-
GƏNCLƏR NƏ İSTƏYİRDİ?
Böyük fasilədən sonra gənclərin mitinqi oldu və nə qədər təəссüblü olsa da hakimiyyət bu mitinqin keçirilməsinə razılıq verdi. İndi bunun səbəbi, motivi haqda danışmaq bəlkə də yersizdi, çünki bu, artıq keçmiş zamandır, keçmiş isə mətbuat adamlarından daha çox tarixçilərin predmetidir.
Sadəсə, burada bir məsələni qeyd etmək istərdik. Demokratiya tək ona görə olmur ki, bunun keşiyində milyonlarla insan dayanır, minlərlə insan bu yolda özünü qurban verməyə hazır olur, həm də ona görə olur ki, bu, bir mədəniyyətdir və özünü mədəni insan hesab edən kəs həm də başqasının fikrinə diqqətli olur, onun bu fikri ifadə etməsi üçün şərait yaradır.
Mən gənclərin mitinqi haqda rəsmi adamların açıqlamalarına diqqət etdim. Əsas motiv bu idi ki, aksiya dediniz və biz də icazə verdik, amma özünüz gördünüz ki, siz azlıqdasınız! Rəsmilər gənclərin mitinqdə nə dediklərinin fərqinə varmadılar, tutaq ki, onları təmsil edənlərlə görüşmək qərarına gəlmədilər, sadəcə o aksiyanı özlərinin böyük güzəşti kimi təqdim etdilər.
Mən demək istəmirəm ki, bu gün etiraz edənləri çoxluq kimi qəbul etmək lazımdır. Yox, mən bunu iddia etmirəm.
AZADLIQ BƏS EDƏ BİLƏRMİ?
Burada bir detalı sizin yadınıza salmaq istərdim. Ötən ilin sonunda qonşu Rusiyada bir qadın aksiya zamanı maraqlı fikir demişdi: «Biz istədiyimizi oxuyur, demək istədiyimizi deyir və uşaqlarımıza istədiyimiz yerdə təhsil veririk. Bunun özü azadlıq deyilmi?». O vaxt həmin qadının dediyi sözlər haqda çox düşündüm və mənə elə gəldi ki, azadlıq insan ətrafındakı boş fəza kimidir, kimi bu fəzanı tam əhatə edə bilmir, kimi üçünsə o, azlıq təşkil edir. İndi mən bu yazının ən mübahisəli tezisini deyəcəm.
Hətta ötəri müşahidələr bəs edir ki, belə sadə qənaətə gələsən ki, bu gün Azərbaycanda azadlıq istəyənlər kəmiyyətcə elə də böyük kəsim deyillər. Böyük əksəriyyət mövcud siyasi – sosial sistemin daxilində özünü daha rahat hiss edir. Amma bu detal əsas verirmi ki, insan avtoritar sistemdə yaşamalı olsun? Məncə yox, çünki bu dünyada mövcud olan azlıqların təcrübəsindən onlarla misal gətirmək olar.
Hətta elə azlıqlar var ki, onlar çox güman ki, heç vaxt çoxluq olmayacaqlar, lakin onlar özləri üçün zəruri olan güzəşt və hüquqları çoxluqdan ala biliblər.
Əgər indi ölkə heç olmasa çoxluq üçün azad olsaydı mən bunu liberal dəyərlərin kasadlığı kimi yozardım və ölkədəki demokratiyanı daha çox totalitar demokratiyaya bənzədərdim. Amma bu ölkədə hətta çoxluğun azadlığı üçün şərait yoxdur, sadəcə böyük əksəriyyət mövcud olan minimal sərbəstliyi özü üçün azadlıq hesab edir, bununla kifayətlənir.
Müxtəlif quruluşlarda insanla hakimiyyətin, dövlətin arasında arakəsmələr olur. Totalitar quruluşda bu arakəsmə demək olar ki, mövcud olmur. Avtoritar sistemdə isə kiçik bir arakəsmə yaranır və insanlar bir müddət bunu avtonomluq və azadlıq kimi qəbul edir.
Sovetlərin süqutu azərbaycanlıların həyatında belə bir görüntü yaradıb: pulun, imkanın varsa istəyirsən özünə beşmərtəbəli ev tik, heç kim səndən soruşmayacaq ki, filan materialı haradan almısan və yaxud istədiyin musiqini dinlə, ürəyin istəyən dinə etiqad et, ürəyin istəyən paltarı geyin!
Bəli, bunların hamısı bu gün var və bütün bunlar bir azadlıq görüntüsü yaradır. Və çox adam da heç fərqinə varmır ki, azadlıqlar içində həm də istədiyin adama səs vermək, bu və ya digər məsələ haqda məlumat almaq, öz etirazını ifadə etmək kimi bir çox azadlıqlar da var. Ona görə də bu gün ümumi fondan vacib detalı seçib ayırmaq lazımdır.
AZƏRBAYCANDA HANSI HÜQUQLAR POZULUR?
Bəlkə də bu suala dəqiq cavab vermək üçün hüquq müdafiəçilərinin, yaxud da ombudsmanın hesabatlarını araşdırmaq lazımdır. Lakin suala ötəri baxış çərçivəsində də cavab vermək mümkündür.
Ən çox pozulan siyasi və sosial hüquqlardır. Amma bu cavab məni qane etmir. Azərbaycanda hüquqdan və qanundan daha çox qayda və reqlament haqqında danışmaq daha
düzgün olardı.
Ölkədə müəyyən qaydalar var, onları qəbul edərək və öz həyatını bu qaydalara uyğunlaşdıraraq yaşamaq mümkündür. Politologiyada üç siyasi hakimiyyət modeli göstərilir: xarizmatik, ənənəvi və bir də ki, rasional - leqal hakimiyyət.
İndi Azərbaycanda hüquqi dövlətin olduğunu iddia etmək onun nüvə dövləti olmasını iddia etmək kimi bir şeydir, çünki hüquqi dövlət belə olmur. Lakin müəyyən rasionallıqdan, bəlkə də yuxarıda sadalanan üç əsas modelin qarışığından danışmaq mümkündür.
VƏTƏNDAŞ HAQLARI – ƏSL AZADLIĞA APARAN YOL!
Əvvəllər hüquqlar və azadlıqlar haqqında düşünərkən ağlıma gələn ilk fikir bu oldu ki, indinin azərbaycanlılarını təbəə adlandırmaq daha düzgün olardı və bu tərif mövcud vəziyyəti daha düzgün ifadə edərdi. Vətəndaşlıq ölkənin ictimai – siyasi həyatında iştirakçılığı nəzərdə tutur. Əgər bu iştirak yoxdur və yaxud da məhduddursa onda vətəndaşlıqdan danışmaq çətindir.
Ötən bu mitinq zamanı gənclər bir çox şüarlar səsləndirdilər. Amma rəsmilərdən heç kim, artıq qeyd etdiyim kimi, bunun fərqinə varmadı.
Bu, bir daha göstərir ki idarəçilikdə «yuxarı» ilə «aşağı» arasında rabitə yoxdur. Məhz bu rabitəni o hüquqlar yaradır ki, onlara vətəndaş hüquqları və siyasi hüquqlar deyirlər.
İndi Azərbaycanda tam birtərəfli nəzarət hökm sürür: hakimiyyət cəmiyyətin həyatına nəzarət edir, amma cəmiyyətin əks nəzarəti yoxdur. Ona görə də fərdin və cəmiyyətin hakimiyyətin izafi nəzarətindən sığortası yoxdur və bu, istənilən vaxt hakimiyyətin cəmiyyətin və fərdin həyatına lazım olandan çox və bəzən də zorakı müdaxilə etməsinə gətirib çıxara bilir.
Belə olan təqdirdə Siz özünüzü azad hesab edə bilərsinizmi? Əminsinizmi ki, bir gün evlərinizi uçuraraq mülkiyyət hüququnuzu pozmayacaqlar və yaxud da Sizi rüşvət və yaxud «şirinlik» vermək məcburiyyətində qoymayacaqlar?
Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir.
GƏNCLƏR NƏ İSTƏYİRDİ?
Böyük fasilədən sonra gənclərin mitinqi oldu və nə qədər təəссüblü olsa da hakimiyyət bu mitinqin keçirilməsinə razılıq verdi. İndi bunun səbəbi, motivi haqda danışmaq bəlkə də yersizdi, çünki bu, artıq keçmiş zamandır, keçmiş isə mətbuat adamlarından daha çox tarixçilərin predmetidir.
Sadəсə, burada bir məsələni qeyd etmək istərdik. Demokratiya tək ona görə olmur ki, bunun keşiyində milyonlarla insan dayanır, minlərlə insan bu yolda özünü qurban verməyə hazır olur, həm də ona görə olur ki, bu, bir mədəniyyətdir və özünü mədəni insan hesab edən kəs həm də başqasının fikrinə diqqətli olur, onun bu fikri ifadə etməsi üçün şərait yaradır.
...bu gün Azərbaycanda azadlıq istəyənlər kəmiyyətcə elə də böyük kəsim deyillər. Amma bu əsas verirmi ki, insan avtoritar sistemdə yaşamalı olsun?
Mən gənclərin mitinqi haqda rəsmi adamların açıqlamalarına diqqət etdim. Əsas motiv bu idi ki, aksiya dediniz və biz də icazə verdik, amma özünüz gördünüz ki, siz azlıqdasınız! Rəsmilər gənclərin mitinqdə nə dediklərinin fərqinə varmadılar, tutaq ki, onları təmsil edənlərlə görüşmək qərarına gəlmədilər, sadəcə o aksiyanı özlərinin böyük güzəşti kimi təqdim etdilər.
Mən demək istəmirəm ki, bu gün etiraz edənləri çoxluq kimi qəbul etmək lazımdır. Yox, mən bunu iddia etmirəm.
AZADLIQ BƏS EDƏ BİLƏRMİ?
