Bəli, ölkənin hər yerində T. Fikrətin «Millət şərqisi»nin kükrədiyi o vaxtlarda hər şey asan təsəvvür olunurdu. İnsanlara elə gəlirdi ki, bütün məsələləri o zaman V. Lenin, sonradan isə Azadlıq meydanı adlandırılan yerdə həll etmək mümkündür. İranla Azərbaycan arasındakı sərhədlərin birtərəfli qaydada və hələ SSRİ-nin mövcud olduğu bir vaxtda götürülməsinin bəlkə də onlarla və daha çox səbəbləri olub, amma bir səbəb də həmin sadəlövhlük idi: insanlar həqiqətən də düşünürdülər ki, parçalanmış, bölünmüş millətlərin birləşməsi bir anın işidir, bunu sadəcə istəmək lazımdı. Lakin sonradan bunun o qədər də asan olmadığı qənaəti hasil oldu, insanlar başa düşdülər ki, bu dünyanın acı siyasi reallıqları var və onları aşmaq elə də asan deyil. Mən Arazın hər iki tərəfində bu istəklə bağlı olan hadisələri mərhələlərə bölməkdə acizəm və mənə elə gəlir ki, bu, sanballı bir monoqrafiyanın mövzusu ola bilər. Sovet vaxtında da bu məsələ sönməmişdi, hətta buna cəhd də olmuşdu və yəqin ki, oxucuya S. J. Pişəvəri hərəkatını bir daha xatırlatmaq yersizdir. O vaxtlar «Cənub həsrəti» Azərbaycan ədəbiyyatının mühüm hissəsi idi. Bunun xeyli dərəcədə maraqlı səbəbi vardı. Əvvəllər Rusiya imperiyası, sonradan sovet hakimiyyəti həmişə İrana, xüsusən də Fars körfəzinə iddialı olmuşdu. Buna görə də daim bu regionda öz təsirini artırmağa cəhd edirdi. Öncə bunu sırf imperializm ambisiyası kimi yozmaq mümkün idisə, sonradan bu siyasət bir qədər modifikasiya etdi, özünü kommunist təsirini artırmaq və məzlum xalq və millətləri xilas etmək cəhdi kimi incə örtüklə pərdələdi. İndi bu məsələnin təfərrüatlarına varmaq o qədər də vacib deyil. Maraqlısı sonrakı illərdə ona nə qədər marağın olmasını açıqlamaqdır. Xüsusən də indiki dövr çox böyük maraq kəsb edir. Bununla bağlı iki amili qeyd etmək olardı – daxili və xarici amilləri.
İNSANLARI «CƏNUB PROBLEMİ» NƏ QƏDƏR DÜŞÜNDÜRÜR?
Təəssüf ki, indi bunu dəqiq demək çox çətindir. Ən əvvəl təbii ki, partiyalar müstəvisində, daxili siyasətdə «cənub məsələsi»nin nə qədər təmsil olunub və ya olunmaması haqda danışmaq daha düzgün olardı. Müxalif partiyaların liderləri 80-ci illərin hərəkatından gəlmiş insanlar olsalar da açıq şəkildə və mübaliğəsiz demək olar ki, bu problemə maraq elə də böyük deyil. Səbəbini sadə izah etmək olar: müxalif partiyalar daxildə o qədər sıxışdırılır ki, onlar hansısa bir dövlətin də timsalında özlərinə düşmən qazanmaq istəmirlər və hətta bu dövlət İran olsa belə! Hakim partiya isə çox ehtiyatlıdır. Düzdür, bir dəfə buz sındı. Bir neçə ay bundan əvvəl hakim partiyanın deputatları hətta parlamentdə çıxış edərək ölkənin adına bir Şimal sözünün əlavə edilməsini təklif etdilər. Amma bu milli patriotizmin ifadəsi olmaqdan çox konyunktura xarakterli çıxış idi. İran kütləvi informasiya vasitələri bütün etik sərhədləri aşaraq Azərbaycanın siyasi elitasının hamısını tənqid atəşinə tutan zaman hakim partiyanın üzvlərinin yadına düşür ki, Cənubi Azərbaycan da var və bu xalq 19-cu əsrin əvvəllərində öz iradəsindən asılı olmayaraq iki hissəyə bölünüb. Sıravi insanların nə düşündüyünü isə demək daha çətindir. İndilər 2000-ə yaxın azərbaycanlı İranın Bakıdakı səfirliyinin qarşısında növbəyə dayanıb və viza almaq istəyir. O insanların əksəriyyəti İrana müalicə arzusu ilə yollanır və onların «Cənub problemi»nin fərqində olmadığını demək bir o qədər də çətin deyil. Hətta ictimai müstəvidə tamam qarışıqlıqdır. Bəlkə də Dünya Azərbaycanlılarının Konqresini yada salmaq olardı. Amma indi ikiyə bölünmüş bu təşkilatın «Cənub problemi» ilə bağlı nə düşündüyünü təxmin etmək də çətin məsələdir.
«CƏNUB PROBLEMİ» GEOSİYASİ ÇALAR ALIR?
Dünya mətbuatı və siyasətçiləri bu mövzuya çox nadir hallarda toxunur və əksər hallarda isə onun üzərindən sükutla keçirdilər. Son vaxtlar bu məsələ ilə bağlı yadda qalan təşəbbüs ABŞ konqresmeni Dana Rochrabacher’ə məxsusdur.
O, ABŞ-ın dövlət katibinə müraciətində bölünmüş Azərbaycan xalqının və İranda yaşayan türklərin müstəqil olmaq arzusuna diqqət yetirməyi, onlara dəstək verməyi təklif etmişdi. Bundan sonra daha iki nüfuzlu Avropa nəşri İran türklərinin problemi haqda yazdı. Təbii ki, bu, yeni marağın göstəricisi kimi qiymətləndirilə bilər. Amma bu maraq hər iki Azərbaycanda dəstək və diqqət tapmalıdır. Əks təqdirdə o, bir epizod kimi unudula da bilər. Onun bir impuls alması ölkənin demokratikləşməsindən asılıdır. Təəssüf ki, bu ölkədə fərdi təşəbbüslər o qədər məhdudlaşdırılıb ki, insanlar hətta İran hökuməti ilə bağlı öz etirazlarını ifadə edə bilmirlər. Bu da yazının lap əvvəlində qeyd edilən həmin acı siyasi reallıqlardan biridir...
Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir