Keçid linkləri

Təcili xəbərlər

«Microsoft»un sirr saxladığı təqdimat


Foto: Arxiv
Foto: Arxiv
İyunun 18-də «Microsoft» Los-Ancelesdə mühüm təqdimat keçirməlidir. Bu nəyin təqdimatıdır, bu haqda rəsmi informasiya verilməyib.

Amma bir neçə KİV «etibarlı mənbə»lərə istinadla sensasion xəbər yayıblar: korporasiya öz istehsalı olan planşeti təqdim etmək istəyir.

İlk bu haqda məlumatı The Wrap saytı yayıb. Məlumatlarda deyilir ki, «Microsoft» rəhbərliyi qərar verib: planşet bazarında «Apple» ilə rəqabəti istisnasız olaraq elə bu şirkətin taktikası əsasında aparmaq lazımdır. Yəni, əməliyyat sistemi hazırlamaqla yanaşı, həm də qurğunun yaranma prosesini diqqətlə nəzarətdə saxlayacaq.

«Microsoft» «iPad»in qatilini buraxacaq — əksər KİV-lərin reaksiyası belədir. Amma çox mümkündür ki, «Microsoft»un planşeti «Apple» istehsalı «iPad» ilə yox, «Amazon» istehsalı «Kindle Fire» ilə rəqabətə girəcək. Bu təxminin bir neçə əsası var.

RƏQİBLƏRƏ MEYDAN OXUMAQ

Birincisi, «Microsoft» kənar fərdi kompyuter istehsalçılarından, məsələn, «Dell», HP və ya «Lenovo»dan tam asılıdır.
«iPad»
«iPad»
Məhz onlar «Windows» və «Microsoft Office» üçün zəruri infrastrukturu təmin edirlər. Yenə də məhz onlar bu ilin sonu – 2013-cü ilin əvvəlində bazarı yeni planşetlərlə dolduracaqlar. Həmin planşetlərsə «Microsoft»un yeni əməliyyat sistemləri -«Windows 8» və «Windows RT»nin (ARM prosessorlar üçün yeni versiya) bazasında hazırlanacaq. Bu nəhəngin tərəfdaşları ilə birbaşa rəqabətə girərək münaqişə yaratması nə qədər məntiqlidir?

İkinci arqumenti isə «Zdnet» əməkdaşı Mary Jo Foley gətirir. O yada salır ki, cəmi bir neçə ay öncə «Microsoft» Amerikanın iri kitab mağazalar şəbəkəsi «Barnes&Noble» (B&N) ilə əməkdaşlıq elan etmişdi. Sövdələşməyə görə, «Microsoft» elektron rider – «Nook»lara böyük yatırım qoymalıdır. Müqavilədə isə bir neçə dəfə «Windows Phone» əməliyyat sisteminin adı keçirdi. Müəllif sual edir: Bəlkə də söhbət «Windows Phone» bünövrəsində çox da böyük büdcəsi olmayan planşetdən gedir?
«Kindle Fire»
«Kindle Fire»
Bu da ədəbiyyat, film, musiqi və jurnalların tələbatına yönələcək.

AÇIQ SAVAŞDAN ÇƏKİNMƏKLƏ RƏQİBLƏRİ NECƏ MƏHV ETMƏLİ?

Ötən ilin sonunda «Amazon» öz planşetini buraxdı: «Kindle Fire» cəmi 199 dollardır. «iPad» ilə açıq savaşdan imtina edən «Kindle Fire» öz yerini tapa və bir neçə aya başqa rəqiblərini əminliklə məhv edə bildi.

«Microsoft» da «Amazon»un yolu ilə gedə bilərmi? Çox mümkündür. İstənilən halda korporasiyanı media-kontentin satışı çox maraqlandırır.

Bazar ertəsinə isə az qalır. İyunun 18-də bütün bu mühakimələr spekulyasiya da ola bilər.

Ən son yazılan

XS
SM
MD
LG