Burada bir detalı sizin yadınıza salmaq istərdim. Ötən ilin sonunda qonşu Rusiyada bir qadın aksiya zamanı maraqlı fikir demişdi: «Biz istədiyimizi oxuyur, demək istədiyimizi deyir və uşaqlarımıza istədiyimiz yerdə təhsil veririk. Bunun özü azadlıq deyilmi?». O vaxt həmin qadının dediyi sözlər haqda çox düşündüm və mənə elə gəldi ki, azadlıq insan ətrafındakı boş fəza kimidir, kimi bu fəzanı tam əhatə edə bilmir, kimi üçünsə o, azlıq təşkil edir. İndi mən bu yazının ən mübahisəli tezisini deyəcəm.
Hətta ötəri müşahidələr bəs edir ki, belə sadə qənaətə gələsən ki, bu gün Azərbaycanda azadlıq istəyənlər kəmiyyətcə elə də böyük kəsim deyillər. Böyük əksəriyyət mövcud siyasi – sosial sistemin daxilində özünü daha rahat hiss edir. Amma bu detal əsas verirmi ki, insan avtoritar sistemdə yaşamalı olsun? Məncə yox, çünki bu dünyada mövcud olan azlıqların təcrübəsindən onlarla misal gətirmək olar.
Hətta elə azlıqlar var ki, onlar çox güman ki, heç vaxt çoxluq olmayacaqlar, lakin onlar özləri üçün zəruri olan güzəşt və hüquqları çoxluqdan ala biliblər.
Əgər indi ölkə heç olmasa çoxluq üçün azad olsaydı mən bunu liberal dəyərlərin kasadlığı kimi yozardım və ölkədəki demokratiyanı daha çox totalitar demokratiyaya bənzədərdim. Amma bu ölkədə hətta çoxluğun azadlığı üçün şərait yoxdur, sadəcə böyük əksəriyyət mövcud olan minimal sərbəstliyi özü üçün azadlıq hesab edir, bununla kifayətlənir.
Müxtəlif quruluşlarda insanla hakimiyyətin, dövlətin arasında arakəsmələr olur. Totalitar quruluşda bu arakəsmə demək olar ki, mövcud olmur. Avtoritar sistemdə isə kiçik bir arakəsmə yaranır və insanlar bir müddət bunu avtonomluq və azadlıq kimi qəbul edir.
...bu ölkədə hətta çoxluğun azadlığı üçün şərait yoxdur, sadəcə böyük əksəriyyət mövcud olan minimal sərbəstliyi özü üçün azadlıq hesab edir, bununla kifayətlənir.
Bəli, bunların hamısı bu gün var və bütün bunlar bir azadlıq görüntüsü yaradır. Və çox adam da heç fərqinə varmır ki, azadlıqlar içində həm də istədiyin adama səs vermək, bu və ya digər məsələ haqda məlumat almaq, öz etirazını ifadə etmək kimi bir çox azadlıqlar da var. Ona görə də bu gün ümumi fondan vacib detalı seçib ayırmaq lazımdır.
AZƏRBAYCANDA HANSI HÜQUQLAR POZULUR?
Bəlkə də bu suala dəqiq cavab vermək üçün hüquq müdafiəçilərinin, yaxud da ombudsmanın hesabatlarını araşdırmaq lazımdır. Lakin suala ötəri baxış çərçivəsində də cavab vermək mümkündür.
Ən çox pozulan siyasi və sosial hüquqlardır. Amma bu cavab məni qane etmir. Azərbaycanda hüquqdan və qanundan daha çox qayda və reqlament haqqında danışmaq daha
düzgün olardı.
Ölkədə müəyyən qaydalar var, onları qəbul edərək və öz həyatını bu qaydalara uyğunlaşdıraraq yaşamaq mümkündür. Politologiyada üç siyasi hakimiyyət modeli göstərilir: xarizmatik, ənənəvi və bir də ki, rasional - leqal hakimiyyət.
İndi Azərbaycanda hüquqi dövlətin olduğunu iddia etmək onun nüvə dövləti olmasını iddia etmək kimi bir şeydir, çünki hüquqi dövlət belə olmur. Lakin müəyyən rasionallıqdan, bəlkə də yuxarıda sadalanan üç əsas modelin qarışığından danışmaq mümkündür.
VƏTƏNDAŞ HAQLARI – ƏSL AZADLIĞA APARAN YOL!
Əvvəllər hüquqlar və azadlıqlar haqqında düşünərkən ağlıma gələn ilk fikir bu oldu ki, indinin azərbaycanlılarını təbəə adlandırmaq daha düzgün olardı və bu tərif mövcud vəziyyəti daha düzgün ifadə edərdi. Vətəndaşlıq ölkənin ictimai – siyasi həyatında iştirakçılığı nəzərdə tutur. Əgər bu iştirak yoxdur və yaxud da məhduddursa onda vətəndaşlıqdan danışmaq çətindir.
İndi Azərbaycanda hüquqi dövlətin olduğunu iddia etmək onun nüvə dövləti olmasını iddia etmək kimi bir şeydir, çünki hüquqi dövlət belə olmur.