Keçid linkləri

Təcili xəbərlər

Avropada daha silahları saymayacaqlar!


Gürcüstan, 30 avqust 2008
Gürcüstan, 30 avqust 2008
Bu günlərdə okeanın o biri tərəfindən – ABŞ-dan gələn bəyanata görə artıq belə nəticəyə gəlmək olar. ABŞ rəsmisi bildirib ki, daha bundan sonra onun ölkəsi Rusiyadan «Avropada adi silahlar haqda müqavilə»nin tələblərini sormayacaq, yəni Rusiya bundan sonra müqavilənin tələblərinə əməl etmək zərurətində deyil. Rusiyada bəyanatı nisbətən sakit qarşılayıblar, çünki ölkə artıq V.Putinin idarəçiliyi dövründə müqaviləyə moratorium qoymuşdu.

Bir daha xatırladaq ki, «Avropada adi silahlar haqda müqavilə» SSRİ blokunun dağılması ərəfəsində Varşava Paktı ilə NATO ölkələri arasında imzalanmışdı. Çox keçmədi ki, Varşava Paktı dağıldı, bir neçə üzv dövlət isə NATO-ya qoşuldu. Bundan sonra müqavilə ilə bağlı suallar yarandı və müqaviləyə bir sıra dəyişikliklər edildi, ona «cinah sazişi» əlavə olundu. İki böyük alyansdan biri tarix səhnəsindən silindiyindən bu müqavilə yeni yaranan dövlətlər üçün adi silahlarla bağlı kvotalar müəyyən etməyə yönəldi. Bir növ iki silah, texnika nəhəngi özlərindən çox kiçik olan dövlətlərin silahlarını saymaq və onların hərbi-texniki arsenalına nəzarət etmək fikrinə düşdü.

İndi müqavilənin faktiki olaraq dondurulması da NATO və Rusiyadan daha çox elə kiçik dövlətlər və onların orduları üçün müəyyən əhəmiyyət kəsb edir. Bu dövlətlərdən ən çox maraq kəsb edəni bəzi MDB dövlətləridir. MDB ölkələrini sonradan – 1992-ci ildə və 1999-cu ildə bu prosesə qoşmağa cəhd edildi. MDB-nin bəzi ölkələri daim öz üzərilərində bir nəzəri tavan və diktə cəhdi hiss edirdilər, baxmayaraq ki, onların bəzisi elə lap əvvəldən prosesin özlərinə aid hissəsini bir növ inkar etmək yolunu tutdu. Lakin ölkələrin bəzisində hərbi xərclərin artması dərhal əks reaksiya doğururdu.

İndi müqavilənin əsl təşəbbüsçüləri faktiki olaraq onun onlar üçün əhəmiyyətinin itməsini bəyan edirsə, kiçik ölkələr qrupu da ona əməl etmək zorunda deyil. Hərçənd ki, onlar faktiki olaraq elə əvvəldən prosesə müqavimət göstərir, müvafiq sənədləri ratifikasiya etmir, onlara real siyasi qüvvə
Rus hərbçiləri Yerevanda hərbi paradda, 21 sentyabr 2011
Rus hərbçiləri Yerevanda hərbi paradda, 21 sentyabr 2011
vermirdilər.

YARANMIŞ BOŞLUQ AZƏRBAYCAN ÜÇÜN NƏ VƏD EDİR?

Bu vaxta qədər Azərbaycan özünü Cənubi Qafqazın ən güclü dövləti hesab edir və bildirirdi ki, bu regionda ən güclü ordu ona məxsusdur. Söz yox ki, ölkənin daim artan hərbi büdcəsi buna inanmağa vadar edirdi. Lakin dərhal belə bir sual yaranırdı ki, nəzəri olaraq ölkənin hərbi arsenalı həmin məşhur müqavilə ilə tənzimlənmirmi? Buradan belə nəticə çıxırdı ki, hərbi büdcəni nə qədər artırırsan artır, onsuz da «Adi silahlar haqda müqavilə»nin kvotası əvvəlcədən müəyyən edilmiş hədləri aşmağa imkan verməyəcək. Müqavilə «adi silahlar» dedikdə əsas texniki arsenalı – təyyarələri, tankları və başqa çox mühüm hərbi texnikanı nəzər tuturdu. Bunlar elə silah növləridir ki, çox kiçik dövlətlərin hərbi arsenalının əsasını təşkil edir. İndi faktiki olaraq əsas müqaviləyə nöqtə qoyulub. Azərbaycan bu vəziyyətdən özünün texniki və hərbi imkanlarını genişləndirmək üçün istifadə edə bilər. Bunun məntiqi və siyasi əsasları da var: Azərbaycanın ərazisi, əhalisi və iqtisadi resursları o biri iki Cənubi Qafqaz ölkəsininkindən bir neçə dəfə çoxdur. Belə olan halda, Azərbaycan nə üçün Gürcüstan və Ermənistanla eyni kvotalara malik olmalı və bu kvotaları aşmamalıdır?

Onu da qeyd edək ki, Azərbaycan üçün hərbi kvotalar müəyyən edilərkən vaxtilə bu, müəyyən daxili narazılıqlar yaratmış və hətta müəyyən mənada etirazla qarşılanmışdı. Məhz bu səbəbdən 1992-ci ildə imzalanmış Daşkənd sazişi ratifikasiya olunmadı. Eləcə də 1999-cu ildə baş tutan İstanbul sazişi də əksər dövlətlərdə qüvvəyə minmədi.

Bakıda hərbi parad - 26 iyun 2011
Bakıda hərbi parad - 26 iyun 2011
​İndisə müqavilənin nəzəri cəhətdən də diktəsi yoxdur və bu, Azərbaycana öz hərbi büdcəsindən daha effektiv və səmərəli istifadə etməyə imkan verir. Bir vaxtlar Rusiyanın səyləri ucbatından hətta onun Cənubi Qafqazdakı hərbi arsenalını «Cinah sazişi» ilə tənzimləməyə cəhd edilsə belə, əsl hərbi balansı yaratmaq olmurdu. Təbii, nəzəri müqavilənin də bir növ öz gücünü itirməsi təkcə Azərbaycan və Gürcüstan üçün perspektivlər yaratmır, eləcə də Rusiyanın əl-qolunu açır və artıq Rusiya Cənubi Osetiya və Abxaziyada özünün hərbi iştirakını artırıb. Burada sözün əsl mənasında çinlilərin bir sözü yada düşür: hər qaranlığın içində bir işıq, hər işığın içində bir qaranlıq var...

KİÇİK SÖZARDI

Sonda bir detalı da qeyd etmək lazımdır. Təbii, silahlanma üçün qoyulmuş hər bir məhdudiyyət - onun icrası həqiqətən də tənzimlənirsə - bir növ yaxşı haldır. İndi «Avropada adi silahlar haqda müqavilə»nin də qüvvəsini itirməsi sözsüz ki, silahlanmaya yol açacaq. Məsələnin bu tərəfini də qeyd etmək lazımdır, çünki silahlanmaya sərf olunan xərclər sosial və humanitar xərclərin azaldılması hesabına artırılır.

Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir.
XS
SM
MD
LG