Ə.Vəzirov hakimiyyətə təzə gəlmişdi. O vaxt mən elmi–tədqiqat institutunda çalışırdım. Bir gün dedilər ki, Vəzirov instituta gələcək. İnstitut rəhbərliyinin möhkəm tapşırığı oldu: heç kim institutun həyətinə çıxmamalı, laboratoriya və otaqlarda olmalıdır. Vəzirov gəldi. Amma institutun beş – üç rəhbərindən savayı heç kim onu görmədi. Bu, mənim müstəqil həyatda rast gəldiyim ilk siyasi qalağa idi. Sonradan belə şeyləri çox gördüm: küçələrin bağlanması, marşrutların hərkətinə qadağalar qoyulması, saatlarla avtobusda prezident cənablarının nə vaxt keçib gedəcəyini gözləmək. İndi qarşıdan böyük mahnı festivalı gəlir. Əgər desəm ki, mən buna sevinmirəm, bu, çox qeyri – səmimi və yalan olar, bütün siyasi problemlərə baxmayaraq, əlbəttə, mən də bunlar haqqında düşünəndə ürəyimdən bir qürur hissi keçir, hərçənd ki, bu mahnı bayramını yaxından seyr etmək üçün nə biletim var, nə də başqa bir şeyim!
Bir neçə gün o qədər də böyük müddət deyil, keçib sovuşacaq. Amma ötən illərin acı təcrübəsi mənə rahatlıq vermir: görən, necə olacaq, qadağalar və yasaqlar çox olmayacaq ki?! Hətta belə söhbətlər gəzir ki, tədris prosesi də bir neçə günlüyə dayanacaq. Düzdür, dövlətin rəsmiləri hələki, bunları inkar edir, amma birdən oldu, nə demək olar ki? Yəqin ki, müəyyən istiqamətdəki marşrutlara qadağalar qoyulacaq, bunsuz çox güman ki, ötüşməyəcək və mən Allaha dua edirəm ki, kaş, bu mənim yolumun üstündə olmayaydı, ona görə ki, çox səbrsizəm...
Həm də ona görə narahatam ki, minlərlə insan, elə o cümlədən yüzlərlə media işçisi ilk dəfə olaraq Azərbaycanı özü üçün kəşf edəcək. Onlar bundan məyus olmayacaq ki? Bu mənə rahatlıq vermir. Hətta mikrofonlar məni qayğılandırır, çünki belə söhbətlər gəzir ki, bir neçə böyük və mühüm tədbirdə problemlər yaşanıb, hətta mikrofonlar işləməyib. Otelin və mehmanxanaların vəziyyəti mənə o qədər də tanış deyil. Fikirləşirm bəs birdən onlara da bizə verilən sudan verildi və yaxud da isti su olmadı, onda necə olacaq?! Biz indi dünya üçün o qədər naməlum və məchul guşə təsiri bağşılamırıq, əksəriyyət olmasa da müəəyyən qism bizi tanıyır. Amma necə və hansı formada?

MİLYONLAR XƏRCLƏNDİ, AMMA BİZİ SEVMƏDİLƏR...
Bu yaxınlarda tanınmış bir hüquq müdafiəçisinin müsahibəsini oxudum. O, maraqlı fikir deyirdi: bu vaxta qədər milyonlarla pul xərcələnib, amma ki gəl bizi sevməyibər! Bilirsiniz, sevilmək, özün haqqında xoş təəssürat oyatmaq o qədər də asan iş deyil. Mən Rusiyanı çox sevirəm, oralarda təhsil almışam və çox şeyi ilk dəfə orada görmüşəm. Lakin mən ürəkağırsı ilə bir faktı qeyd etmək istəyirəm: Rusiya dünyada sevilmir, bunu etiraf etmək lazımdır. Bunu dəyişmək üçün ruslar hələ çox şey etməlidirlər, çünki hədə–qorxu ilə, nüvə silahı ilə insanlara özünü sevdirə bilməzsən... Mən burada az – çox normal ölkələrin adını çəkirəm, İran kimi ölkələrə heç toxunmuram. Dünyada bəlkə heç kim, hətta iranlıların da böyük qismi bu ölkəni sevmir və bu aydındı. Bir misal çəkəcəm. Mənim böyük simpatiyam olan bir ölkə var. Arzulamışam və indi də arzu edirəm ki, heç olmasa bir dəfə o ölkədə olum. Bir dəfə elə alındı ki, dostlardan birinə həmin ölkəyə getmək qismət oldu. O qayıdanda tələsik özümü ona çatdırdım və ilk sualım da bu oldu ki, necədir?
Dostum lakonik bir cavab verdi: seviləsi ölkə deyil... İndi bütün bunları niyə deyirəm? Bəlkə bir qədər yersiz görünəcək, amma sevilənlərdən olmaq lazımdır! Mən bütün bunları deyirəm və özüm–özümə sual verirəm: insanlar, qonaqlar bizi necə, sevəcəklərmi? Bu məni çox narahat edir, çünki sevilmək üçün əsas o qədər də çox deyil. İndi feodal – patriarxal, natural meyarlar elə də dəbdə deyil. O qədər misal var ki, adam hamısını sadalaya bilmir. Bir təəssüratı bölüşmək istəyirəm. Onu mənə bir alim dostum danışmışdı. Deməli, bir ingilis alimi də Bakıya gəlibmiş, amma əvvəl Gürcüstanda olubmuş. Bizimkilər onu o ki var gəzdiriblər, ləziz yeməklərə qonaq ediblər. Amma bilirsiniz o vidalaşanda nə nə deyibmiş? Deyibmiş ki, Gürcüstanda daha yaxşı və məhsuldar işlədim... Bunu ona görə deyirəm ki, hər şeyi Şərq meyarları ilə ölçməyi sevirik, bizim zəif yermizdir, bir qonaq gələndə əldən – ayaqdan oluruq, istəyirik ki, bütün tamları ona dadızdıraq, hər yeri göstərək... Sonra da məlum olur, bəli, insan sadəcə sərbəst olmaq, özü gəzmək və işləmək istəyirmiş. İndi ölkəyə gələn media mənsubları ilə bağlı da belə olacaq, onları yedizdirəcək, gəzdirəcək və bezdirəcəklər. Unudacaqlar ki, axı bunlar media adamlarıdı, onlar özlərini tam istirahətə həsr edə bilməzlər, çünki qəzetlərinin, televiziyalarının onlara sifarişi var, bu adamlar Bakıda olacaqları müddətdə həm də yazmalıdırlar və göstərməlidirlər...
Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir.