-
BÜDCƏDƏN MALİYYƏLƏŞMƏ PARTİYALARA NƏ VERƏCƏK, NƏ ALA BİLƏR?
Siyasi partiyalar məsələsi yeni biçimdə gündəliyə gəlib. İndi hamı partiyalar haqqında qəbul olunacaq növbəti qanundan danışır. Əslində kiçik bir detalı çıxsaq bu qanun ölkənin hüquq mühitinə heç bir qeyri-adi yenilik gətirmir.
Kiçik detal isə partiyaların dövlət tərəfindən maliyyələşməsi məsələsidir. Nə səbəbdən biz onu «kiçik detal» adlandırdıq? Sovetlər müharibə veteranları haqda onların çoxu dünyasını dəyişəndən sonra düşünməyə başladılar. İndi o münasibət özünü müasir Azərbaycandakı partiyalara tətbiqən büruzə verir.
19 il ərzində davam edən siyasət nəticəsində partiyalar elə vəziyyətə düşüb ki, özlərini yalnız ən fədakar insanların hesabına qoruyub saxlaya biliblər. O partiyalar ki, bu maliyyəyə daha iddialı olmalı idilər onlar siyasət səhnəsinin aciz tamaşaçılarına çevriliblər, Milli Məclisdə təmsil olunmayıblar, bəzisinin hətta özünün mənzil qərargahı da yoxdur.
Yeni qanun onlara nə verəcək? O partiyalar bundan bir «oksigen balonu» kimi istifadə edə biləcəklərmi? Çox güman ki, bu, olmayacaq. Bəlkə də əksinə yeni «başağrısı», yeni problemlər çıxacaq ortaya, məsələn, partiyalar yenidən qeydiyyatdan keçməli olacaqlar.
Bəs, onda nəyə ümid edilir? Açığını desək, əsas müxalifət partiyaları heç bir şeyə ümid etmir, onları hətta yeni qanunla bağlı müzakirələrə də çağırmırlar və bu haqda nə düşündüklərini soruşmurlar. Lakin onlar istəməsə də qanun qəbul ediləcək.
Burada bir çıxış yolu qalır – heç olmasa, beynəlxalq təşkilat və institutlarla, xüsusən də Venesiya Komissiyası ilə dolayı təmaslarda bir iş görməyə cəhd etmək, qanunu azacıq da olsa bütün partiyaların maraqları istiqamətinə yönəltmək.
Amma bu mərhələ də artıq yekunlaşmaq üzrədir və qanunun müzakirəsi Milli Məclisin komitələrində aparılır.
Lakin cəhd həmişə cəhddir və elə etmək lazımdır ki, heç nə alınmasa da «mən buna cəhd etdim – deyə biləsən.
TƏCRÜBƏ NƏ GÖSTƏRİR?
QHT-lərə dövlət dəstəyi proqramı qəbul ediləndən sonra ölkədə onların bu dəstəkdən asılı olması tendensiyası üzə çıxdı. Və qeyri- hökumət təşkilatları fəaliyyətlərini əvvəlki illərlə müqayisədə xeyli zəiflətdilər.
Partiyaları belə bir aqibət gözləmir, hər halda, biz buna ümid edirik. Çünki ölkənin bütün siyasi partiyaları iki kəskin qrupa və ya cinaha bölünüblər – hakimiyyətə sığınanlar və ona qarşı kəskin müxalifət mövqeyi tutanlar.
Bir daha qeyd edirik ki, biz güman etmirik ki, dövlət maliyyələşməsi bu mənzərəni hiss olunacaq qədər dəyişə bilsin. Bəs, onda qanun hansı gözləntilər vəd edir?
Maliyyənin böyük hissəsi hakim partiyaya qismət olacaq və qəpik-quruş parlamentdə bir-iki mandatla təmsil olunan partiyaların payına düşəcək.
