-
Bu gün NATO-nun Çikaqo (ABŞ) sammitinin ikinci günüdür. Artıq Azərbaycan prezidenti İlham Əliyev də bu sammitə yollanıb və hətta onun bir neçə görüş keçirdiyi haqda xəbər də yayılıb. Rəsmi Bakı tərəfdən bu o qədər də sadə hadisə deyil.
Bir müddət Bakı NATO-nun tədbirlərinə marağını azaltmışdı. Amma indi ardıcıl olaraq bütün tədbirlərdə ən yüksək səviyyədə təmsil olunur. Görünür, dünyanın ən böyük hərbi-siyasi bloku ilə ciddi əməkdaşlığa hətta Bakıda da ehtiyac və zərurət duyurlar.
Təbii ki, bu, təqdirəlayiq detaldır. Amma Bakının başqa bir çıxış yolu da yoxdur. İki qonşudan biri – Rusiya ilə əlaqələr dözümlü həddə və məzmunda qalsa da digər qonşu – İranla münasibətlər həddən çox gərgindir. Xüsusən də mahnı festivalı ərəfəsində bu münasibətlər tarıma çəkildi.
İran başqa bir ölkə əleyhinə nə qədər təbliğat aparmaq mümkün idisə bunu bir azacıq belə azaltmadan Azərbaycan əleyhinə etdi. Bakı da həmin bu səyləri cavabsız qoymadı.
Prezident Administrasiyasının rəsmisi hətta qonşu ölkə rəsmilərini «ağıllarını itirməkdə» suçladı. Bugünlərdə hakimiyyətə özünün yaxınlığı ilə seçilən telekanallar İranın təbliğat həmləsini cavabsız qoymadı.
Xüsusilə bir detal nəzərə çarpdı ki, yerli kanallar ABŞ-ın İrana qarşı təzyiq və müharibə hədələrini emosional bir tərzdə diqqətə çatdırırdılar.
Deyəsən, yerli analitiklər və jurnalistlər də dərk etməyə başlayıblar ki, İranın həmin bu həmlələri təsadüfi və mövsümi xarakter daşımır. Biz hətta tez-tez belə bir faktı unuduruq ki, İran Azərbaycanın su ərazilərinə iddia edir və məhz o iddiaların nəticəsində Xəzərin statusu hələ də öz həllini tapmayıb.
Elə quru ərazilərə də rəsmi tonda iddia olmasa da üfüqi, yəni cəmiyyət səviyyəsində iddialar olub.
Getdikcə bir məsələ də aydın olur ki, İran nüvə silahına sahib olacağı və öz təhlükəsizliyini möhkəmləndirəcəyi halda onun Azərbaycana qarşı təzyiqləri daha da artacaq. Bunun ən azı bir səbəbi var. İran teokratik dövlətdi və öz siyasi modelini başqa ölkələrə də yaymaq istəyir. Türkiyədən sonra alternativ siyasi model təklif edən ölkə Azərbaycandır. Təbii ki, İranın bu detal diqqətindən yayınmır.
Elə NATO-nun özü də alternativ, fərqli hərbi-siyasi əməkdaşlıq formasıdır. Amma təəssüf ki, Azərbaycanın özündə də sonuncu amili yetərincə dəyərləndirmirlər, səbəb də ölkənin mübahisəli və ziddiyyətli siyasi reputasiyasıdır.
Bu gün Azərbaycanın bir siyasi problemi var və o da budur ki, demokratlar hakimiyyətə gələ bilmir, hakimiyyətdəkilər isə demokrat olmaq istəmir. Problem budur. Bunu NATO da görür.
Amma o da var ki, Azərbaycan NATO-nun demokratik dəyərlərini qəbul edə bilməsə də onun geosiyasi hədəflərini bölüşür. Bu, isə müvəqqəti olsa da NATO-nu qane edir.
ÇİKAQO SAMMİTİNİN BAŞQA TƏRƏFLƏRİ
Hər sammit NATO-nun tarixində hadisə ola bilməz. Amma bu blokun öz tarixində hadisə sayılmağa layiq olan detallar da az deyil. Bu, ilk növbədə Bosniyaya və Kosovoya müdaxilə (1999-сu il), Liviya səmasında uçuşsuz zonanın təmin edilməsi (2011-сi il), İraqda müharibə (2003-2011-сi illər), Əfqanıstanda müharibə ( 2001-сi il) kimi hadisələrdir.
İndi gündəlikdə əsas məsələ çox güman ki, Əfqanıstanda müharibə və bir də Suriyaya qarşı hərbi müdaxilə olacaq. Sonuncu xüsusi maraq kəsb edir.
Çox maraqlıdır, sammit ərəfəsində keçirilmiş bir sorğuda respondentlərin əksəriyyəti Suriyaya ola biləcək müdaxiləyə qarşı çıxmışdı. İndi məsələnin necə həll ediləcəyi bəlli deyil.
Azərbaycana gəldikdə isə o Suriya məsələsində Qərb dövlətlərinin də müdafiə etdiyi mövqeyi dəstəkləyir. Təbii ki, bu yaxınlarda onun Əfqanıstan ordusunun fonduna keçirdiyi bir neçə milyon avro onu əfqan məsələsində də etibarlı tərəfdaş kimi təqdim edir.
Əvvəldə qeyd etdiyim kimi, NATO öz tranzit və maliyyə məsələlərində Azərbaycanı etibarlı bir tərəfdaş kimi qəbul edə bilər. Digər məsələlər isə çətindir və onların açılışı, həlli bu gün ən ağıllı analitik üçün belə qaranlıqdır...
KİÇİK SÖZARDI
İ.Əliyevin Çikaqoda görüşdüyü ilk dövlət başçısı M.Saakashvili olub. Mən bu hadisəyə xüsusi önəm vermirəm. Sadəcə, bir detalı qeyd etmək istərdim və bu detal indiki vəziyyətin nə qədər mürəkkəb olduğunu göstərir.
Saakashvili bir geosiyasi illüziyadan qurtuldu. Amma onun üz tutduğu istiqamətə yenə əvvəlki kimi yeni geosiyasi illüziya tək baxanlar var.
İ.Əliyev gəldikdə isə o, köhnə siyasi illüziyalardan qurtular bilmir, hələ də hesab edir ki, Rusiya və İranla dil tapa biləcək. Bu illüziyadan qurtulmaq üçün prinsipcə 19 il yetərli olmalı idi.
İ.Əliyev güman edir ki, əgər o və onun komandası 1992-1993-сü illərin hakimiyyətindən fərqli olaraq İranın şimalına Cənubi Azərbaycan adı vermirsə, onu belə adlandırmırsa, hətta bu problemdən xəbərsiz olduğunu deyirsə, İran ona qarşı ədalətli və düzgün siyasət yürüdəcək.
Amma reallıq necədir? Bəli, Azərbaycan İranın şimalına Cənubi Azərbaycan demir, amma İran Azərbaycana Şimali İran deyir...

Getdikcə bir məsələ də aydın olur ki, İran nüvə silahına sahib olacağı halda onun Azərbaycana qarşı təzyiqləri daha da artacaq.

Bu gün Azərbaycanın bir siyasi problemi var və o da budur ki, demokratlar hakimiyyətə gələ bilmir, hakimiyyətdəkilər isə demokrat olmaq istəmir.
Elə NATO-nun özü də alternativ, fərqli hərbi-siyasi əməkdaşlıq formasıdır. Amma təəssüf ki, Azərbaycanın özündə də sonuncu amili yetərincə dəyərləndirmirlər, səbəb də ölkənin mübahisəli və ziddiyyətli siyasi reputasiyasıdır.
Bu gün Azərbaycanın bir siyasi problemi var və o da budur ki, demokratlar hakimiyyətə gələ bilmir, hakimiyyətdəkilər isə demokrat olmaq istəmir. Problem budur. Bunu NATO da görür.
Amma o da var ki, Azərbaycan NATO-nun demokratik dəyərlərini qəbul edə bilməsə də onun geosiyasi hədəflərini bölüşür. Bu, isə müvəqqəti olsa da NATO-nu qane edir.
ÇİKAQO SAMMİTİNİN BAŞQA TƏRƏFLƏRİ
Hər sammit NATO-nun tarixində hadisə ola bilməz. Amma bu blokun öz tarixində hadisə sayılmağa layiq olan detallar da az deyil. Bu, ilk növbədə Bosniyaya və Kosovoya müdaxilə (1999-сu il), Liviya səmasında uçuşsuz zonanın təmin edilməsi (2011-сi il), İraqda müharibə (2003-2011-сi illər), Əfqanıstanda müharibə ( 2001-сi il) kimi hadisələrdir.
İndi gündəlikdə əsas məsələ çox güman ki, Əfqanıstanda müharibə və bir də Suriyaya qarşı hərbi müdaxilə olacaq. Sonuncu xüsusi maraq kəsb edir.
Çox maraqlıdır, sammit ərəfəsində keçirilmiş bir sorğuda respondentlərin əksəriyyəti Suriyaya ola biləcək müdaxiləyə qarşı çıxmışdı. İndi məsələnin necə həll ediləcəyi bəlli deyil.
Azərbaycana gəldikdə isə o Suriya məsələsində Qərb dövlətlərinin də müdafiə etdiyi mövqeyi dəstəkləyir. Təbii ki, bu yaxınlarda onun Əfqanıstan ordusunun fonduna keçirdiyi bir neçə milyon avro onu əfqan məsələsində də etibarlı tərəfdaş kimi təqdim edir.
Bəli, Azərbaycan İranın şimalına Cənubi Azərbaycan demir, amma İran Azərbaycana Şimali İran deyir...
Əvvəldə qeyd etdiyim kimi, NATO öz tranzit və maliyyə məsələlərində Azərbaycanı etibarlı bir tərəfdaş kimi qəbul edə bilər. Digər məsələlər isə çətindir və onların açılışı, həlli bu gün ən ağıllı analitik üçün belə qaranlıqdır...
KİÇİK SÖZARDI
İ.Əliyevin Çikaqoda görüşdüyü ilk dövlət başçısı M.Saakashvili olub. Mən bu hadisəyə xüsusi önəm vermirəm. Sadəcə, bir detalı qeyd etmək istərdim və bu detal indiki vəziyyətin nə qədər mürəkkəb olduğunu göstərir.
Saakashvili bir geosiyasi illüziyadan qurtuldu. Amma onun üz tutduğu istiqamətə yenə əvvəlki kimi yeni geosiyasi illüziya tək baxanlar var.
İ.Əliyev gəldikdə isə o, köhnə siyasi illüziyalardan qurtular bilmir, hələ də hesab edir ki, Rusiya və İranla dil tapa biləcək. Bu illüziyadan qurtulmaq üçün prinsipcə 19 il yetərli olmalı idi.
İ.Əliyev güman edir ki, əgər o və onun komandası 1992-1993-сü illərin hakimiyyətindən fərqli olaraq İranın şimalına Cənubi Azərbaycan adı vermirsə, onu belə adlandırmırsa, hətta bu problemdən xəbərsiz olduğunu deyirsə, İran ona qarşı ədalətli və düzgün siyasət yürüdəcək.
Amma reallıq necədir? Bəli, Azərbaycan İranın şimalına Cənubi Azərbaycan demir, amma İran Azərbaycana Şimali İran deyir...
Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir.