Həftənin şənbə və bazar günləri qeyri-ixtiyari mətbəxdə çalışa-çalışa «Eurovision» verilişlərinə baxası oldum.
Ay allah!
Sən demə, biz dünyanın ənnn gözəl millətiymişik!
Sən demə, Bakı dünyanın ənnn gözəl şəhəriymiş!
Sən demə, bizim mətbəx dünyanın ənnn dadlı mətbəxiymiş!
Elə mahnımız da müsabiqənin ənnn yaxşı mahnısıymış!
Allı-güllü televiziyalarımız bir ağızdan bu fikirləri aşılayırdı.
Xarici turistlər də elə eyni şeyləri təkrarlayırdı.
Şəhəriniz, millətiniz, inkişafınız, mahnınız!
Hə, bir də kababınız!
Bilmirəm, sual qəsdən jurnalistlər tərəfindən belə qoyulurdu, ya onların ağlına doğrudan da ilk anda bu fikirlər gəlirdi?
Hətta bir turist nə desə yaxşıdır? Dedi, mən şəhəri gəzdim, millətiniz çox xoşbəxt görünür!
Burada qəhqəhə çəkib gülməyəsən, neyləyəsən?
Başqa birisi qayıtdı ki, Bakıya bir də gələcəm.
Yəqin ki, xoşbəxtliyimizdən pay götürmək üçün!
Ay, sənə xoşbəxtliyimizdən verdik ha!
Yazıq xaricilər...
Bəs 56 dəfə neyləmisiniz?
Dünyanın 56 paytaxtında keçirilən mahnı yarışmasında nəyə heyran olmusunuz?
Oralarda nə yemisiniz?
Heç sizə çəmənlikdə kabab qonaqlığı verən olub?
Heç belə mətbuat mərkəzi görmüşdünüz? Hər rahatlığı ilə!
Bəs belə zal? Büllurdan!
Bəs belə bulvar? Ucsuz-bucaqsız!
Bəs belə işıq saçan Qız Qalası? Qədimdən-qədim!
Yox?!
Onda Hacıbala müəllimin şənbə günü canlı yayımda dediyi sözlər doğruymuş ki?
Hacıbala müəllim çıxışında hətta Konfutsidən misal gətirib, mədəniyyətin önəmini vurğulamışdı.
«Eurovision» hazırlıqlarından danışmışdı, öz fəaliyyətlərini və «Bakımızı» belə qiymətləndirmişdi:
Möhtəşəm!
Əvəzsiz!
Analoqsuz!
Əsrarəngiz!
Təkrarsız!
Görünməmiş!
Gözəllər-gözəli Bakımız!
Doğma Bakımız!
Gündən-günə gözəlləşən Bakımız!
Bəxtəvər Azərbaycanımız!
Yadımda qalan bunlardır.
Əslində daha böyük epitetlər eşitmişdim...
Təkcə ondanmı?
Demək olar ki, əksər televiziyalardan.
Oraya danışmaq üçün çağırılanlardan.
Deyirəm, bəlkə bir azca təvazökar olaq?
Özümüzü bu dərəcədə tərifləməyək?
Təriflətməyək?!
Bir azca da haqqımızda kənarda nə deyildiyini eşidək?
Qulağımızı ancaq yaxşı şeylər eşitmək üçün açmayaq!
Dünya bizi necə tanıyır—gerçəyini qəbul edək!
Özümüzü aldatmayaq!
Axı, bizim ortaya qoyduğumuz yanaşma tərzinin bircə adı var.
Demək istəməsəm də, deməliyəm...
Deyim-deməyim?
Deyim...
Adətən, xalq arasında belələrini, bilirsiniz, necə çağırırlar?
GÖRMƏMİŞ!
Üzr diləyirəm!!!
Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir.