Yadımdadır, 2008-ci ildəki neftin qiymətlərinin cəmi 6 aya $147-dan $38-dək ucuzlaşması Azərbaycanda bir çox müstəqil ekspertlərin lap ürəyindən olmuşdu. Çünki onlar illər boyu hökuməti inandıra bilmirdilər ki, neft elə bir xammaldır ki, onun qiyməti tarix boyu heç vaxt sabit olmur və ona görə də «məst olmayın, pis dövranlara da ssenari hazırlayın».
Ancaq nə olsun? Bir ölkədə ki, dövlət faktiki olaraq vətəndaş qarşısında elə bir öhdəlik daşımır və hökumət işinin nəticəsinə görə formalaşdırılmırsa, onda neftin hansı qiymətdə olmasının da əhəmiyyəti olmur.
BURASI AZƏRBAYCANDIR
Azərbaycan tam başqa bir məmləkətdir. Qədimdə karvan yollarının üstündə yerləşdiyi kimi, indi də dünya əhəmiyyətli boru kəmərləri, kommunikasiya qovşaqlarının üzərində yerləşir. Ona görə də burada məsələlər bir qədər fərqlidir - yəni, hər şeyə rast gəlmək olsa da, bu o demək deyil ki, hər ürəyindən keçən şeyi də sənə diktə edə bilərlər.
Necə deyərlər, Azərbaycan öz strateji vəziyyəti səbəbindən heç zaman nə ərəb dünyasının bəzi ölkələri kimi qapalı olacaq, nə də Mərkəzi Asiyadakı kimi Qərbdən uzaq öz dünyasına qapanmış bir məmləkətdir. Bu baxımdan, 2008-ci il hadisələri də elə-belə ötüşmədi: hökumətdəki bəzi düşünən beyinlər də gördülər ki, neftə ümid bağlamaqla böyük məsafələr qət etmək problemli məsələdir. İstənilən halda sonrakı hadisələr göstərdi ki, hökumət özünün neftlə bağlı strateji planlarına korreksiya etmək zorunda qaldı. Ancaq mən deyərdim ki, bu, korreksiya deyil, köklü bir dəyişiklik idi.
QARA İSLAHATLAR
2005-ci ildən, yəni «Azəri-Çıraq-Günəşli» (AÇG) yataqlarının tam miqyaslı işlənməsi layihəsi artıq özünün yekununa yaxınlaşarkən hökumət və BP belə hesab edirdilər ki, hasilatı bacardıqca tezləşdirmək lazımdır. Ona görə ki, 2001-ci ildən başlayaraq müqavilə sayəsində 4 yeni hasilat platformasının, 2 texniki platformanın, həmçinin, Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəmərinin inşasına $25 mlrd-dan çox vəsait xərclənmişdi. Kapitalın vaxtında geri qaytarılması həm rəsmi Bakının, həm də şirkətlərin diqqətində idi.
O zamanın planlarına görə, artıq 2008-ci ildə AÇG üzrə hasilat 50 mln tona çatmalı və 2011-ci ildə pik səviyyəsində olmalıydı – 60 mln ton. Həmin il Azərbaycanda ümumi hasilat 67 mln səviyyəsində qərarlaşmalıydı. Ancaq sonrakı illər - yəni, 2014-2015-də AÇG üzrə hasilat 38 mln tona qədər azalmalıydı.
Məsələnin başqa bir tərəfi isə o idi ki, AÇG üzrə 2011-də hasilatın 60 mln tona çatdırılması üçün külli miqdarda əlavə kapital qoyuluşuna ehtiyac vardı. Çünki boş-boşuna neft özü laylardan çıxmır, gərək onu əlavə xərc hesabına çıxarasan. Ona görə də planlar dəyişdirildi və nəticədə tamam yeni bir mənzərə ortaya çıxdı. Buna Azərbaycanın neft sənayesində iqtisadi baxımdan ən uğurlu islahatlar demək olar.
Çünki birincisi, ən azı $3-4 mlrd vəsaitə qənaət edilmiş oldu, ikincisi, onsuz da neftin qiymətlərinin kəskin qalxması nəticəsində gözlənilən əlavə qazanc əldə edildi, üçüncüsü, ölkə neft hasilatının kəskin templə aşağı düşməsi ssenarisindən yaxa qurtara bildi.
AZƏRBAYCANIN YENİ PLANI
Bu haqda ilk dəfə Dövlət Neft Şirkətinin birinci vitse-prezidenti Xoşbəxt Yusifzadə bu ilin aprelində Bakıda keçirilən Beynəlxalq neft-qaz nəqliyyatı konfransı zamanı bəyan etdi. Hazırda ekspertlər səviyyəsində bir layihə hazırlanır ki, yaxın gələcəkdə Azərbaycanın maraqlarını təmin edəcək optimal hasilat həcmləri hansı səviyyədə olmalıdır. Yusifzadənin fikrincə, bu, ildə 50-55 mln ton arasındadır.
Ancaq «Caspian Oil & Gas -2011»də SOCAR prezidenti Rövnəq Abdullayev jurnalistlərə bildirdi ki, ola bilsin, bundan sonra heç 50-51 mln tondan artıq neft hasil etməyək, çünki neftin hasilatının artırılması onun istismar xərclərinin də artırılması deməkdir. Bu baxımdan, iqtisadi səmərə hansı səviyyəyə imkan verəcəksə, o qədər də hasil edəcəyik.
AZƏRBAYCANDA HASİLAT 49 MLN-DƏK AZALACAQ
Son 15 ildə ilk dəfə olaraq Azərbaycanda neft hasilatı 2011-ci ildə aşağı düşəcək. Ancaq narahat olmağa dəyməz, çünki bu, yataqlardakı ehtiyatların tükənməsi deyil, texniki faktorlarla bağlı bir enmədir.
Belə ki, bu günlərdə BP şirkəti 1997-ci ildən istismarda olan «Çıraq-1» platformasını ilk dəfə olaraq əsaslı təmirə dayandırılacaq. Niyə? Ona görə ki, əvvəllər hesab edilirdi ki, 2010-cu ilədək bu platformalıq bir iş qalmayacaq, yəni onun yerləşdiyi ərazidə neft tükənəcək. 14 illik hasilatdan sonra məlum olur ki, bu platforma gündə 90 min barel, yəni ildə 4.5 mln ton neft hasil edə bilər, özü də nə az, nə çox, hələ düz 10 il.
Digər tərəfdən, AÇG-dəki ən iri hasilat platforması olan «Mərkəzi Azəri»də də bir sıra profilaktiki işlərlə əlaqədar (sualtı boru xətlərinin birləşmələrinin dəyişdirilməsi və s.) hasilat dayandırılacaq. Bütün bunlar son nəticədə platformaların təhlükəsizlik məsələlərinin daha da artırılmasına da xidmət edir.
Heç kim istəməz ki, bir daha ötən il Meksika körfəzində yaşanan hallarla üzləşsin. Ona görə də bu il hasilatın azalması, digər illər üçün stabilliyin qorunub saxlanması üçün yaxşı bir töhfə olacaq. Axı nəzərə alsaq ki, 2013-cü ildə «Çıraq» yatağında ikinci hasilat platforması istismara veriləcək, onda bu, daha inamlı görsənir.
NƏTİCƏDƏ
Cari ildə Azərbaycanda neft hasilatı ötən ilki səviyyədən (50.8 mln) təqribən 48 mln-dək aşağı düşəcək. Ancaq gələn ildən hasilat yenidən 50 mln ton ətrafında sabitləşəcək. 2012-2015-ci illərdə Azərbaycanda neft hasilatı 50 mln ton ətrafında bərqərar olmalıdır. Daha sonra 2020-ci ilədək 40 mln tonadək azalmalı, 2025-də 34 mln-a, 2030-da isə 25 mln tona düşməlidir.
Necə deyərlər, AÇG üzrə müqavilə 12 dekabr 2024-cü ildə başa çatır və onun müddəti daha 5 il uzadılandan sonra belə, Azərbaycan neft ixracatçısı kimi qalmalıdır. Bütün bunlar ancaq indiki ehtiyatlar çərçivəsindədir.