bütövlükdə bir siyasi qüvvə kimi ziyan çəkməyəcəklərmi? Ağ Evin qapıları onların üzünə uzun müddət bağlanmazmı?
AZƏRBAYCAN VƏ QAFQAZ
B.Obama-nın dövründə Minsk Qrupu öz fəaliyyəti ilə bir o qədər də diqqət çəkə bilmədi. Bu dövr daha çox «Sürix protokolları» ilə yadda qaldı. Amma respublikaçılardan fərqli olaraq, demokratlar tərəfdaş ölkələrdə demokratiya və insan haqları məsələsində daha diqqətli olurlar. Bu, isə 2013-cü ildə prezident seçkisi keçirmək niyyətində olan Azərbaycan üçün heç də az önəm kəsb etmir.
Obama həm də Gürcüstanın NATO-ya üzv olmasına çalışan siyasi lider kimi da yadda qalmışdı. Düzdür, ona bu məsələdə avropalı həmkarlarının tərəddüdünə son qoymaq müyəssər olmayıb, amma bir məsələ aydındır ki, prezidentliyinin ikinci müddətində Obama bu məsələni yenidən gündəmdə saxlamağa cəhd edəcək. Bu isə Gürcüstanın indiki vəziyyətində o qədər də az əhəmiyyət kəsb etmir, çünki gürcü siyasətində tərəzinin gözü Rusiyaya tərəf arzu olunandan çox əyilə bilər.
Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir.