Azərbaycan prezidenti İlham Əliyev Serbiyaya səfər edərək bu ölkənin dövlət başçısı Boris Tadiçlə fikir mübadiləsi aparıb.
SERBİYANIN ƏRAZİ BÜTÖVLÜYÜ NECƏ BƏRPA OLUNACAQ?
İlham Əliyev mətbuat konfransında həm Azərbaycanın, həm də Serbiyanın separatizmdən əziyyət çəkdiyini deyərək bunları bildirib:
«Azərbaycan bütün beynəlxalq təşkilatlarda Serbiyanın ərazi bütövlüyünü dəstəkləyir. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ədalətli mövqeyinə görə Serbiya hökumətinə və rəhbərliyinə minnətdarlığımı bildirirəm. Əminəm ki, hər iki ölkənin ərazi bütövlüyü bərpa olunacaq».
Bunun ardınca çıxış edən Boris Tadiç də oxşar sözlər deyib:
«Serbiya və Azərbaycan arasında siyasi münasibətlər strateji səviyyəyə qalxır. Azərbaycan Serbiyanın mühüm tərəfdaşıdır».
Serbiya prezidenti ölkəsi ilə Azərbaycan arasında bir çox oxşarlığın olduğunu da vurğulayıb və bu sırada Dağlıq Qarabağ və Kosovo problemini xatırladıb.
KOSOVO DAĞLIQ QARABAĞA OXŞAMIR
Azərbaycanın Serbiya ilə münasibətlərini inkişaf etdirməsi mübahisə doğurmur, Belqradın istəyi əsasında bu ölkəyə qaz da sata bilərik. Ancaq Azərbaycanla Serbiya arasında oxşarlıq quraraq, «hər iki ölkənin ərazi bütövlüyü bərpa olunacaq» və «Dağlıq Qarabağla Kosovo oxşar problemlədir» demək nə dərəcədə reallığı əks etdirir?
Belqrad illərlə Kosovo albanlarını görməzlikdən gəlib, serb silahlı birləşmələri Bosniyada olduğu kimi, 1990-cı illərin sonlarında Kosovoda da soyqırımı törətməyə tam hazır idilər, albanları qırğından və köçdən NATO bombardmanı xilas edib. Azərbaycanda isə bunun əksi baş verib, Dağlıq Qarabağın azərbaycanlı əhalisi bölgədən qovulub, soyqırımına məruz qalıb, ətraf bölgələr işğal olunub. Belə olan halda Kosovo ilə Dağlıq Qarabağ arasında bərabərlik işarəsinin qoyulması bəri başdan Azərbaycanın mövqelərinin zəiflədilməsi deməkdir. Çünki, Kosovonun müstəqilliyini dünyanın əksər dövləti, hətta Azərbaycanın strateji müttəfiqi Türkiyə də tanıyıb. Daldan atılan daş topuğa dəyər.
Serbiya prezidentinin ölkəsini Azərbaycanla oxşatmasının yaxın tarixlə də bağlılığı yoxdur. Serbiya prezidenti təzəlikcə yaxasını beynəlxalq cinayətkarlardan qurtarıb ki, Avropa Birliyinə yolu açılsın. Karadjiçin ardınca Srebrenitsa qətliamını törədən qəssab general Mladiçi beynəlxalq tribunala təhvil verib. Maraqlıdır ki, Serbiya əhalisi arasında keçirilən sorğular adları çəkilən başkəsənlərin beynəlxalq məhkəməyə verilməsinin əleyhinə olduğunu göstərir.
Azərbaycanlılar Xocalı soyqırımını törədənləri lənətləyərkən, onların beynəlxalq məhkəməyə verilməsini tələb edərkən, serblərin əksər hissəsi Srebrenitsa qətliamının səbəbkarlarını qəhrəman adlandırır. İndi bu ikisinin arasında hansı oxşarlıq var?
Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir.
SERBİYANIN ƏRAZİ BÜTÖVLÜYÜ NECƏ BƏRPA OLUNACAQ?
İlham Əliyev mətbuat konfransında həm Azərbaycanın, həm də Serbiyanın separatizmdən əziyyət çəkdiyini deyərək bunları bildirib:
«Azərbaycan bütün beynəlxalq təşkilatlarda Serbiyanın ərazi bütövlüyünü dəstəkləyir. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ədalətli mövqeyinə görə Serbiya hökumətinə və rəhbərliyinə minnətdarlığımı bildirirəm. Əminəm ki, hər iki ölkənin ərazi bütövlüyü bərpa olunacaq».
Bunun ardınca çıxış edən Boris Tadiç də oxşar sözlər deyib:
«Serbiya və Azərbaycan arasında siyasi münasibətlər strateji səviyyəyə qalxır. Azərbaycan Serbiyanın mühüm tərəfdaşıdır».
Serbiya prezidenti ölkəsi ilə Azərbaycan arasında bir çox oxşarlığın olduğunu da vurğulayıb və bu sırada Dağlıq Qarabağ və Kosovo problemini xatırladıb.
KOSOVO DAĞLIQ QARABAĞA OXŞAMIR
Azərbaycanın Serbiya ilə münasibətlərini inkişaf etdirməsi mübahisə doğurmur, Belqradın istəyi əsasında bu ölkəyə qaz da sata bilərik. Ancaq Azərbaycanla Serbiya arasında oxşarlıq quraraq, «hər iki ölkənin ərazi bütövlüyü bərpa olunacaq» və «Dağlıq Qarabağla Kosovo oxşar problemlədir» demək nə dərəcədə reallığı əks etdirir?
Kosovonun müstəqilliyini dünyanın əksər dövləti, hətta Azərbaycanın strateji müttəfiqi Türkiyə də tanıyıb
Rəsmi Bakının Serbiyanın ərazi bütövlüyünü dəstəkləməsi və zamanında Kosovodan sülhməramlı qüvvələrini çıxarması doğru qərar idi. Ancaq Dağlıq Qarabağla Kosovonu eyniləşdirməyi doğru yanaşma kimi qəbul etmək çətindir.Belqrad illərlə Kosovo albanlarını görməzlikdən gəlib, serb silahlı birləşmələri Bosniyada olduğu kimi, 1990-cı illərin sonlarında Kosovoda da soyqırımı törətməyə tam hazır idilər, albanları qırğından və köçdən NATO bombardmanı xilas edib. Azərbaycanda isə bunun əksi baş verib, Dağlıq Qarabağın azərbaycanlı əhalisi bölgədən qovulub, soyqırımına məruz qalıb, ətraf bölgələr işğal olunub. Belə olan halda Kosovo ilə Dağlıq Qarabağ arasında bərabərlik işarəsinin qoyulması bəri başdan Azərbaycanın mövqelərinin zəiflədilməsi deməkdir. Çünki, Kosovonun müstəqilliyini dünyanın əksər dövləti, hətta Azərbaycanın strateji müttəfiqi Türkiyə də tanıyıb. Daldan atılan daş topuğa dəyər.