Əslində hələ heç nə yoxdur. Azca əvvəl qanunun bu il qəbul edilə biləcəyini deyən dövlət rəsmiləri indi bunun gələn il baş tuta biləcəyini deyirlər. Lakin buna baxmayaraq, mütəmadi olmasa da, hər halda, mətbuatda bu qanunla bağlı müzakirələr gedir. Onun qəbulu jurnalistlərin ən azı mənəvi azadlığını artıra bilərdi. İndi sanki hər bir jurnalistin ürəyindən bir senzura daşı asılıb. Hamı jurnalistin yazıya görə məsuliyyətə cəlb edilməsini yasaq edən, buna son qoyan qanunun tez qəbul edilməsini istəyir, əks təqdirdəsə hamı özünü potensial məhbus yerində hiss edir. Amma istisnalar da var. Təbii, heç kim qanunun qəbul edilməsinin prinsipial əleyhdarı deyil, sadəcə, bəzi jurnalist təmsilçiləri qanunun qəbul edilməsindən sonra baş verə biləcək digər ciddi təhlükələri indidən müəyyən etməyə çalışırlar. Belə təhlükələr tək sabah yaranmayacaq, onlar indi də var.
MƏMURLAR VƏ QEYRİ – SİYASİ MADDƏLƏR
Bəlkə jurnalistlər üçün daha təhlükəli ola biləcək kateqoriyalar da var, lakin onlar ən çox dövlət məmurlarından ehtiyat edirlər. İndi məmurların jurnalist kateqoriyasına qarşı tutacaq yeri var. Diffamasiya ilə bağlı qanunun qəbul edilməsindən sonra bu tutacaq aradan götürüləcək. Elə xəbərdarlıq edənlər də məsələnin bu tərəfinə diqqət yönəltməyə cəhd edirlər. Bəzi hallarda ölkə jurnalistləri həbs olunmağı, karserə salınmağı heç də ən ağır bir cəza hesab etmirlər. Elə hallar olub ki, jurnalistlər həbs olunmağı və hətta məhbəsdəcə karserdə yatmağı daha təhlükəsiz hesab ediblər. Bəli, belə hallar çox olub.
Ən təhlükəlisi jurnalistlərlə, onların öz təbirincə desək, «oğru qanunları» ilə davranmaqdır. Bir də görürsən ki, hansısa jurnalist oğurlanır, zorakılığa və təhqirlərə məruz qalır, hətta ölüm təhlükəsi yaşayır. Buna ölkədəcə həm də qeyri – siyasi maddələrlə təqib olunmaq da deyirlər. Artıq bir müddətdir ki, ölkədə jurnalistlər yazıya görə məsuliyyətə cəlb olunmurlar. Bunu dövlət və hökumət rəsmiləri xüsusi bir intonasiya və hətta qürurla qeyd edirlər. Lakin ölkədə jurnalistlərə qarşı təhdidə son qoyulubmu? Bəzi jurnalistlər hətta etiraf edir ki, onlara qarşı irəli sürülən qurama, təhqiramiz ittihamlardansa, yazıya görə məsuliyyətə cəlb olunmağı və hətta həbs olunmağı üstün hesab edərdilər, buna razı olardılar. Amma hökumət həm qəhrəman yaratmaq və həm də beynəlxalq təşkilatların iradları ilə üzləşmək istəmir, ona görə də bir çox hallarda jurnalistləri «xırda xuliqanlar» kimi məsuliyyətə cəlb etməkdən belə çəkinmir. Təbii, bunun mənəvi tərəfi də var. Bu, jurnalistlərə, mətbuata qarşı etimadı azaldır, çünki bir çox hallarda insanlar məsələnin mahiyyətini bilmirlər, bundan xəbərsiz olurlar. Amma məmurlar jurnalistləri məhbəslərə atmaqla bir detalı diqqətdən qaçırıblar. Jurnalistlər də məhbəslərin ən sirli tərəflərini ictimaiyyətə çatdırırlar.
KİÇİK ARXİPELAQLAR...
Bəli, məmurların və hökumətin sayəsində ölkə siyasi publisistikasında yeni janr yaranır – məhbəs gündəlikləri. Məhbəs həyatının ən gizli məqamları da ictimaiyyətə çatdırılır. Bəlkə də bununla ölkədə məhbusların həyatını azacıq da olsa, yaxşılaşdırmaq mümkün oldu. Təbii ki, mən bu yazıları heç də A.Soljenitsının yazıları ilə bərabər tutmaq fikrində deyiləm. Amma niyə də yox? Bir vaxt SSRİ-dəki həbs düşərgələri haqda A.Soljenitsının yazdıqları bütün dünyanı sarsıtmışdı. İndi növbə kiçik «arxipelaq»ların – sərt avtoritar rejimlərindir. Bu yazılar hamıya dünya siyasətində heç bir xüsusi çəkiyə və gücə malik olmayan kiçik avtoritar dövlətlərdə insanların hansı çətinliklərlə üzləşdiyini göstərəcək. Elə bunun özü də az deyil. Polşanın hüquq fəalı və maraqlı insan M.Novitski deyirdi ki, biz hüquq müdafiəçiləri böyük bir divar qarşısında dayanmış insanlara bənzəyirik, bu divardan elə daşı çəkməliyik ki, divar bütünlüklə uçsun! Novitski hələ o vaxt deyirdi və yazırdı ki, indilər məhbəslərə yol tapmaq və oradakı vəziyyəti işıqlandırmaq bütün ədliyyə və məhkəmə sistemini hərəkətə gətirə bilər. Hüquq müdafiəçiləri bir müddət bundan əvvəl məhbəslərə yol tapmışdılar. İndi estafeti məhbus jurnalistlər alır. Güman ki, uğurlu və təsirli olar...
Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir.