İran-Azərbaycan münasibətlərində sualların sayı azalmır. Xəbər verildiyi kimi, oktyabrın 19-da Biləsuvar rayonunda Azərbaycan-İran sərhədinin pozulması qeydə alınıb. Dövlət sərhədindən 1200 metr məsafədə Azərbaycan ərazisinə irəliləyən hərbi geyimli sərhəd pozucusu aşkarlanıb, sərhəd naryadına hücum etdikdə ona qarşı silah tətbiq olunub. O, aldığı güllə yarasından xəstəxanada ölüb. Ölümlə nəticələnən budəfəki olay iki ölkə arasında növbəti nota «mübadiləsinə» səbəb olub.
TEHRANIN NOTASI: ƏSGƏRİ NİYƏ ÖLDÜRDÜZ?
Hadisədən bir gün sonra Azərbaycanın İrandakı səfiri Cavanşir Axundov İranın Xarici İşlər Nazirliyinə çağırılıb. Səfirə Azərbaycan-İran sərhədindəki silahlı insidentlə bağlı rəsmi etiraz notası təqdim olunub. Nota ittiham dolu cümlələrlə boldur:
«Azərbaycanın sərhəd qüvvələrinin beynəlxalq qaydalara, iki ölkə arasındakı qarşılıqlı razılaşmalara və dinc yanaşı yaşamaq üsuluna zidd davranıb». Notada Azərbaycan hökumətindən iranlı əsgərin öldürülməsində təqsirli bilinənlərin cəzalandırılması istənilib.
İranın notasının ruhundan görünür ki, iranlı əsgər bilərəkdən sərhədi keçməyib. Belə isə necə olub ki, günün günorta çağı iranlı əsgər Azərbaycanın içərilərinə doğru 1 kilometrdən çox irəliləyib? Əlbəttə, bu, araşdırma predmetidir və çox güman ki, yaxın günlərdə Azərbaycan XİN Tehranın notasına cavab göndərəcək. Son olay sərhəddəki durumun gərgin olduğuna işarədir.
İran-Azərbaycan sərhədindən keçirilən narkotik maddələrin miqdarı hər gecə-gün artır. Azərbaycan rəsmilərinin sözlərindən bu qənaətə gəlmək olar ki, ələ keçirilən narkotik maddələr sərhəddən keçirilənin cüzi hissəsidir. Bu yerdə növbəti sual yaranır: İranda narkotik maddələrin saxlanılmasına və daşınmasına görə vətəndaşlara ən ağır cəza nəzərdə tutularkən, necə olur ki, Azərbaycanla sərhədi nəzarət altında saxlaya bilmirlər? Sanki İrandakı müəyyən qüvvələr zəhərli maddələrin Azərbaycana keçirilməsində maraqlıdırlar.
BAKININ NOTASI: DÖVLƏT BAŞÇISI İLƏ XALQIMIZI NİYƏ TƏHQİR EDİRSİZ?
Bir-birini dost adlandıran iki dövlət bir-birinə sərt notalar ünvanlamağa öyrəşiblər. Bir neçə ay öncə də Bakı Tehrana nota göndərmişdi. İran ordusunun Baş Qərargah rəisi Firuzabadi Azərbaycan hakimiyyəti və xalqı haqqında aşağılayıcı sözlər işlətmişdi. Bundan sonra Azərbaycan XİN Tehrana etiraz notası göndərdi. Tehran Bakını çox gözlətmədi. Notaya cavab verildi, sadəcə Azərbaycan XİN sənədi açıqlamağı lazım bilmədi.
Firuzabadinin sözləri İranın özündə də qəribə reaksiyalar doğurdu. İranın Xarici İşlər naziri Əli Əkbər Salehi Baş Qərargah rəisinin Azərbaycan əleyhinə heç nə demədiyini vurğuladı: «Son vaxtlar KİV-də dərc olunan bəyanatlar əsassızdır və bu iddiaları irəli sürənlər tamamilə başqa məqsədlərə xidmət edə bilərlər». İran parlamentinin sədri isə əksinə Firuzabadinin sözlərinə işarə edərək rəsmi şəxslərin bəyanat verərkən diqqətli olmalarının vacibliyini bildirdi.
İKİ NOTANI BIR ARAYA GƏTİRƏN SƏBƏB
Beləliklə, İran-Azərbaycan münasibətlərində sərt polemika davam edir. Yaxınlarda Türkiyə, Azərbaycan və İran xarici işlər nazirlərinin növbəti üçlü görüşü təşkil olunacaq. Belə görüşlər əvvəlki illərdə də qeydə alınıb, ancaq ortada konkret nəticə yoxdur. Görünür, İrana bu kimi görüşlər sadəcə sanksiya blokadasını yarmaq baxımından vacibdir. Tehran bölgədə nə Türkiyənin rolunun və gücünün artmasında, nə də Azərbaycanın Qərblə əməkdaşlığında maraqlıdır.
İranın Xarici İşlər naziri bu günlərdə Qazaxıstana səfəri zamanı üçüncü ölkələrin Xəzərdə hərbi mövcudluğuna imkan verilməməsi vacibliyini söyləmişdi. Aydındır ki, iranlı nazir Azərbaycanı nəzərdə tutub. Çünki Xəzəryanı ölkələrdən yalnız Azərbaycan bu istiqamətdə ABŞ-la əməkdaşlıq edir. ABŞ Azərbaycana katerlər və radarlar verir. Bu əməkdaşlıq da İran hakimiyyətini qıcıqlandırır. Ancaq Tehran nə bu əməkdaşlığın, nə də ki «Nabucco» və «Transxəzər» kimi layihələrin qarşısını almaq gücündədir.
Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir.