Doğrusu, fransalı senatorların zəruri imzaları toplaması haqdakı xəbəri mən razılıqla qarşıladım. Ən azı ona görə ki, belə azadlıq ənənələri olan ölkədə insanlar söz və ifadə azadlığının belə kobud şəkildə məhdudlaşdırılmasına biganə qala bilməzdilər. Həm də ötən yazılarımın birində yazmışdım ki, heç bir qanun əbədi deyil, hətta pis qanunları dəyişməyin də qanuni yolları var.
Amma bu qədər normal bir fikir bir qədər narazılıqla qarşılanmışdı. Səbəb?
1. Bəzən biz çox tələsirik. O qədər tələsirik ki, on illərin işini bircə gündə və bir anda görmək istəyirik. Ağlımıza gələn ilk fikir bu olur ki, dağıdacağıq və bütün əlaqələri kəsəcəyik! Lakin siyasət heç də həmişə demarşlar üzərində qurulmur. Siyasətdə demarş mümkündür, amma onu da məqamında etmək lazımdır və ona ən sonuncu vasitə kimi müraciət etmək gərəkdir. Unutmaq lazım deyil ki, bu vasitə həmişə bizim sərəncamımızdadır, biz onu istənilən
vaxt tətbiq edə bilərik.
2. Biz demokratik proseduralar və mexanizmlərlə işləməyi öyrənməliyik və bu sahədə vərdişlərimizi artırmalıyıq. Bizim dağıtmaq və əlaqələri kəsmək kimi çağırışlarımız Qərb dünyasında o qədər də təəccüb doğurmur, çünki həmin insanlar bizdən məhz beləcə düşünülməmiş və tələsik addımlar gözləyirlər. Amma orta statistik qərblinin hansısa məsələdən narazı qalanda ilk olaraq ağlına gələn nə olur? O dərhal fikirləşir ki, məhkəməyə müraciət etməli, özü öz hüquqlarını məhkəmədə qorumalıdır. Bu, bir növ mədəniyyətdir və illərlə formalaşmış dəyərdir, məhkəmə institutuna hörmətdir. Mən bu haqda, özü də sözün və fikrin bu qıt vaxtında çox şey yaza bilərəm. Amma sadə fikri bir daha sizin diqqətinizə çatdırmaqla öz işimi bitmiş hesab edəcəm: biz qərbli, əsl Avropa insanları kimi yaşamağı və qərarlar qəbul etməyi öyrənməliyik...
QANUNLARLA İŞLƏMƏYİ ÖYRƏNMƏK LAZIMDIR
Mən bir sualı daim özüm – özümə verirəm: avropalı olmaq çətindirmi? Bəri başdan bilirəm ki, bu sual da oxucuların müəyyən kəsimində bir az qıcıq və mübahisə yaradacaq. Olsun. Qanunlarla işləməyi öyrənmək lazımdır. Qanunlarda hansısa proseduralar nəzərdə tutulubsa, bu, o deməkdir ki, onları tətbiq etmək lazımdır. Müasir siyasi mədəniyyətin fundamenti kompromis və dialoqdur. Siyasət bu müstəvidən kənara çıxırsa, onda başqa qüvvə və vasitələr axtarışına çıxmaq mümkündür. Bəziləri düşünür ki, biz qüsurlar və nöqsanlar haqda danışanda və yazanda, özümüzə aşağılıq kompleksi, bir növ əskiklik hissi aşılayırıq. Lakin belə deyil. Biz nədən etiraf etməyək ki, bu Avropa bizdən çox-çox irəlidədir. Özü də təkcə texniki mədəniyyəti və elmi nailiyyətləri ilə deyil, həm də mədəni və siyasi dəyərləri, ictimai vərdişi və şüuru ilə bizdən xeyli öndədir.
3. Bir məsələ də var ki, onu qeyd etməyə bilmərəm. Hər şeyi öz vaxtında və məqamında təhlil edərək qərar qəbul etmək lazımdır. Minsk Qrupu elə bir an içində yaranmayıb, bir neçə mərhələdən keçib. Eləcə o həmsədrlik institutu! Üç dövlət həmsədrlik edir, üçü də Ermənistan təmayüllüdür. Bunlardan heç olmasa ikisi ilə kifayətlənmək olmazdımı? Üçüncü həmsədr dövlət kimi çox yaxşı olardı ki, Almaniya kimi bir dövlət olaydı! Amma bu haqda vaxtında və məqamında düşünmək lazım idi.
AMMA N.SARKOZY NARAHATDIR...
Senatorların lazım olandan da artıq imza toplaya bilməsi N.Sarkozy'ni yaman narahat edib. O, dərhal parlamentdəki öz fraksiyasının təmsilçiləri ilə görüşüb və yaranmış vəziyyətlə bağlı narahatlığını bildirib. Sarkozy niyə narahatdır?
1. Onun seçkiönü vəziyyəti heç də rəvan deyil. Müşahidəçilər onun şansını o qədər də yüksək qiymətləndirmir. Düzdür, hələ vaxt var və seçki də həmişə təəccübləndirmək iqtidarında olan prosesdir. Amma vaxt qızıldır və siyasət deyilən prosesdə qızıldan qiymətli bir şey də var – o da müttəfiqlərdir...
2. Sarkozy bir məsələdən də ehtiyat edir. «Erməni soyqırımı» ilə bağlı yaranmış belə vəziyyət Xolokosta, yəhudi soyqırımına da münasibəti dəyişə bilər. Sarkozy ehtiyat edir ki, yəhudi soyqırımı ilə bağlı artıq mövcud olan qanunun da ləğv edilməsi təşəbbüsü meydana çıxar. Bu isə seçkiönü onun nəinki erməni lobbisi və hətta yəhudi lobbisi ilə münasibətlərini kəskin şəkildə pisləşdirə bilər.
Hər halda, proses yaxın müddətdə öz həllini olmasa da, həllinə yaxın cavabını tapmalıdır. O vaxt məlum olacaq ki, nə daha yaxşıdır? Qərarları qəbul edən vaxt şərqlilərə xas emosionallıq və temperament göstərmək, yoxsa qərblilər kimi soyuq məntiqi axıra qədər qoruyub saxlamaq...
Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir.