Türkiyədə də siyasətçilər prezidentlik müddətini 7 ilə çatdırmaq fikrinə düşdülər. Beynəlxalq siyasət də qəribədir. Bir ölkədə bir hadisə baş verən kimi ictimai təzyiqin və nəzarətin az olduğu digər ölkələrdə də dərhal bunu tətbiq etməyə çalışırlar. Düzdür, Türkiyə, məsələn, Rusiya ilə müqayisədə mülayim siyasi mühitə malikdir. Amma onu güclü sosial pressinqin olduğu ölkələrə aid etmək də çətindir. Mən bunun başqa səbəbini də görürəm və o, heç də digər siyasi və sosial amillərdən az əhəmiyyət kəsb etmir.
QƏDİM YUNANLAR NÜFUZLU ADAMLARDAN NİYƏ EHTİYAT EDİRDİ?
Qədim Afinada ostrakizm adlı cəza vardı. Nə qədər qəribə olsa da, afinalılar cinayətkarları deyil, xalq (demos) arasında böyük nüfuzu olan insanları bir müddətə şəhərdən sürgün edirdilər. Afina demokratiyasının atası Periklə də bu cəza tətbiq olunmuşdu. Səbəb nə idi? İnsanlar tiraniyadan ehtiyat edirdi. Onlar qorxurdu ki, həddən çox nüfuzlu insanlar başqalarının müstəqil fikir yürütməsinə mane olar, öz nüfuzları ilə demosun maraqlarına zidd qanunlar qəbul etdirə bilərlər.
Bu tendensiyanın əlamətləri indi – 21-ci əsrdə özünü göstərməkdədir. V.Putin öz nüfuzundan ölkənin siyasi sistemini dəyişmək və onu öz istəklərinə uyğunlaşdırmaq üçün istifadə etməyə cəhd edir. Bircə məsələni qeyd edim ki, tutaq, D.Medvedev Rusiyanın seçimi deyildi, Putinin seçimi idi. Elə bu fakt hələ tam demokratikləşməmiş ölkələrdə böyük siyasi nüfuzun hansı fəsadlara gətirib çıxarmasının sübutudur. Nədənsə elə əksər ölkələrdə prezidentlər xalqın problemlərini həll etməkdən daha çox istefaya gedəndən sonra özləri üçün «ehtiyat aerodromlar» yaratmağa meyl edirlər. Hətta yaxın vaxtlarda M.Saakaşvili birdən – birdən prezidentin səlahiyyətləri ilə bağlı «narahatlıq» keçirməyə başlamışdı. O, hökumətə daha çox hüquq vermək təşəbbüsü ilə çıxış etmişdi. Müşahidəçilər Saakaşvilinin bu addımı haqda çox da baş sındırmadılar. Onlar hamısı belə bir fikir yürütdü ki, bəli, Gürcüstan prezidenti də öz müddəti bitəndən sonra siyasətlə vidalaşmaq niyyətində deyil.
Qayıdaq Türkiyəyə. R.T.Ərdoğan da böyük nüfuza malikdir. Türkiyə müəyyən mənada bu nüfuzun fəsadlarını yaşayır. Təbii ki, Ərdoğan prezidentlik kürsüsünə o qədər də biganə deyil. O, indi onu bu mərtəbəyə aparıb çıxaracaq yoldakı maneələri təmizləməklə məşğuldur: bura Anayasa ilə bağlı düzəlişləri də aid etmək olar, prezidentin səlahiyyətlərinin artması ilə bağlı təklifləri də. Eləcə də prezidentlik müddətinin daha artıq olması ilə bağlı təşəbbüsü də... Burada bütün nüfuzlu siyasətçilərə şamil oluna bilən bir müdrik fikri yada salmamaq olmur: hakimiyyət insanı korlayır və mütləq hakimiyyət insanı lap elə mütləq mənada korlayır.
BƏZİ PREZİDENTLƏRƏ NİYƏ VAXT ÇATMIR?
Bəli, bəzi prezidentlərə xroniki olaraq vaxt çatmır. Nədənsə onlar öz planları ilə bağlı səylərini 8 ilə, ya da 10 ilə sığışdıra bilmirlər. Bunu da xroniki siyasi xəstəlik adlandırmaq olar. Özü də bu mərəzə Asiya siyasətində daha çox təsadüf etmək olur. Despotlardan danışmağa dəyməz. Onlar üçün 10 il, 8 il müddət deyil, bu adamlar hakimiyyətdə onilliklərlə qalırlar. Maraq kəsb edən odur ki, belə «ulduz xəstəliyinə» qarşı nisbətən normal siyasətçi hesab edilən şəxslərin də immuniteti zəifdir. Deməli, burada söz cəmiyyətin olmalıdır. Cəmiyyət siyasətçiyə deməlidir ki, 8, ya 10 il oturdun bəsdir, yerini başqasına ver!... İndi mən bir kiçik misal gətirmək istəyirəm.
AMERİKALI OĞLAN RON
Amerikalılar ötən əsrdə 3 prezidentə xüsusi önəm verirdilər. Bunlardan biri də R.Reagan idi. İndi bir çox siyasətçilərə 8, 10 il azlıq edir. Amma bu insan göstərdi ki, çox qısa müddətə də böyük işlər görmək olar. O, nə etdi?
1. Bu gün hətta ən ciddi iqtisadçılar arasında ironiya doğurmayan və kifayət qədər yüksək dəyərləndirən «reyqanomika»nın bünövrəsini qoydu. 8 ildə o, işsizliyi də, inflyasiyanı da bir neçə dəfə azaltdı.
2. İlk dəfə olaraq SSRİ-ni «şər imperiyası» adlandırdı. Səudiyyə Ərəbistanını vadar etdi ki, neft hasilatını artırsın. Bununla da SSRİ-nin iqtisadiyyatına ağır zərbə vurdu, sonuncunun gəlirləri kəskin şəkildə aşağı düşdü. Üstəlik, o, silahlanmaya, xüsusən də kosmik proqramlara (o vaxt buna elə «ulduz müharibəsi» deyirdilər) böyük vəsait ayırdı və SSRİ ilk dəfə olaraq bu yarışı uduzduğunu başa düşdü.
Mən bu adam haqqında iki bəndlik qısa qeyd yazdım. Necə olur ki, bu insan 8 il ərzində böyük imperiyanı çökdürməyə, ölkə iqtisadiyyatını dirçəltməyə nail olur, amma digərlərinə 10 illərlə vaxt bəs etmir? Bu məsələdə bir daha cəmiyyətin rolunu qeyd etmək istəyirəm. Hətta ən yaxşı prezidentlər, eləcə də yaxşı baş nazirlər də dəyişməlidir! Bəli, yaxşılarla vidalaşmağı bacarmaq lazımdır ki, işlər yaxşılığa doğru getsin!
Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir.