BU HAQDA NİYƏ İNDİ DANIŞIRLAR?
Ərəb üsyanları fonunda İran dərhal maraq kəsb etməyə başladı. Əvvəla, elə İran rejiminin özü ümidlərə qapıldı ki, ərəb ölkələrində proseslər guya onun ssenarisinə uyğun cərəyan edəcək. Amma belə olmadı. Digərləri isə, əksinə, belə zənn etdilər ki, ərəb ölkələrində insanlar despotiyaya qarşı bu cür müqavimət göstərirsə, deməli, İranda da insanlar öz azadlıqları, demokratiya uğrunda dərhal mübarizəyə qalxacaqlar. İndi dünyanın şərhçiləri, analitiklər İranda baş verən hər prosesdə, o cümlədən indi elə dini rəhbərlə prezident arasında baş verən ziddiyyətlərdə bunun izini axtarmağa cəhd edirlər. Bəli, Ayətullah Xamneyi indi prezidenti min bir günahda, hətta cadu ilə də məşğul olmaqda ittiham edir. Doğrusu, bu cadu söhbətini eşidəndə, mən o qədər də təəccüblənmədim. Orta əsrlərə məxsus təfəkkürün hakim olduğu, mollaları hamının fövqünə qaldıran bir rejimdən başqa nə gözləmək olar? Molla niyə lazımdır? Ölü basdırmağa və bir də dua yazmağa!
Təbii, dualar da müxtəlif olur. Əgər digər ölkələrdə siyasi rəqiblərin əleyhinə qara texnologiyalardan istifadə olunursa, yəqin, İranda da siyasi rəqabət cadusuz – duasız ötüşmür. Hər halda, mən burada qeyri –adi heç nə görmürəm, bu, güman ki, İran və onun siyasətçiləri üçün çox xarakterik bir haldır. Bəlkə desəydilər ki, İranda erotik filmlər çəkilir bu, bir qədər təəccüblü görünərdi. Amma molla rejimini duasız – cadusuz təsəvvür etmək mümkün deyil. Təəccüblü budur ki, bunu niyə indi açıb deyirlər? Orta əsrlər cəhalətinin hökm sürdüyü ölkədə bəzi detallar bizə qəribə görünə bilər, amma oralar İrandır, orada bəlkə reaktoru da cadulayırlar ki, yəhudilərin gözü dəyməsin! Həm də ittiham xarakterikdir, o, dini mahiyyət kəsb edir. Prinsipcə, dini hakimiyyətdən başqa bir ittiham gözləmək də əbəs olardı. Orta əsrlər Avropasında inkvizisiya cadugərləri tonqalda yandırırdı.
İttiham sübut olunarsa, Əhmədinejadı nə gözləyir? Hər halda, bu sual da az maraq kəsb etmir, zira İran prezidenti hələ ki dini rəhbərlə özü arasındakı ziddiyyətləri yumşaq formada təqdim etməyə çalışır. Amma son bir – iki həftə ərzində o, bir neçə tədbirə qatılmayıb. Müşahidəçilər ziddiyyətlərin daha çox kadrların yerdəyişməsinə görə baş verdiyini iddia edirlər. Əhmədinejadla Xamneyi eyni bir «gəmi»nin sərnişinləri olsalar da, müxtəlif kayutları təmsil edirlər. Birinci dünyəvi hakimiyyəti təmsil edirsə, ikinci dini hakimiyyətin nümayəndəsidir. Təbii ki, yaxın regionda, ərəb dünyasında baş verən proseslər Xamneyini daha çox narahat etməkdədir, ona görə də o, hakimiyyətdə ortodoksalların mövqeyini möhkəmləndirməyə və qarşıdan gələn parlament və prezident seçkilərində onların hakimiyyətini təmin etməyə çalışır.
Bəli, bu gün etirazlar üçün hədəf prezident institutu, dünyəvi hakimiyyət atributları deyil, onların hədəfi dini institutlardır. Hamıya aydındır ki, İranda etirazlar başlasa, bu, bilavasitə elə dini rejimə, mollakratiyaya qarşı olacaq.
XARİCİ TƏZYİQLƏR DAXİLİ PROSESLƏRİ LƏNGİDİR?
Bu məsələnin ən maraqlı detallarından biridir. Fikir verin, dünya ölkələrinin başı daha çox ərəb üsyanlarına və Bin Ladenin ölümünə qarışdığı bir halda İran sanki müvəqqəti olaraq unudulur. Və belə bir vəziyyətdə ziddiyyətlər azalmaq əvəzinə kəskinləşir. Bunun bir izahı var. Ölkəyə qarşı total təzyiq onu, nə qədər qəribə olsa da, konsolidasiya edir, çünki dövlətçilik və millət hissləri üstün gəlməyə başlayır. Ona görə də İrana qarşı təzyiqlər zamanı da siyasi vurğu və aksent düzgün edilməlidir. İranlılar əmin olmalıdır ki, təzyiq ancaq rejimə qarşı yönəlib. Belə olan halda ölkə daxilində rejimin dayaqları zəifləyəcək, ziddiyyətlər artacaq və rejim etirazlara davam gətirə bilməyərək çökəcək. Çox güman ki, bu uzaq perspektivin məsələsi deyil. Əvvəldə dua – cadu məsələsinə nahaq toxunmadıq. Yeni texnologiyalar İranın rejimi üçün aldadıcı fasaddır, mahiyyət isə gerilik və cəhalətdir. 21-ci əsrdə dua – cadu!
Nüvə texnologiyası və cadu! Çox kontrastlıdır, deyilmi?
KİÇİK SÖZARDI
İran rejimi ömrünü uzatmaq üçün də fürsəti əldən vermir. Bölgədə də özünü sığortalamağa çalışır. Bu yaxınlarda imzalanmış Urmiya sazişi bu məqsədlə həyata keçirildi, Xəzərin statusu ilə bağlı ənənəvi nəticəsiz toplantılar da elə bu məqsədlə keçirilir. Türkiyəyə səfər də bu qəbildəndir. Amma İranın özünə müttəfiq hesab etdiyi rusların bir məşhur sözü var: İnsan təkcə çörək ilə tox olmur! Bəli, bu sözlərdə həqiqət var. Daha bir həqiqət isə budur ki, insanlar bunu dərk etməyə başlayanda, despotiyaları heç nə hifz etmir, hətta dua və cadu da...
Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir.