Tarixən Rusiyanın hakimiyyət dəhlizlərində, çar saraylarında olan sərbəstlik bəlkə də heç yerdə olmayıb. Bunu mütləq monarxiyanın verdiyi imtiyazlarla da izah etmək olardı, amma mütləq monarxiya tək Rusiyada mövcud deyildi və bu ölkə öz anlaşılmazlığını tək coğrafi xüsusiyyətləri ilə deyil, həm də öz siyasi özəllikləri ilə – hakimiyyətlə xalq arasındakı çox irrasional münasibət sistemi ilə qazanmışdı. Ona görə də bu gün baş verənlər uzaq tarix prizması nöqteyi-nəzərindən elə də qeyri-adi görünmür, saray əsasən rus ictimai resurslarının fövqündə olub, çünki bu ölkə bir qayda olaraq güclü cəmiyyəti ilə deyil, güclü fərdləri ilə seçilib və tarixən ruslar nadir hallarda siyasi seçim ediblər, onlar hansısa hakimiyyətə loyallığını sadəcə itaət etməklə və yaxud, əksinə etməməklə büruzə veriblər. İndi deyirlər ki, V.Putin qayıtdı. Bu sual hətta bu ölkəni az tanıyanların belə ironik təbəssümünə səbəb olur, çünki Putin heç bir yerə getməmişdi. O, müvəqqəti tərk etdiyi binaya daha böyük müddətə qayıtmaq üçün getmişdi. Hətta hakimiyyətin iki qolunun xronometrik (vaxt) göstəriciləri arasında yarınmış assimetriya belə onun siyasi iddialarını və planlarını cilovlaya bilmədi. İndi Rusiyada qanunverici hakimiyyət 5 il, lakin icra hakimiyyəti 6 illik müddətlə məhdudlaşır. Ona görə demək olar ki, Putin prezident kimi getdi, çar kimi qayıtdı.
RUSİYANIN ƏN «BALACA» PREZİDENTİ....
İ.Stalinin də boyu uсa deyildi. Amma balacalıq D. Medvedevin təkcə boyunu xarakterizə etmir, həm də onun siyasi keyfiyyətlərini göstərir. İndi dünyanın aparıcı siyasi mütəxəssisləri belə bir detala diqqət yetirirlər ki, bu vəziyyətin müsbət cəhəti odur ki, o bir daha göstərdi ki, Medvedevin hipotetik islahat kursu siyasi farsdan başqa bir şey deyilmiş və hamı təkrarən əmin oldu ki, Rusiyada həqiqi islahatlar çətin məsələdir. Öz tərəfimizdən isə onu qeyd edək ki, D. Medvedevə yalnız danışmaq səlahiyyəti verilmişdi, onun hərəkət etmək səlahiyyəti yox idi. Siyasi müşahidəçilər daha bir detalı qeyd edirlər ki, D. Medvedev özünə ciddi münasibət tələb etdikcə daha gülməli vəziyyətə düşür və gülünc görünürdü. Onu K. Chernenko ilə müqayisə edirlər. Lakin bu adamın əsəbi, dəymə-düşər və isterik rus çarı Pavelə də oxşarlığı vardı. O, Chernenko ilə yaşlarındakı fərqə baxmayaraq onun gördüyü işi gördü – ölkə insanlarının mövcud siyasi sistemə nifrətini artırdı. İndi az da olsa, kütləvi xarakter daşımasa da insanlar böyük fədakarlıqla Putin modelinə etiraz edir və hətta bu yolda polislə qarşıdurmaya getməkdən belə çəkinmirlər. «Balaсa» prezident isə getmək ərəfəsində hamının təəссübünə səbəb olan bir fikir və siyasi şüar dedi:«Mən heç vaxt öz baxışlarıma görə liberal olmamışam!». O bu fikri deyəndən sonra çox adam onun nə demək istədiyi haqda düşündü.
Amma onun kimi «balaca» olan başqa bir siyasətçinin - Leninin sayəsində bu söz, yəni liberal sözü o qədər təhrif olunub ki, heç kim Medvedevin bu dəfə də nə demək istədiyini başa düşmədi. Amma bundan sonra bunun hansısa bir əhəmiyyəti varmı?
RUSİYA ÜÇÜN DAHA BİR TEST
Ruslar B. Yeltsinə zarafatla «çar Boris» deyirdilər, özü də televiziyada. Putin cənablarına da çar demək mümkündür, amma bunun üçün ən azı bir neçə gün və ya bir neçə həftə polislərin «qonağı» olmaq və izolyatorda gecələmək lazım gəlir. Mən Putin hakimiyyətinə Rusiya üçün siyasi test kimi baxıram. Əksər siyasi müşahidəçilər bu fikirdədir ki, Putinə siyasi rekord vurmaq və Rusiya kimi ölkəni ən çox idarə edən bir adam tək tarixdə qalmaq nəsib olmayaсaq.
Amma mən o qədər də optimist deyiləm. Nə qədər ki, ruslar üçün Rusiyanın coğrafiyası müstəsna əhəmiyyət kəsb edəcək, hələ Putin kimilərinə meydan və imkan olacaq. Bir detal özünü indi çox diktə edir. Rusiyada Qərb siyasət modeli hələ ki, alınmadı. Bir vaxt «Harvard uşaqları» kimi tanınan G. Yavlinsky və bu qəbildən olan siyasətçilər uğur qazanmadılar. Niyə Putin daha uğurlu oldu?
Ona görə belə oldu ki, Yavlinsky kimi siyasətçilərin nə qədər üstün göstərici və gözəgəlimliliyi vardısa bunların hamısını Putin özündə birləşdirdi, əgər bu Yavlinsky bir dildə – ingilis dilində sərbəst danışırsa Putin bunu iki dildə və özü də çox ustalıqla edir, həm almanca danışır, həm də ingiliscə. Təbii, mən bunu həlledici amil hesab etmirəm. Lakin Rusiya adamları yad dildə danışanları daha yaxşı «başa düşüblər»...