Türkiyədə ölkə əhalisini və maraqlananları parlament seçkilərindən düz bircə ay ayırır. Bir aydan sonra partiyalar özlərini seçkidə sınamalı olacaq. İlkin seçki siyahısına baxanda, mübarizənin əsasən 3 partiya arasında baş verəcəyini, səslərin isə 4 partiya arasında bölüşəcəyini demək mümkündür, çünki Demokratiya və Barış Partiyasının də müəyyən qədər səs toplayacağı istisna deyil.
Təbii ki, hamını ilk növbədə Ədalət və İnkişaf Partiyasının (AKP) şansları düşündürür. Partiya ölkə daxilində elektorat baxımından kasadlıq çəkmir. Amma onun qarşısında iki mühüm vəzifə durur. Partiya təkbaşına hökumət formalaşdırmaq və bir də konstitusiya islahatlarını aparmaq üçün yetərli qədər səs toplamalıdır. Əksər müşahidəçilər belə hesab edir ki, indi seçkidə liderliyini saxlamaq üçün Ədalət və İnkişaf Partiyasının böyük şansı var. Amma əvvəldə qeyd etdiyimiz iki detal partiyanın əsl strateji hədəflərini müəyyən edir. Ona görə də bu detalların üzərində ayrıca dayanmağa dəyər.
AKP TƏKBAŞINA HÖKUMƏT FORMALAŞDIRA BİLƏCƏKMİ?
550 mandatı olan Türkiyə parlamentində təkbaşına hökumət yaratmaq üçün 276 səs lazımdır. Bu qədər səs toplamaq AKP üçün elə bir problem deyil, bu mülahizəni çoxsaylı analizlərin əsasında iddia etmək mümkündür. Bu qədər səs toplanarsa, AKP üçüncü dəfə hökumət qurmaq funksiyasını icra etməli olacaq. Partiya rəhbərləri iddialarında çox inamlı görünürlər. Ölkənin Baş naziri bəyan edib ki, bu seçki onun iştirak edəcəyi sonuncu parlament seçkisi olacaq. Hamı bunu Baş nazirin konstitusiyaya dəyişiklikdən sonra prezident seçkisində iştirak etmək arzusu ilə izah edir. Təəssüf ki, bizlərə Türkiyənin iç siyasəti ilə bağlı hər hansı bir sosioloji tədqiqat bəlli deyil. Zira R.T.Ərdoğanın da, onun partiyasının da ölkə daxilində kifayət qədər reytinqi var. Bunu dolayı arqumentlər və vizual müşahidələr əsasında demək olar.
AKP hökuməti mürəkkəb siyasət aparır. Bu mürəkkəblik daha çox özünü elə xarici siyasətdə büruzə verir. Xarici siyasətdə bir qədər «osmançılıq», bir az da «dini təəssübkeşlik» özünü büruzə verir. Təbii, belə çalarlar siyasətə bir mürəkkəblik gətirir. Uğur haqqında danışılsa, AKP özünün iki hökuməti dövründə xarici siyasətdə ciddi uğur əldə edə bilməyib, çünki ölkənin əsas strateji hədəfi – Avropa Birliyinə üzv olmaq arzusu elə bir arzu olaraq qalır. Bölgədə «qonşularla sıfır problem» siyasəti aparmağa cəhd edilir. Bəli, bu siyasət müsəlman ölkələri ilə müəyyən anlaşmaya gətirib çıxarsa da, bölgəni təmsil edən digər ölkə ilə – İsraillə ciddi problemlər yarandı. Elə indi ərəb dünyasında baş verən proseslər, İran rejiminin daxili və xarici problemləri «sıfır problem siyasəti»nə şübhə ilə yanaşmağa əsas verir.
Bütün hallarda aydın olan bir məsələ var ki, Türkiyə ciddi regional dövlət olmağa cəhd edir. O, bunun üçün müxtəlif formullar və diplomatik tryuklar düşünür, bəzən bu cəhdlər nəticə verir, əksər hallarda isə Türkiyə sonradan öz siyasətinə ciddi korrektələr etməli olur. Bunu sübut etmək üçün tutarlı arqumentlər çoxdur. Amma məsələ bunda deyil. Əsas odur ki, ölkənin siyasətində bir dinamizm var, axtarış ruhu duyulur. Güman ki, bu axtarışlar sondaca hansısa nəticəyə gətirib çıxaracaq.
KONSTİTUSİYA İSLAHATI – ƏRDOĞANIN BİRİNCİ PROBLEMİ
Konstitusiyaya dəyişiklik etmək üçün parlamentdə 330 səs toplamaq lazım gələcək və bu qədər səsi AKP – nin toplaya bilməsi indi ciddi müzakirə və təhlil olunur. Təbii ki, koalisiyalar da istisna olunmur, çünki elə müxalifət də konstitusiyaya dəyişiklik edilməsinin zəruriliyini dərk edir, çünki mövcud olan əsas qanun hərbi çevriliş vaxtı qəbul edilib. Türkiyənin hökuməti onun dəyişdirilməsi ilə bağlı öhdəliklər də götürüb. Amma dəyişikliklərə selektiv münasibət var. Konstitusiya dəyişsə, Türkiyə parlament və prezident idarə formaları arasında aralıq yer tutacaq. Ümumi seçki ilə seçilən prezident üsul – idarəsi formalaşacaq. Yeni formalaşmış prezident institutuna da ilk iddia edən şəxslərdən biri də AKP təmsilçiləri olacaq. Amma bu, digər müxalifət partiyaları üçün nə qədər məqbuldur? Problem də elə bundadır...
Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir.