Bu ölkədə nələr baş verir? Müxalifət silahlı müqavimət göstərsəydi və Liviyada olduğu kimi barrikadalar qursaydı, biz də deyərdik ki, əsl vətəndaş müharibəsidir! İnsanlar, hətta körpələr evlərində ölməsəydilər, aksiya iştirakçılarına qarşı qəddarlığın baş alıb getdiyini zənn edərdik! Digər ölkələrdə olduğu kimi, bura da xarici jurnalistlər buraxılsaydı, sərbəst təsvir əldə etmək mümkün olsaydı, fəlakətin təqribi miqyasları haqda bilgilərimiz olardı. Amma burada hər şey başqa cürdür, ölkə nəinki jurnalistlərin, hətta diplomatların üzünə bağlanıb, çox az sayda diplomat bu ölkəyə səfər edə və öz ölkəsinin narahatlığını və etirazını B.Əsədə çatdıra bilir. Bəli, indi Suriya haqda danışmaq çox çətindir. Həm də ona görə ki, bu ölkədə baş verənlər dünyanın xəbər agentliklərinin əsas mövzusudur. Daha bir ərəb ölkəsində baş verən proseslər təkcə humanitar problemlər qaldırmır, həm də ciddi və düşündürücü siyasi problemlər meydana gətirir. Dinc əhaliyə qarşı ordu tətbiq etmək olarmı? Suverenlik nədir? Belə hallarda başqa ölkələr və BMT nə etməlidir? Nə əsas götürülməlidir? Dövlət suverenliyi, yoxsa insanların azadlığa canatımı? Bəli, suallar çoxdur. Bu suallar Liviyaya qarşı BMT öz qərarını qəbul edərkən də meydana çıxmışdı. O vaxt da bu suallar öz həllini tapmadı və ümid yoxdur ki, onlar bu dəfə öz cavabını tapacaq. Amma yenə kiçik cəhd etmək olar...
DÖVLƏTLƏRİN DAXİLİ İŞİ...
Bəlkə də bu on illər ərzində düşünülmüş ən uğursuz ifadədir. Başqa ölkənin daxili işinə qarışmamaq fəlsəfəsi adama elə gəlir ki, məişətdən qaynaqlanır. Bəli, başqasının evinə burunu soxmaq olmaz. Amma ev kimindir? Ölkəni və dövləti hansısa diktatorun evi hesab etmək olarmı? Adətən deyirlər ki, bəli, suverenliyin mənbəyi millətdir. Amma sonradan bu, deformasiyaya məruz qalır və suverenlik bir adamın, bir qrupun hüququna, imtiyazına çevrilir. Elə məsələnin qəlizliyi də bundadır. Təsəvvür edin, yüz il, bəlkə də çox bundan əvvəl, hansısa dövlətlərin öz təbəələrinə qarşı qırğın törətdiyi iddia olunur.
İndi, 21-ci əsrdə hamının gözü qarşısında belə hadisə həqiqətən baş verir, amma hamı çarəsiz olaraq əllərini yelləyir. Uzun axtarışlardan sonraca Qərb dünyası bu suala cavab tapdı. Belə qərara alındı ki, insan haqları və azadlıq məsələləri heç bir ölkənin daxili işi deyil. Məhz bu prinsip əsasında indilər Avropa İnsan Haqları Məhkəməsi fəaliyyət göstərir. Bir çox üzv dövlətlər də könülsüz və müəyyən müqavimətlə olsa da, həmin məhkəmənin qərarlarını yerinə yetirir. Amma ərəb dünyası hələ bu qaydalardan çox uzaqdır. Liviya məsələsində BMT kiçik də olsa addım atdı, fəqət, bu, natamam bir addım idi və təəccüblü deyil ki, bir neçə ay keçsə də, M.Qəddafi hələ hakimiyyətdədir.
Suriyaya qarşı da bütün mümkün sanksiyalar tətbiq olunmaq üzrədir. Lakin dünya dövlətləri İraq və Əfqanıstan məsələsində olduğu kimi, bu məsələdə də BMT –ni daha kəskin və ən başlıcası funksional bir qərar qəbul etməyə vadar edə bilərdilər. Amma bu gün heç kim ciddi şəkildə diktaturalara qarşı səlib müharibəsinə hazır deyil. Ona görə də B.Əsəd vətəndaşları ilə rəftarını özünün daxili işi kimi təqdim edir. Amma nə vaxtdan mənzildə körpə uşağı öldürmək, aksiya iştirakçılarını snayper gülləsi ilə vurmaq, dinc əhaliyə qarşı tankları işə salmaq «daxili iş» hesab olunub? Bu suala daha sanballı, daha bilgili adamlar cavab verməlidirlər. Burada isə bircə məsələni etiraf etmək qalır: həmin sual dünya siyasətinin qara ləkəsidir. Ya bəzi dövlətlər özlərini sahmana, öz daxili işlərini qaydaya salmalıdırlar, ya da «daxili işlər» ifadəsindən birdəfəlik əl çəkmək lazımdır...
DÜNYA FEDERASİYASI
İ.Kantın bir əsəri var. «Əbədi sülhə doğru». Əsərdə dünya miqyasında belə federalizm prinsipinin tətbiq olunması önə çəkilir. Lokal miqyaslarda indi bu ideya öz təcəssümünü tapır. Məsələn, yeni Avropa elə bu prinsiplərin və ideyaların əsasında qurulmağa cəhd edir. Amma bircə məsələ öz həllini tapa bilmədi. «Soyuq müharibə»nin bitməsi BMT-nin də təkmilləşməsini şərt kimi irəli çəkirdi. Daha çox 2-ci Dünya müharibəsinin reallıqlarını əks etdirən bu təşkilat da yeni reallıqlara uyğunlaşdırılmalı və bəlkə də onun səlahiyyətləri daha da artırılmalıdır. İndi hətta müstəqilliyi belə şübhə yaradan kiçik dövlət onun 4 qətnaməsini nəzərə almırsa, bu təşkilatın bayrağı altında özünü necə rahat hiss etmək olar? Bəlkə bu, onun nəticəsidir ki, dünya hələ də qarışıq dəyərlər və qaydalar içində yaşayır. Bu isə təxminən bulanıq suda yaşamaq kimi bir şeydir. Nə vaxtsa durulma, aydınlaşma baş verməlidir axı...
Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir.