-
ABŞ-dakı prezident seçkisindən bizi çox az vaxt ayırır. İndi hamını daha çox hansı namizədin böyük şansa malik olması maraqlandırsa da, seçkinin öz spesifik xüsusiyyətləri də maraqsız deyil. Bu xüsusiyyətlər bəlkə də onlarladır və hər biri özünə görə maraq kəsb edir. Amma mən onlardan yalnız birinin üzərində dayanacam və onu öz təşəbbüsümlə «təkəbbürsüz siyasət» adlandıracam. Bəlkə də bu, sizə bir qədər qəribə görünəcək, amma sonradan güman ki, mənimlə razılaşacaqsınız.
Azərbaycan 1991-ci ildən prezident seçkisi keçirir və bu müddət ərzində dörd nəfər prezident seçilib. Ümumilikdə isə altı prezident seçkisi keçirilib. Təsəvvür edin ki, bu prosesdə bircə dəfə olsun debat təşkil olunmayıb. Düzdür, namizədlər çıxış edib, öz platformalarını açıqlayıblar və hətta kəskin tənqidi fikirlər də səsləndiriblər. Amma qarşı-qarşıya və, necə deyərlər, üzbəüz mübarizəyə həvəs göstərənlər olmayıb. Artıq bir dəfə bu adı – prezident adını daşıyanlar və ya prezident postuna ən real namizəd bilinənlər hətta çıxış etmək, öz platformalarını şərh etmək, eləcə digər namizədlərin onlar haqda dedikləri ittihamlara aydınlıq gətirmək həvəsində belə olmayıblar. Amma biz B.Obama ilə M.Romney-in debatlarını gördük və bu debatların seçkinin gedişinə necə təsir etdiyini izlədik. Oralar üçün bu, adi bir haldır və hər seçkidə təkrar olur. Bəlkə bu, o qədər adiləşib ki, onu xüsusi qeyd etməyi də lüzum bilmirlər. Amma Amerika həmişə təəccübləndirib. Orada adi görünən çox şey başqa yerlərdə həmişə böyük təəccüb və maraqla qarşılanıb. Elə A.Tocqueville-nin Amerika ilə bağlı qeydlərinin bu gün də maraqla oxunmasının və hətta öyrənilməsinin səbəbi məhz bu, deyilmi?
Mən bəlkə də bu detalın üzərində bir o qədər də dayanmazdım. Amma düşünürəm ki, hər bir millət özünün demokratiya ənənələrini formalaşdırmağa çalışmalıdır. Bəzən təəssüf ki, demokratiyadan kənara çıxmaları, istisnaları ənənə kimi qələmə verməyə cəhd edir və konkret zaman kəsiyində hətta buna nail də olurlar. Zira demokratiyanın öz tələbləri var. Siz Hindistandakı kimi, seçki qutularını fillərin üstündə bir yerdən başqa bir yerə daşıya və yaxud bəzi ölkələrdəki kimi, kompüterlə səs verə bilərsiniz. Hətta Amerikadakı kimi bunu seçkiyə bir neçə gün qalmış edə bilərsiniz. Bu, sizin qanunlardan və ənənələrdən asılıdır. Amma bütün hallarda seçki düzgün keçirilməli, namizədlərə bərabər şərait və imkan yaradılmalı, səslər düzgün sayılmalıdır. Bunlar edilirsə, ölkədə seçki var və edilmirsə, onun adını nə qoyursunuzsa qoyun, bu, artıq demokratiya olmayacaq…
DEMOKRATİK LİDERİN PORTRETİ
Bunu cızmaq çox çətindir. Hətta ümumi detallar, şablonlar da yoxdur. Hər bir lider özü üçün imic və siyasi obraz formalaşdırır. Bunun uğurlu olmasından isə seçkinin nəticələri asılı olur. Dünyada nə qədər demokratiya varsa, bir o qədər də siyasətçi obrazı var. Artıq qeyd etdiyim kimi, bu məsələdə elə bir etalon və ya siyasi şablon yoxdur. Amma bir tələb var: elə davranmalısınız ki, kütlə, insanlar sizi sevsin. Hərəkətləriniz insanlarda rəğbət oyatmaq gücündə olmalıdır. Bu rəğbət o qədər böyük olmalıdır ki, hətta bəzi jestlərinizi insanlar təqlid etməyə və təkrarlamağa başlamalıdırlar. Bu, varsa, onda hesab edin ki, özünüz üçün uğurlu siyasi obraz və ya imic yarada bilmisiniz.
İndi bu sətirləri yazanda, Azərbaycan və İ.Əliyev haqqında düşünürəm. İ.Əliyevin hər bir hərəkətində və hər bir jestində sanki bircə fikir ifadə olunub: Mən prezidentəm, siz kimsiniz? Onu heç kim təqlid etməyə cəhd etmir, o, özü bir vaxt bəzi siyasi liderləri təqlid etməyə cəhd etdi, di gəl, bu, çox uğursuz oldu. Onun sanki hər bir jesti özünün «seçilmişlərdən» olduğunu nümayiş etdirməyə, bunu təlqin etməyə yönəlib. O, demokratik lider roluna yaxın da düşə bilmir, avtoritar lider kimi isə yalnız ironiya doğurur. Böyük ehtimalla demək olar ki, normal seçkidə o, hətta ortabab bir namizədə də uduzardı. Onun sevmədiyi əsas şey başqalarının nəyəsə təşəbbüs göstərməsi, təşəbbüskarlığa cəhd etməsidir.
Adi bir misal. 19 ildir ki, bu hakimiyyət Qarabağ probleminin həllində ən kiçik irəliləyişə belə nail olmayıb. Di gəl ki, kimsə və ya hansısa qrup bu problemlə bağlı nəyəsə cəhd edəndə, onu elə bir etiraz və təpki ilə qarşılayırlar ki, insanlar öz hərəkətlərinə peşman olur.
KİÇİK SÖZARDI
Bəzən deyirlər ki, siyasət çox irrasional sənətdir. Amma belə deyil, siyasət konkret sahədir, məntiqi və konkretliyi sevir. Sadəcə o, dolaşıq situasiyalarda irrasional çalarlar kəsb edir. Demokratiyalarda isə siyasət olduqca rasional bir fenomendir. Məsələn, mən M.Gandhi-ni də, V.Havel-i də eyni uğurla dərk edir və duyuram. Bir az əvvəl ənənələrdən danışdım. M.Gandhi bunun uğurlu təcəssümü deyilmi? Və yaxud da V.Havel. Onların şər ikisi millidir, amma eyni zamanda da bəşəridir. Onların siyasi obrazı üzərində siyasi texnoloqlar işləyibmi? Bilmirəm. Amma hər ikisinin çox uğurlu siyasi obraz olub…
Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir.