Keçən hər gün mətbuatdan daha çox tarixin predmeti olur. Lakin o da var ki, tarixçilər mətbuatla tarix arasında böyük fərq qoymur, bəziləri hətta bunları bərabərləşdirir və onlar arasında bir bərabərlik işarəsi qoyur. Hər dəfə illər yekunlaşanda tək bir il ərzində baş verən olaylar haqda fikirləşmirəm - əvvəl bundan əvvəlki ili xatırlayıram, sonra da onları tutuşdururam. Bu dəfə özüm üçün kiçik bir eksperiment keçirdim. Tanıdığım və rəyinə hörmət etdiyim iki – üç ekspertdən ötüşməkdə olan ildən nələrin yadda qaldığını soruşdum. O insanlardan ilin ictimai, siyasi və beynəlxalq hadisəsini qeyd etməyi xahiş etdim. Təxminən belə mənzərə alındı:
1. İctimai hadisə – «Eurovision» mahnı festivalında qələbə.
2. Siyasi hadisə – Azərbaycanın BMT TŞ-na qeyri-daimi üzv seçilməsi.
3. Beynəlxalq hadisə – «Wikileaks» saytının açıqlamaları və ərəb ölkələrində baş verən proseslər.
Bəri başdan deyim ki, birinci iki hadisə arasında elə bir ciddi fərq olmadı və hamı demək olar ki, yekdil olaraq eyni hadisələri qeyd etdi. Üçüncü azca mübahisə doğurdu - kimsə ərəb ölkələrindəki hadisələri, kimlərsə də saytın açıqlamalarını daha vacib saydılar. Mənə qalsa, mən də ərəb ölkələrində baş verən hadisələri, xüsusən də M.Qaddafi'nin çöküşünü qeyd edərdim. Saytın açıqlamalarına gəldikdə isə, onlar bizim real siyasət haqda təsəvvürlərimizi dəyişməkdən daha çox bu siyasətin incəlikləri ilə bağlı məlumatımızı artırdı. Hər halda, mən belə düşünürəm. Hadisələri sıralayandan sonra onlar haqda daha bir neçə kəlmə yazmaq qərarına gəldim. Güman edirəm ki, ilin bir son akkordları kimi bu, maraqlı olar.
MAHNI OLSA...
Mahnı festivalı haqda mənim bilgim çox deyil. Mən sadəcə, ölkədəki iqtisadi və sosial infrastrukturun bu böyük hadisəyə nə qədər hazır olduğunu qeyd etmək istərdim. Güman etmirəm ki, festivalın keçirilməsi ilə bağlı hansısa bir texniki problem olacaq. Elə ötən gün 20-mərtəbəli yeni mehmanxana açıldı.
Məni daha çox bir başqa məsələ düşündürür: festival zamanı dünya tək ölkəni kəşf etməyəcək və həm də bizi kəşf edəcək. Buna hazırlıq necə gedir? Növbəti ilin də sualı yəqin ki, bu, olacaq. Ən çox əcnəbi mətbuat işçiləri qarşısında başıaşağı və utanc bir vəziyyətdə olacağımızı güman edirəm. Bəlkə də bu, tələsik nəticədir və bir az gözləməyə ehtiyac var. Çünki bizim dövlət adamları xarici mətbuat işçiləri üçün bir o qədər də qapalı deyillər. O başqa məsələdir ki, onlar yerli mətbuatı və onun təmsilçilərini saymırlar.
Amma bu ölkənin bir fenomeni də var: bu da ölkə polisidir! Bəs onlar xarici söz adamları ilə işləməyə nə qədər hazırdırlar? Bax, elə sual da budur. L.İ. Brejnevin bir sözü vardı ki, çörək olsa, mahnı da olacaq... İndi məni bir qayğı götürüb: görən, mahnı festivalı vaxtı bizim dilənçilər otellərin qarşısını kəsdirməyəcək ki? Metronun maşinistləri mikrofonla sərnişinləri söyməyəcək ki? Yaxud xırda alverçilər qatar gedə-gedə sərnişinləri itələyə-itələyə öz keyfiyyətsiz mallarını kiməsə sırımağa çalışmayacaqlarmı? Yolların böründəki xəndəklərə kimsə düşməyəcəkmi?.. Qərəz, problem çoxdur, bir deyil, iki deyil...
NƏ GÖZƏLDİR QANUN TƏRƏFDARI OLMAQ...
Çox qəribədir, ölkənin TŞ-na qeyri-daimi üzv olması təkcə ekspertlər, bir də mütəxəssislər arasında bir canlanma yaratdı. Bayram ərəfəsi olduğuna görə demirəm – hər halda bu, siyasi hadisə idi. Ötən əsrin əvvəlində Millətlər Liqası tərəfindən tanınmaq üçün nə qədər çalışmışdıq? İndi budur, ölkə nə az, nə çox, TŞ-da təmsil olunub. Amma kiçik bir nüans var. İ.Əliyev dedi ki, dost ölkələr bizə səs verdiyinə görə peşman olmayacaqlar, onlar görəcək ki, biz hüquq tərəfdarıyıq!... Çox gözəl! Amma kaş ölkə vətəndaşları da YAP-a verdikləri səslərə görə peşman olmayaydılar. Onlar hər dəfə əmin olub görəydilər ki, bu partiya hüquq və qanun tərəfdarıdır!
DÜNYANIN ƏN VARLI ADAMI
Mən əvvəlcə bu kiçik hissənin adını «Dünyanın ən varlı prezidenti» qoymaq istədim. Amma sonra gördüm ki, bu, reallığı o qədər də dolğun ehtiva etmir. Çünki mərhum Liviya prezidenti M.Qaddafi dünyanın ən varlı adamı olub və bu, son dəqiqləşmələr və təhqiqatlarla təsdiq olunub. Bəlli olub ki, bu adam 200 milyard dollarlıq sərvətə malik olub. Bu, dünyanın ən varlı rəsmi biznes adamının malik olduğu sərvətdən təxminən 3 dəfə çoxdur. Bəli, mən əvvəl də «Forbes»in açıqlamalarına bir qədər şübhə ilə yanaşırdım, çünki onlar nə məsələdirsə, siyasət adamlarının pullarını saymırlar. Halbuki saymağa dəyər və bu, iş adamlarının sərvətindən heç də az maraq kəsb etmir. Amma kiçik bir düzəlişlə heç kim bu dünyadan iki-üç metr parçadan və bir-iki taxta parçasından başqa heç nə aparmır. İndi Qaddafinin ruhu səhralarda dolaşır, kapitalları isə böyük banklarda...
Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir.