Tarixdə az təsadüf edilən «rəngli» inqilabları nəzərə almasaq qalan inqilablar heç də həmişə qansız-qadasız ötüşmür. Təsadüfi deyil ki, Böyük Fransa inqilabının nəticələri hələ bu günə qədər müzakirə olunmaqda davam edir. Amma maraqlısı budur ki, bütün neqativ cəhətlərinə baxmayaraq hamı bir fikirdə həmrəydir: inqilablar dünyanı irəli aparır... Bir düzəlişlə ki, inqilablar dövrün və cəmiyyətin bir növ aynası olur, elə bir gün gəlir ki, cəmiyyətlərin bətnindəki gizlinlər bir inqilab nəticəsində aşkar olur.
Bu mənada Liviyada baş verən inqilab də istisnalıq təşkil etmir. Hərçənd proses çoxdan inqilab sərhədlərini aşmışdı, əsl vətəndaş müharibəsinə çevrilmişdi. İndi prosesin son akkordlarıdır, necə deyərlər, final yetişib. Lakin onun gedişi hələ xeyli müzakirə olunacaq. İnqilab baş verən ölkələrdə unudulmamalıdır ki, inqilab 21-ci əsrdə baş verir. Mən bu prosesi çox izlədim. İnqilab öz finalında çox dəhşətli bir zorakılığa çevrildi. Bunu heç bir vəchlə inkar etmək olmaz. Kimsə özünü azadlıq uğrunda mübariz hesab edirsə, o, bilməlidir ki, bütün insanların ədalətli mühakimə hüququ var, heç bir insan - fərqi yoxdur, o, indi diktatordur, yoxsa adi vətəndaş məhkəmənin qərarı olmadan cəzalandırıla bilməz. Təəssüf ki, Liviya inqilabının gedişində bu kredo pozuldu. İnsanlar bir detalı unudurlar ki, diktatorların açıq və ədalətli məhkəmədə mühakimə edilməsi insanların gözünü açır, onların dünyagörüşünü artırır, həm də bəzi proseslərə dönməz xarakter verir. Heç bir cəza ömürlük həbs qədər ağır və məşəqqətli ola bilməz.
M.Qəddafinin timsalında insanlar həm də Liviyanın 42 illik tarixinə qiymət verməli idilər. Diktator məhkəmədə nələri deyə bilər və özünə necə bəraət qazandırmağa çalışardı? Bunu yalnız açıq və ədalətli məhkəmə aşkar edə bilərdi. Amma o, olmadı. Niyə?
DİKTATORLAR NİYƏ MƏHKƏMƏLƏRİ SEVMİR?
Mənə elə gəlir ki, bunun bir psixoloji tərəfi də var: diktatorlar məhkəmələri qısqanırlar, çünki diktaturanın bərqərar olması yolunda böyük maneə məhz ədalətli məhkəmələrdir, çünki onların qərarı hətta diktatorun qərarından da üstün və ədalətli ola bilər. Ədalətli məhkəmə istənilən hakimiyyətin ətrafına çəkilmiş sərhəddir, bu sərhədlər bəzən cəmiyyəti hakimiyyətin iradəsindən hifz edir. M.Qəddafi mühakimə olunmadı, çünki o, insanlarda məhkəmə və hüquq institutuna qarşı bir etimadsızlıq yaratmışdı, onu məhv etmişdi, özü məhkəmələri əvəz etmək iddiasında bulunmuşdu. İnsanlar məhz Qəddafinin timsalında, ruslar demişkən, 42 il davam edən daha bir «samosud» qərarı verdilər, Qəddafinin timsalında bu instituta öz nifrətlərini büruzə verdilər. O, mühakimə oluna bilməzdi, çünki Liviyada məhkəmə və ona hörmət hissi qalmamışdı.
Ən rəhmli krallar və diktatorlar belə hesab edir ki, hüquq yalnız «aşağıları» qorumaq üçündür, ədalətli məhkəmə yalnız diktatorların əzəmətli portretinə bir gözəl ştrixdir. Onlar heç vaxt düşünmürlər ki, hüquq və məhkəmə institutuna bir gün onların özlərinin də ehtiyacı yarana bilər. O, yəni Qəddafi də belə düşünürdü. Bəlkə də ona qarşı edilən zorakılıqlar da ən adi əməllərdən, 42 il ərzində minlərlə vətəndaşa qarşı edilən işgəncələrdən biri idi.
Z.Freyd yazır ki, insanların davranışı uşaqlıqda topladığı təcrübədən asılıdır. 42 il liviyalılar belə görmüşdülər, belə eşitmişdilər. Onlar mühakimə və məhkəmə görsəydilər, bəlkə də Qəddafi ilə başqa cür davranardılar. Bəli, mühakimə, ədalətli məhkəmə hissi də illərlə formalaşan mədəniyyətdir. Onu yetişdirmək lazımdır. Qəddafi isə 42 il ərzində liviyalılara ancaq belə cəza və hökm verməyi öyrətmişdi. Bu «hüquq sistemi»nin sonuncu personajı da elə o, özü oldu. Amma bu sonuncudurmu? Hər halda, buna ümid edirik...
ƏSL SİYASƏTÇİNİN DOSTLARI
Siyasət adamlarından birinin məşhur deyimi var: siyasətçi üçün min dost az, bir düşmən isə çoxdur! Bu da prinsipdir. Diktatorlar bəlkə də əvvəldən ölkə içində öz əməllərinin nəticələrini hesablayırlar və başlayırlar kənarda, necə deyərlər, dostlar axtarmağa. Mən indi Qəddafidən fərqli bir fiquru misal kimi göstərəcəm. Bəli, H.Mübarək. Qəddafidən fərqli olaraq onun dünya ölkələri arasında nüfuzu o qədər də az deyildi, bu, adam hətta İsrail ilə bir anlaşma yaratmağa nail olmuşdu, neytral dövlətlər blokuna başçılıq edirdi, ərəblərin lideri hesab edilirdi. Amma onun ölkə içində dostları yox idi. Xarici siyasət aləmindəki intuisiyasını o daxili siyasətdə də sınamaq və ölkədə konsensus yaratmaq haqda düşünmürdü də. Nəticə nə oldu? İndi o xərəkdə məhkəmə zalına gətirilir...
Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir.