Doğrusu, bilmirəm bu ifadəni – «ikili standartlar» kəlməsini ölkənin siyasi leksikonuna kim gətirdi. Amma indi siyasətdə, ilk növbədə də rəsmi siyasi gündəmdə bu ifadə ən işlək sözlərdir. Dövlət rəsmiləri, yeri gəldi - gəlmədi, dəxli oldu - olmadı, bu ifadədən yararlanırlar. Hətta onu o qədər işlədirlər ki, adam lap bezir, bu dünyadan baş götürüb başqa planetə qaçmaq istəyirsən. Bu ifadəyə verilən məna yükü də maraq kəsb edir. «İkili standartlar» - eyni bir presedentə, eyni bir məsələyə müxtəlif münasibət nümayiş etdirmək və müxtəlif ölçülər götürmək mənasını verir. Bəli, elə son günlərdə ən yüksək səviyyədə Azərbaycan rəsmiləri bəyan etdilər ki, Liviya ilə bağlı BMT qərarı bir neçə saatdan sonra icra olunmağa başladı, amma Dağlıq Qarabağa aid dörd qətnamə düz 18 ildir ki, öz icrasını gözləyir. Bu nədir? İkili standart? Mənim buna hər hansı bir təftiş vermək fikrim yoxdur. Sadəcə, bircə detalı qeyd etmək istəyirəm. Bəli, BMT-nin Dağlıq Qarabağla bağlı dörd qətnaməsi işğal olunmuş ərazilərin qeyd – şərtsiz boşaldılmasını tələb edir. Amma bu qətnamələr heç bir quruma bu işi görmək üçün mandat verməyib. Məsələ ancaq deklarasiya formasında qalıb. Amma Liviya ilə bağlı sənəddə birbaşa NATO – ya Liviyaya hava hücumlarını həyata keçirmək və bu ölkənin hava sərhədlərinə nəzarət etmək üçün mandat verdi! Fərq bundadır! Deməli, adıçəkilən Qarabağ qətnamələrində proses məntiqi sonluğa çatdırılmayıb. Elə buna görə də onlar bu günə qədər icrasız qalıb. İndi bunu necə adlandıraq? Yenə də «ikili standart», yoxsa başqa bir şey? Amma yazının məntiqi təkcə bu, deyil. Onu göstərmək istəyirik ki, elə hallar olub ki, Azərbaycana baxışda da digər ölkələr də «ikili standartlar»dan gileylənə bilərlər. Belə hadisə olub və ya baş veribmi?
«ŞƏRQ TƏRƏFDAŞLIĞI» PROQRAMI
Bu günlərdə Azərbaycanı daha bir Avropa qurumunun yaradılması prosesi üçün birgə səylərə cəlb etdilər. Bəli, söhbət elə Şərq Tərəfdaşlığı Parlament Assambleyasından gedir. Təbii ki, ölkə hakimiyyətinin bu təklifdən heç də xoşhal olmadığını başa düşürük. Onlar Avropa ilə inteqrasiyaya o qədər də can atmırlar, buna könülsüz qoşulurlar. Amma dəvət artıq olub. Və diqqəti çəkən əsas detal da budur ki, bu prosesə Belarus dəvət almayıb. İndi onlar nə fikirləşsinlər? Nə düşünsünlər? Bunun özü «ikili standart» deyilmi? Axı Azərbaycanda da mitinq və aksiya keçirmək istəyən insanlar, müxalifət və müstəqil adamlar istintaq prosesinə cəlb edilib, hüquqi baxımdan təqiblərə məruz qalır, bir neçəsinə hətta şəhəri tərk etməmək göstərişi verilib, bəziləri isə həbs edilib... Hazırda müxalifətlə bağlı məhkəmə prosesi gedən və əsas da elə bu səbəbdən Şərq Tərəfdaşlığı Parlament Assambleyasına dəvət ala bilməyən Belarus bunu «ikili standart» kimi qəbul etməzmi? Üstəlik, məsələ heç bununla da tükənmir. Bəli, indi Azərbaycan Avropa Şurasının tələblərini qismən yerinə yetirib, amma ölkədə siyasi məhbuslar problemi tükənməyib, azadlıqlar hələ də məhdudlaşdırılır, dinc aksiyalara icazə verilmir. Amma bütün buna rəğmən Azərbaycan Şura tərəfindən Belarusa nisbətən daha az qınaqlara məruz qalır. Bu, «ikili standart» deyilmi? 93-cü ildən bu tərəfə Azərbaycan öz keçirdiyi seçkilərin heç birində beynəlxalq və ya demokratik standartlara da əməl etməyib. Amma hər dəfə bunlara göz yumulub, hətta belə seçkilər «irəliyə doğru daha bir addım» adlandırılıb və ölkə rəsmilərinə təbriklər ünvanlanıb. Amma tutaq ki, Belarus və ya Türkmənistana, eləcə də digərinə münasibətdə belə olmayıb. Bütün bunlar ikili standartlar deyilmi? Deməli, «ikili standartlar» heç də həmişə ziyanlı deyil. Onların Azərbaycan hakimiyyətinə xeyir verdiyi vaxtlar da olub. Doğrudan da, qədim çinlilər də düz deyirmiş: hər qaranlıqda bir işıq, hər işıqda bir qaranlıq var!
KİÇİK SÖZARDI
Əvvəldə qeyd etdik ki, ölkə hakimiyyəti belə dəvətlərdən o qədər də xoşhal olmur. Bəzi qərbli ekspertlər də Şərq Tərəfdaşlığı Parlament Assambleyası ideyasının Avropaya inteqrasiya sahəsində çox da böyük addım olmadığı qənaətindədirlər. Onların fikrincə, həqiqi inteqrasiya bəlkə on illərdən sonra baş tuta. Burada yada NATO-nun genişlənməsinin ilkin mərhələsi düşür. Bir sıra ekspertlər genişlənmə üçün elə fantastik məbləğlər söyləyirdilər ki, adam bunun nə vaxtsa baş tutacağına inana bilmirdi. Amma budur, artıq bir müddətdir ki, NATO-nun genişlənməsinin ilkin mərhələsi başa çatıb. Eyni fikri yəqin Avropa Birliyi ilə bağlı da demək olar. Bu inteqrasiya da zəruridir, bəzi hökumətlər bunu istəsə də, istəməsə də. Onlar prosesi yalnız yubada bilərlər, amma onun qarşısını ala bilməzlər, çünki burada ancaq bir standart var – onun adı da qloballaşmadır...
Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir