-
Oturub şirin-şirin işlədiyim bir vaxtda tanımadığım bir nömrədən qəfil zəng gəldi.
Zəng edən tələm-tələsik adını deyib mətləbə keçdi.
Mətləb də, nə mətləb!
«Sabah saat 10-da Norveç səfirliyinə girəcəyəm. Əgər məni çıxarmağa cəhd etsələr, damarımı ülgüclə doğrayacağam…».
İşə düşmədim. Ülgüc ha!
Mən axı bir neçə həftədir Türkiyə kanallarının birində ülgüclə bağlı seriala baxıram—«Ustura Kemal» dizisinə. Türklər ülgücə «ustura» deyirlər.
Demək, indi mən «Ülgüc Qurban»la danışıram…
Nə gözəl serial çıxardı! Dövlətin ayırdığı pulla çəkərdik—deyə bir anlığa düşündüm.
Ay! Nə sadəlövhsən, Sevda!
Dövlətin pulu olsaydı, Qurban kişi ülgücə əl atardımı?
Hə, bu da düzdür…
Qurban kişi kimdir?
Bilməyənlərə bildirim ki, Qurban kişi «Qız Qalası»nın düz yanında bir neçə il əvvəl sökülən binanın sakinlərindəndir. Daha doğrusu, orada yerləşən dükanın sahibidir. İllərdir haray çəkir. Ona düşən kompensasiyanı istəyir. Amma türklər demiş, nafile…yəni boş yerə.
Həmin sökülən binanın yerində indi çəmənlik (qazon) salınıb… Qurban kişinin dediyinə görə, hələlik…Sonra nə olacaq? Eyyub Yaqubov demiş, «Kim bilir?!».
Qurban kişi bu illər ərzində dərdini demədiyi yer qalmayıb. Ölkə mediası—içi biz qarışıq ondan nə qədər desən yazıb.
Məhkəmələrə üz tutub. İnsafən, sonda məhkəmələr də onun haqqını tanıyıb. Ancaq kompensasiyanı verməli olan heç nəyi vecinə almır. Deyir, vermirəm, vəssalam!
Axırda …hər yerdən əli üzülən Qurban kişinin əlacı divarlara qalıb…
Deyir, dərdimi divarlara yazıram! Cırırlar, yenə yazıram!
Yaz, Qurban kişi, yaz!
Elə biz də yazırıq, amma səndən fərqli olaraq, kompüterə…
Onu da bil ki, Türkiyədə «Ülgüc Kamal» deyilən bir şəxs olub.
Ötən əsrin əvvəllərində İstanbulda yaşayıb.
Məhəllənin sayılıb-seçilən cayıllarından olub.
Əsrin 20-ci illərində ölkəsini basan yadellilərlə barışmayıb Kamal deyilən adam.
Və Koroğlu kimi nərə çəkərək, ülgüc oynadaraq yadellilərə qarşı mübarizəyə girişib Ustura Kamal…
Bu xarakter Vətən uğrunda savaşa qalxanların ümumiləşdirilmiş obrazıdır.
Onlar Vətəni xilas edə biliblər!
Müstəqil Cümhuriyyət qurublar.
Serialı (trilleri) çəkənlərə əhsən!
Dövrün ruhunu nə gözəl tutub.
Adam özünü XX əsrin əvvəllərində neçə-neçə yabançının göz dikdiyi gözəlim İstanbulda hiss edir.
Qaldı sənə, elə telefonda, sonra görüşəndə dediyim kimi, ülgücdən əl çək.
Haqqını qanuni yollarla qoru!
Bilirəm, yaşlısan…
Bilirəm, amansız xəstəliklə savaşdasan…
Bilirəm, neçə illərdir dükanın əlindən alındığından ailəni dolandıra bilmirsən...
Amma döz! Ümidini üzmə!
Neçə-neçə vətəndaşın hüquqi dövlət qurma xəyallarına su səpmə.
Ülgücü bir yana qoy.
Yoxsa adına «Ülgüc Qurban» deyərlər, vallah…
Bax, mən də başlığa çıxarmışam.
Lap Koroğlu—«Korun oğlu» məsəlindəki kimi.
«Bir İnsanın Kaderi Belki de Bir Ulusun Kaderini Değiştirir...».
«Ustura Kemal» dizisində belə deyilir.
Odur ki, gücünə inan!
Özünü qoru.
Özünüqəsdə yox, gücünü-qüvvətini Vətəni daha yaşamalı etmək naminə gərəkli işlərə həsr et!
Onda bizdən sonra yaşayanlar kino çəkməkdə, qəhrəman seçməkdə çətinlik çəkməyəcək!
Əsl «Ülgüc Qurban» serialı onda yaranacaq!
P.S. Qurban kişi barədə daha ətraflı AzadlıqRadiosunun «Qaynar xətt» verilişində…