-
Kimin qələbəsini arzulayırsan və niyə?
Amerikadakı seçkilər təkcə siyasi texnologiyaların rəngarəngliyi, təkrarsız seçki epizodları ilə diqqəti çəkmir. Bu seçkilər həm də böyük maliyyə axını ilə maraq doğurur. Bu baxımdan bu ilki seçkilər də istisna təşkil etmir. Hətta müşahidəçilərin qənaətinə görə bu seçkilər ABŞ tarixində ən bahalı seçkilər kimi qalmaq iddiasındadır. Təsəvvür edin, hər iki namizəd – B. Obama, həm də onun rəqibi M. Romney tək bir avqust ayı ərzində hər biri 100 milyon dollar vəsait toplamağa müvəffəq olublar. Amma mənim bu yazıda məqsədim heç də ABŞ-dakı seçkilərin maliyyə tərəflərini araşdırmaq deyil. Hərçənd ki, bu məsələ də Azərbaycan üçün az maraq və əhəmiyyət kəsb etmir. Maliyyə və maddi məsrəflərinə görə Azərbaycanın ən böyük seçkisi hətta ABŞ-ın kiçik bələdiyyə strukturuna seçkilər qədər də deyil. Amma düşünəndə ki, seçki böyük siyasi tədbirdir, bu məsələdə öyrəniləsi məqamların hələ çox olduğu qənaətinə gəlmək heç də çətin deyil, baxmayaraq ki, Azərbaycanın seçkiləri hələ ilk növbədə əsl seçki statusunu qazanmalıdır, insanların bu proseslə bağlı itirilmiş inamını və etimadını özünə qaytarmalıdır. Burada bircə detalı qeyd edim ki, seçkinin ucuz başa gəlməsi hələ seçilən insanların və onların ətrafının kasıb olması qənaətini vermir. O baxımdan kiçik Azərbaycan hətta ABŞ kimi dövlətə «dərs keçmək» iqtidarındadır, çünki avtoritar üsul-idarə hökm sürən ölkələrdə siyasətçilər bir qayda olaraq çox varlı olur. İndi gələk əsl mətləbin üzərinə.
SƏN ÖLKƏN ÜÇÜN NƏ ETMİSƏN?
Biz hələ dünyada baş verən proseslərə təəccüblənməklə məşğuluq. Təbii ki hər şeyin bir sosial mexanizmi olmalıdır. Bu mexanizm olmayanda heç nəyi planlaşdırmaq olmur. Lakin bəzən çox yox, adi vətəndaş mövqeyi də sınağa çəkilir. J. Kennedy’nin maraqlı bir fikri vardı və mən həmin fikri tez-tez yada salmağı sevirəm. O, deyirdi ki, soruşma ki, Amerika sənin üçün nə edib, de ki, sən Amerika üçün nə etmisən!. O fikri təmənnasızlıq nöqteyi-nəzərindən qəbul və izah etmək lazım deyil. Təbii, vətəndaşlar varlı filantroplar deyil, onlar vergi ödəyiciləridir. Bunun özü kifayət qədər yetərlidir. Amma bir qədər əvvəldə ABŞ seçkilərindəki maliyyə axınları haqda danışdıq. Bunları da vətəndaşlar edir. ABŞ-da seçkinin maliyyələşdirilməsi böyük prosesdir və bir daha o fikri qeyd edirik ki, Azərbaycanda hələ belə mexanizmlər yoxdur. Amma bizi indiyə qədər yanlış istiqamətə yönəldiblər. Bu vaxta qədər eşitməməmişəm ki, ABŞ-da seçki zamanı hansısa konqresmen və yaxud da ki, prezidentliyə namizəd yol çəksin və ya bizim dildə desək, «xeyir-şər evi» tiksin. Orada iş adamlarının, sahibkarların Konqresə və yaxud da ki, prezidentliyə seçilmək praktikası yoxdur, hamı öz işi ilə məşğuldur. Proses əksinə olur – sahibkar və yaxud da iş adamı siyasətçilərin seçki kampaniyalarını maliyyələşdirirlər.
Amma hər kəsdən önəmli olan yenə də adi vətəndaşdır. Keçmiş ənənələrə tam uyğun olaraq «homo sovetikus»un gözləri hələ də siyasətçilərin əlinə dikilib ki, görən, bizə nə verəcək? Ələ baxmaq, bəhanələr gətirmək, elə hey deyinmək – narazılığın ən yaxşı halda ifadəsi budur. Nəyəsə təşəbbüs edib nəsə etməyə çalışmaq – bu, yoxdur. Deyirlər ki, hökumət imkan vermir. Bu, doğrudur. Lakin gəlin etiraf edək ki, hökumət istəsə də hər şeyə nəzarət edə bilməz. Ən azı ona görə ki, avtoritar ölkələr «orta repressivlik» həddində və dərəcəsində olur, totalitar rejimlər kimi hər bir şeyi, hətta xırdalıqları belə öz nəzarətində saxlayan institutlar olmur. Sadəcə, adi vətəndaş şücaəti lazımdı və bu şücaət bir çox hallarda avtoritar hakimiyyətləri belə geri çəkilməyə və vətəndaş təşəbbüsünə yer verməyə vadar edir. Sən əgər ölkənin müxalifət partiyalarına və yaxud da müstəqil insanlara ictimai dəstək verməkdə belə acizsənsə buna müxalifət və ya hakimiyyət nə etsin? Bu ölkənin ən çətin və ən böhranlı hallarında müxalifətin çağırışlarına 500-600 adam qoşulur. Bunu yalnız bir cür yozmaq olar: insanlar hökumətin siyasətindən razıdır, çünki kimə nə dəxli var ki, orta statistik vətəndaş ürəyində gizlicə nə düşünür və ya nərd taxtası arxasında öz yaxın dostuna hakimiyyət haqda nə deyir! Axı ölkədəki siyasi ab-havanı öyrənən insanlar ekstrasens deyillər ki, kiminsə dilinə gətirə bilmədiyi fikirləri oxusunlar! Seçkiyə getmirsənsə və yaxud öz səsinin taleyini düşünmürsənsə, müxalifətə ictimai dəstək vermirsənsə, öz səsini müstəqil ziyalılara, ümumiyyətlə müstəqili insanlara dəstək olmaq və onlarla həmrəy olduğunu bildirmək üçün ucaltmırsansa, deməli hökumətin siyasətindən razısan. Düzdür, latent narazılığın böyük etirazlara çevrilən və böyük siyasi proseslərə təkan verən vaxtları da olur. Amma bu yarım əsrdə bir dəfə baş verir. Ən əsası isə o impulsiv, ani xarakter daşıdığından kreativ gücə də malik olmur.
BİR ŞAM YANDIRSAN...
Bizim müəllimlər deyirdi ki, hər gün ən azı iki saat işləmək lazımdır. Amma biz nə edirdik? Fikirləşirdik ki, bu gün, sabah başqa işim var, onları görüm, o biri gün əvəzini çıxaram, altı saat işləyərəm. Amma alınmırdı... Adi ölkənin də siyasi ritmi belədir, hər gün kiçik iş görmək lazımdır. Bir fikir də var, onu xatırlamağı sevirəm. Deyir ki, qaranlıqların ardınca deyinməkdənsə, bir şam yandır. Bəzən elə olur ki, insanlar bir şamın işığına toplaşır...
Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir
Amerika seçkilərini şərh et