Deyirlər ki, bu qanunla şəffaflıq yaranacaq. Amma məsələ bundadır ki, cəmiyyəti məmur və dövlət işçilərinin gəlirləri daha çox düşündürür, nəinki bir-iki müxalifət partiyası və onların maliyyə vəziyyəti.
Partiyalara tətbiqən dəbdə olan «xaricdən maliyyə almaq» ittihamı da heç bir məntiqlə uzlaşmır. Əgər belə dəstək və maliyyə olsaydı indi hakimiyyət tərəfə transfer edənlərin sayı bir qədər azalardı.
Bir sirr deyil ki, son illərdə bir çox müxalifətçinin hakimiyyət tərəfə keçməsinin bir səbəbi müxalifətçilik dövrünün uzanması və perspektivsizlikdirsə, o biri səbəbi məhz müxalifət düşərgəsində hökm sürən maliyyə çətinlikləridir.
Bir məsələni də qeyd etmək istəyirəm. Qərb dünyasında əməkdaş partiyaları və siyasi təşkilatları maliyyələşdirmək ənənəsi yoxdur. Hətta nüfuzlu təşkilata üzv olmaq maliyyə dəstəyi almaq demək deyil. Azərbaycanda da beynəlxalq partiya ittifaqlarının üzvü olan partiyalar var. Bu partiyalar maliyyə imkanları olmadığından hətta həmin ittifaqların xaricdə keçirilən toplantılarında iştirak edə bilmirlər.
ÜZVLÜK HAQLARI DA SAYILACAQMI?
Bu ehtimalı da istisna etmək olmaz. Ona görə ki, yeni qanun üzvlük haqları ödəyən insanlar haqqında da məlumatların daha da şəffaflaşmasını nəzərdə tutur. Azərbaycanda insanlar həmişə belə informasiyadan ehtiyat edir, ona görə ki, bu cür məlumatlar onlara qarşı siyasi təqiblərə səbəb ola bilər.
İndi bəzi insanlar (tutaq ki, büdcə təşkilatlarında işləyənlər) öz vəziyyətlərindən ehtiyat etdikləri üçün partiyaların həyatında yaxından iştirak etmirlər, onlar sadəcə üzvlük haqqı ödəyirlər.
Təminat varmı ki, belə insanların partiyalara üzvlük haqqı ödəməsi bəlli olandan sonra onlar öz həyatlarında problemlər və çətinliklərlə üzləşməyəcəklər?
Nəzərə alsaq ki, insanlar öz mülklərini də siyasi partiyalara qərargah kimi icarəyə verməyə ehtiyat edir, belə təminatın olmadığına əmin ola bilərik. Bu cür hallar haqda düşünəndə qəribə bir sual yaranır: bu ölkədə insanların öz vəsaitləri və mülkləri üzərində bir sərəncam hüququ varmı? Belə hüquq olsaydı, siyasi partiyalar maliyyə problemləri və çətinlikləri yaşamazdılar.
Partiyalara maliyyə vəsaiti ən çox seçkilər zamanı lazım olur. Ölkədə seçki fondlarının fəaliyyətinə təkan verilsəydi heç dövlət maliyyələşməsinə ehtiyac qalmazdı.
Amma reallıq başqa şey göstərir. Yazılı mətbuat reklam bazarından məhrum ediləndən sonra ona dövlət dəstəyi və «qayğısı» göstərmək məsələsi meydana çıxdı. İndi partiyalar da daha böyük və daha sərfəli maliyyə qaynağından – təəssübkeşlərinin yardımından tam məhrum olandan sonra onlara dövlətin maliyyə dəstəyi məsələsi gündəmə gəldi. Necə deyərlər, uğur olsun!

...yeni qanun üzvlük haqları ödəyən insanlar haqqında da məlumatların daha da şəffaflaşmasını nəzərdə tutur. Azərbaycanda insanlar həmişə belə informasiyadan ehtiyat edir, ona görə ki, bu cür məlumatlar onlara qarşı siyasi təqiblərə səbəb ola bilər.