Bu xüsusda çox suallar var. Dövlət başçılarının Tehranda toplantısı hələ bu ayın 30-31-nə nəzərdə tutulub. Bu toplantıda – «Bloklara Qoşulmayanlar»ın Tehran sammitində Azərbaycanı bu dəfə xarici işlər naziri E. Məmmədyarov təmsil edəcək. Prezident isə bu müddətdə Belarusa səfər etdi. Onun Tehran sammitinə qoşulmaması bəlkə də hansısa siyasi dividentlər gətirəcəkdi. Amma Belarusa səfər həmin o dividentləri heçə endirdi, çünki ABŞ-ın və ümumiyyətlə Qərb ölkələrinin bu ölkəyə, daha doğrusu–onun başçısı A. Lukaşenkaya münasibəti heç İrandan o qədər də yaxşı deyil.
Mən bloklara qoşulmamağı həm də bitərəflik kimi başa düşürəm. Amma görək, növbəti üç ildə bloka rəhbərlik edəcək İranı bitərəf dövlət hesab etmək hər hansı sağlam məntiqə uyğundurmu? Tehranda keçirilən bütün tədbirlər elə başlanğıcda anti-Amerika və anti-Qərb şousu şəklini alır. Bu dəfə də heç bir istisna olmadı. Toplantının lap əvvəlindəcə çıxış edən İranın xarici işlər naziri öz ölkəsini ABŞ-ın «ədalətsiz sanksiyaları»ndan qorumağı və onların «dinc nüvə proqramı»nı müdafiə etməyi «xahiş» etdi. Əslində burada qeyri-adi bir şey də baş vermir. Qoşulmayanlar Hərəkatı bir vaxt SSRİ-nin yaxın dəstəyi ilə ABŞ-a qarşı yaradılmışdı. O, bir instrument idi. İndi də özünün o mahiyyətini saxlayır. İ. Əliyevin toplantıya qatılmamasını diplomatik demarş kimi yozmaq olardı. Son vaxtlar bunun üçün xeyli əsas da yaranmışdı. Zira əvvəldə qeyd etdiyimiz kimi, Belarusa səfər bunu tam mənasız etdi. Elə ona qədərki siyasət də – Azərbaycanın Qoşulmayanlar Hərəkatına üzv olması hətta ən məntiqli və hazırcavab politoloqları da çətin vəziyyətə salırdı, onlar da bunu əsaslandırmaq üçün tutarlı arqumentlər tapa bilmirdilər.
DƏSTƏK ARDINCA, YOXSA ÖZÜNÜ SIĞORTALAMAQ ÜÇÜN?
Ölkədə atılan bütün siyasi addımları Qarabağla bağlamaq arıq adi hal alıb. Azərbaycanın bloklara qoşulmayanlar hərəkatına üzv olmasını da elə həmin bu amillə bağladılar. Lakin sual yaranır. Əgər Azərbaycana bir tribuna lazım gəlirsə, o, buna ehtiyac duyursa, niyə Tehran sammitində yalnız xarici işlər naziri səviyyəsində təmsil olunur? Mən bununla Tehran sammitinə xüsusi önəm vermək niyyətində deyiləm, həmin sammitə münasibətimi bir qədər əvvəldə bildirdim. Sadəcə, diqqəti ona cəlb etmək istəyirəm ki, Azərbaycanın xarici siyasəti artıq qeyd etdiyim kimi, çox kiçik «qələbə»lərə hesablanıb. Görəndə ki, ölkə hətta belə kiçik qələbələrin sayını artıra bilmir, adam dilxor olur. Ermənistan isə hər bir məsələdə nələri və necə əldə edəcəyini bilir. O ölkə Qoşulmayanlar Hərəkatında müşahidəçi kimi iştirak edir, amma bununla bahəm S. Sarkisyanın da tədbirə qatılacağı gözlənir. Azərbaycana gəldikdə isə daxili siyasət necədirsə xarici siyasət də elədir – bu gün nəyisə tikirlər, sabah isə onu sökürlər... Bir sözlə, Tehranda keçirilən sammit Qarabağ həqiqətləri üçün tribuna ola bilmədi. Bu birinci və əsas nəticədir. Bəs başqa sahədə necə – geosiyasi balanslaşdırma səmtində necə? Bir nəticə hasil oldumu? Güman etmirik. Aydın məsələdir ki, ölkəni Qoşulmayanlar Blokuna üzv etməklə həm Rusiyaya və həm də NATO–ya bir ismarış göndərmək istəyirdilər. Amma heç bir tərəf Azərbaycanın addımını ciddi qəbul etmir. Elə ölkənin özündə də bunu ciddi yozmurlar. Hətta dövlətin yüksək çinli məmurları da dəfələrlə deyiblər ki, ölkənin NATO-ya üzvlüyü zərurətə çevrilirsə, o halda Azərbaycan Qoşulmayanlar Hərəkatında özünün üzvlüyünü dayandıracaq. Elə buradan görünür ki, ölkə bu addımı atanda elə bir ciddi məqsəd qoymayıb qarşısına, sadəcə həm NATO–nun, həm də elə Rusiyanın hərbi müfəttişlərindən özünü müvəqqəti qorumaq istəyib.
KİÇİK SÖZARDI
Sovetlər dönəmində bir fikir vardı: xarici siyasət daxili siyasətin davamıdır. Bunu başqa rakursda əvvəl də qeyd etdik. Siyasətdə də bir əməl və nəticə tərəzisi var. Hər şey son nəticədə bu tərəziyə qoyulur. Bunu niyə deyirəm?
Bloklara Qoşulmayanlar Hərəkatına üzv olmaq üçün başqa bir arqument də səslənirdi. Deyirdilər ki, bu, bizə bəzi dövlətlərin BMT TŞ-na qeyri-daimi üzv olmağımız üçün dəstəyini almağa görə lazımdır. Bəli, ölkə BMT TŞ-nın qeyri-daimi üzvü də oldu. Bunların hər şeyi Qarabağla şərtləndirmək məntiqini bir daha əsas götürüb soruşmaq istərdik: nəsə dəyişdimi?
Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir