Keçid linkləri

Təcili xəbərlər

Təhsil Nazirliyinə 1629 müraciət edilib


Təhsil Nazirliyinin “Qaynar xətt” xidmətinə bu ilin mart ayında 1629 müraciət daxil olub.

Müraciətlərin 1439-u telefonla, 190-ı elektron poçt vasitəsi ilə qəbul edilib. Nazirliyin məlumatına görə, Müraciətlərin böyük əksəriyyəti ümumi təhsil məktəblərinə, digər bir qismi ali və orta ixtisas təhsili müəssisələrinə aiddir

"Qaynar xətt" xidmətinə 49 şikayət xarakterli müraciət olunub.

Ümumi təhsil müəssisələri ilə bağlı şikayətlərin əksəriyyətini müəllimlərin, valideynlərin müraciətləri təşkil edir. Həmin müraciətlərdə tədris prosesinin təşkili, müəllimlərin dərs yükünün müəyyənləşdirilməsi, müəllim-şagird münasibətləri sahəsində yol verilən nöqsanlar öz əksini tapıb, valideynlərə qarşı qanunsuz tələblər və bir sıra hallarda dərslərin keçirilməməsi ilə bağlı narahatlıq ifadə olunub.

"Qaynar xətt" xidmətinə texniki peşə təhsili müəssisələrindən daxil olan 2 şikayət əmək haqqı və təqaüdlərin gecikdirilməsi ilə bağlıdır.
XS
SM
MD
LG