Keçid linkləri

Təcili xəbərlər

Rusiya internetə məhdudiyyət qoyacaqmı?


Rusiya prezidenti Dimitri Medvedev və Daxili işlər naziri Rashid Nurgaliyev
Rusiya prezidenti Dimitri Medvedev və Daxili işlər naziri Rashid Nurgaliyev
BƏD NİYYƏTLƏRİN TƏSİRİ

Rusiyanın daxili işlər naziri Rashid Nurgaliyev gənc nəsli ekstremizmi təbliğ edən saytların təsirindən qorumaq üçün internetə məhdudiyyətlər qoymağı təklif edib.

Avqustun 2-də Xabarovskdakı çıxışında nazir deyib ki, gəncləri artıq məhəbbət mahnıları birləşdirmir. Onlar Rusiya ərazisində fəaliyyət göstərən 7 500 ekstremist saytın bəd niyyətlərinin təsiri altına düşürlər:

«Bu məsələdə gənclərə xüsusi diqqət yetirmək lazımdır. Gənclər xarici təsirlərə daha çox məruz qalırlar. Ən qatı cinayətlər məhz onların əli ilə törədilir. Biz gənc nəsli bundan qorumalıyıq».

Nazir deyib ki, gənclərin nəyə qulaq asdıqlarını, nəyi oxuduqlarını və nəyə baxdıqlarını müəyyənləşdirmək üçün ölkədə monitorinq aparmağın vaxtı çoxdan çatıb.

Daxili işlər nazirinin bu fikirləri bloqqerlər, jurnalistlər və hüquq müdafiəçiləri arasında narahatlığa səbəb olub. Onlar Çindəki kimi Rusiyada da internetə məhdudiyyətlər qoyulacağından ehtiyat edirlər. Rusiyada 53 milyon internet istifadəçisi var.

NARAHAT İNTERNET İSTİFADƏÇİLƏRİ

Nazirin bu çıxışından sonra bloqqerlərdən biri belə yazıb: «Rusiya düşüncə polisinə gəlir?»

Sosial şəbəkə saytları öz fikirlərini senzura və ya sanksiyadan azad şəkildə ifadə etmək istəyən insanlar üçün sonuncu sığınacaq yeridir. Dövlət mediasının hegemonluq etdiyi ölkədə çox vaxt onlayn media və bloqlar müstəqil medianın sonuncu qalası olur.

Arxiv foto
Nazir ancaq hansı növ nəzarəti nəzərdə tutduğunu dəqiqləşdirməyib. Hər halda o internetə məhdudiyyətlər qoyulması çağırışı ilə çıxış edən ən yüksək rütbəli məmur olub. Rashid Nurgaliyevin bu fikirləri prezident Medvedevin internet azadlığını dəstəkləyən fikirlərinə uyğun gəlmir. Rusiya prezidentinin ölkənin ən məşhur bloq platformu olan «Livejournal»da bloqu var.

Rusiyanın təhlükəsizlik orqanları üzrə mütəxəssis, «Agentura» Araşdırma Mərkəzinin rəhbəri Andrey Soldatov deyir ki, nazirin sözləri hüquq-mühafizə orqanlarını dekabrda Dövlət Dumasına keçiriləcək seçkilərin və 2012-ci ilin martında olacaq prezident seçkiləri ərəfəsində potensial iğtişaşların qarşısını almaq niyyətinin əks etdirir.

SİYASİ KAMPANİYA?

Arxiv foto
Bloqqer və şərhçi Aleksandr Morozov isə deyir ki, ultra sağçı millətçilik yaxınlaşan seçkilərdə hakimiyyətin faydalanması üçün mühüm və səmərəli vasitəyə çevrilib:

«Nurgaliyev deyib ki, 7 500 ekstremist sayt var. Bu o deməkdir ki, neonasist və faşizmi təbliğ edən bir neçə sayta qarşı növbəti hay-küylü əməliyyatlar planlaşdırılır. Düşünürəm ki, bu bir siyasi kampaniyadır və dekabra qədər davam etdiriləcək».

Müşahidəçilər iddia edirlər ki, Rusiyanın antiekstremizm qanunvericiliyində çoxlu boşluqlar var. Bu da hakimiyyətin təhlükəli hesab etdiyi istənilən şəxsə qarşı yönəldilə bilər.

Rusiya prezidenti Medvedev iyulun 22-də Norveçdə baş verən terror aktlarından sonra ekstremizmə qarşı nazirliklərarası komissiyanın yaradılması haqqında sənəd imzalayıb. Həmin komissiyanın rəhbəri də Rashid Nurgaliyev təyin edilib.

54 yaşlı keçmiş KQB zabiti Nurgaliyev 7 ildən çoxdur ki, daxili işlər naziridir.

Ən son yazılan

XS
SM
MD
LG