May ayı həm də onun – A.Saxarovun doğum ayıdır. Mən onu canlı olaraq bir dəfə görmüşdüm. Bu 1987-ci ildə Moskvada olmuşdu. Akademik Y.Zeldoviç vəfat etmişdi. Saxarov da onunla vida mərasiminə gəlmişdi. Mənim bütün diqqətim onda idi, sanki bu adamın taleyini onun zahiri görünüşündən hiss etmək istəyirdim. Bizlər, fizika fakultəsinin tələbələri onun haqqında yetərli qədər eşitmişdik. Səbəbi bu idi ki, fizik həmkarları, alimlər onu unudulmağa qoymurdu, yeri gələndə rejimlə problemlərinə baxmayaraq onun da kəşfləri haqda məlumat verirdilər. Hamı onu hidrogen bombasının yaradıcısı kimi tanıyırdı. Amma o, fizika sahəsində bundan heç də az əhəmiyyətli olmayan digər kəşflərin də müəllifi idi. Onunla bir dəfə də 1997-ci ildə Vaşinqtonda «rastlaşmışdım». Mehmanxananın ətrafında dolaşırdım. Uzağa getməyə elə də cəsarət etmirdim, qorxurdum azaram. Birdən gözüm başımın üstündəki işarəyə sataşdı: «A.Saxarov küçəsi» yazılmışdı! O, bir dəfə Bakıda da olmuş və özü haqqında o qədər də xoş təəssürat yaratmamışdı. İndi mən həmin görüşə toxunmaq istəmirəm. Həyatda nələr olmur? Biz bütün xırdalıqları və xırda detalları nəzərə alsaq, həyatda qüsursuz və günahsız adam qalmaz. Bu, mənə elə gəlir ki, ədalətli yanaşmadır. Onsuz da onun sonrakı fəaliyyəti və erməni əsilli qadınla izdivacı haqqında onu yaxındanca tanıyanlar yetərincə yazıblar. Hətta onu da deyim ki, Saxarovun ictimai fəaliyyətini də həmkarları birmənalı qarşılamırdı, çoxu belə hesab edirdi ki, o, fizika ilə məşğuliyyətini davam etdirsəydi, daha yaxşı olardı. Amma fiziklər mürəkkəb insanlar olur – onların bir çoxu həyatın fizikadan uzaq sahələrində böyük iz buraxıblar. Elə mən indi 20 –ci əsrin ən konspiroloji hadisəsinə – fiziklərin gizli sövdəsinə toxunmaq istəyirəm.
FİZİKLƏR NÜVƏ SİLAHI SAHƏSİNDƏ PARİTETİ NECƏ YARATDILAR?
Artıq 30-cu illərin sonunda bir neçə ölkədə ciddi şəkildə atom bombası ilə bağlı düşünməyə başlamışdılar. Buna görə nüvə fizikası sahəsindəki işlər məxfiləşdirilmişdi. Bir qədər irəli qaçaraq deyim ki, amerikalılar Yaponiyaya müdaxilə edərkən heyrətə gəlmişdilər. Məlum olmuşdu ki, hətta Yaponiyada belə atom bombası ilə bağlı bütün nəzəri işlər görülüb qurtarmışdı! Amma tale ABŞ-ı hamıdan irəli atdı. SSRİ –də bir neçə qrup bu problemin üzərində işləyirdi. Amma kəşfiyyatsız da ötüşmək mümkün deyildi. ABŞ –da bir neçə fizik atom bombası ilə bağlı sirləri SSRİ-yə ötürdü. Nəticədə qısa müddət ərzində iki dövlətin sərəncamında atom silahı vardı. Mən bunları niyə qeyd edirəm? Məsələ bundadır ki, sovet alimləri hətta atom bombası ilə bağlı elə bir nəticə əldə edə bilməsəydilər belə, SSRİ-nin atom silahı olacaqdı, çünki kəşfiyyat öz işini görmüşdü. Amma hidrogen bombası bir qədər fərqli oldu.
Sovetlər bu bombanı hətta ABŞ-dan bir – iki il öncə hazırlamağa müvəffəq oldular. Bunun səbəbkarlarından birincisi də elə A.Saxarov idi.
NÜVƏ SİLAHI DÜNYA MÜHARİBƏSİNİN QARŞISINI NECƏ ALDI?
O, bunu hamıdan əvvəl dərk etmişdi. Məhz nüvə silahının yaradılmasının bir nəticəsi də budur ki, üçüncü dünya müharibəsi olmadı. Dünya dövlətləri bir dəfə, bəlkə də, bir neçə dəfə, müharibə ilə üz – üzə dayanmışdılar. Elə Karib böhranı buna sübut deyilmi? Amma dünya müharibəsi baş vermədi. Nüvə silahının mövcudluğu heç bir dövlətə özünü üstün hesab etməyə imkan və fürsət vermədi, bununla dünya qlobal müharibə qarşıdurmasından canını qurtara bildi. Fermi, Oppenqeymer, Teller, Kurçatov, Xariton, Zeldoviç və bir də Saxarov – bu adlar dəfələrlə çəkilməyə layiqdir, çünki onların sayəsində dünya müharibəsi baş vermir. Bəli, məhz onların sayəsində. Məhz onların yaratdığı silah siyasətçiləri tələsik və düşünülməmiş qərarlardan çəkindirir.
KİÇİK SÖZARDI
Bəzən siyasətçilərin müdrikliyindən danışırlar. Amma siyasətçilər o vaxtlar daha çox müdrik olur ki, onlar müdrik insanların əhatəsində olurlar. Elə indi söhbət açdığımız adam da belə müdriklərdən biri idi. Rejim onu eşitmirdi və hətta sonradan yenidənqurma illərində o tribunaya çıxanda iclasdakılar bir nəfər kimi ayaqlarını yerə döyürdülər ki, o danışa bilməsin. Amma o danışır, sakit tərzini pozmurdu. Elə bu günün ictimaiyyət və siyasət fəalları üçün ən ibrətamiz detal budur. Sona qədər danışmaq və inandırmaq! İnsanlar heç də bir biçimdə olmurlar. Bəzisi tez başa düşür, bəzisi isə gec. Amma yaxşı söz və yaxşı əməl gec – tez anlaşılır və etiraf olunur...
Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir.
Fermi, Oppenqeymer, Teller, Kurçatov, Xariton, Zeldoviç və bir də Saxarov – bu adlar dəfələrlə çəkilməyə layiqdir, çünki onların sayəsində dünya müharibəsi baş vermir