Azərbaycanın Telekommunikasiya Nazirliyi bildirib ki, özlərini «İranın Kiber Ordusu» adlandıran hakerlər Azərbaycan Dövlət Televiziyasının saytına hücum ediblər.
Hakerlər televiziyanın ana səhifəsini yığışdırıblar, yerinə ingilis dilində «Life is Game, Game Over!» (Həyat oyundur, oyun bitdi) mesajını qoyublar.
AZAL hava yolları şirkətinin saytına da haker hücumu olub. Bura hücum edən hakerlər özlərini «İranın kokain döyüşçüləri» adlandırırlar.
Fevralın 22-si axşam «İdman Azərbaycan» və «Mədəniyyət TV»nin saytlarına da haker hücumu olub.
Hazırda AzTV və Mədəniyyət TV saytlarının işi bərpa olunub. «İdman Azərbaycan» saytının normal işi isə bərpa olunur.
GENİŞMİQYASLI HÜCUM...

2012-ci il yanvarın 16-da, günorta saatlarında Azərbaycanın 10-a yaxın dövlət və xəbər agentliklərinin saytları haker hücumuna məruz qalımışdı. Bunlar arasında Yeni Azərbaycan Partiyasının, Daxili İşlər və Rabitə Nazirliklərinin, Konstitusiya Məhkəməsinin, Bakı şəhər İcra Hakimiyyətinin və digər dövlət orqanının, həmçinin müstəqil Trend İnformasiya agentliyinin saytı var idi.
Hucuma məruz qalan saytları açanda, orada sayt əvəzinə Azərbaycan dövlətinin ünvanına ittiham və təhqiramiz sözlər yazılmış şəkillər görmək olardı.
Hücuma məruz qalan saytlar gün ərzində fəaliyyətilərini bərpa ediblər.
Haker hücumlarə “Azerian Cyber Army” adlı haker qrupu imzası ilə həyata keçirilirdi.
Bundan əlavə yanvarın 17-də isə özlərini «Pirates CreW» haker qrupu kimi təqdim edən hakerlər İranın 40-a yaxın saytlarına hücum etmişdilər. Saytlarda «Xocalını unutmadıq», «20 Yanvarı unutmadıq» başlıqlı yazılar yerləşdirmişdilər .