Əski türklərdə həm bir ulus kimi türklərin, həm də ayrı-ayrı türkün şəcərəsini yadda saxlamaq çox güclü imiş. Fəzləllah Rəşidəddinin verdiyi «Oğuznamə»də türklər Nuhun oğlu Yafəsin (Olcay xanın) nəslindən çıxarılır (Dib Yabqu xan, Qara xan, Oğuz xan və b.). Sibirdə və Altayda türkləri öyrənmiş araşdırıcılar heyrətlə yazırdılar ki, hər nəsil öz şəcərəsini yaxşı bilir və ağızdan-ağıza ötürür.
Azərbaycanda, Ortaçağı bilmirəm, Sovet dönəmində bizim camaatda şəcərəni bilmək bacarığına dağıdıcı zərbə vurulmuşdu. Kompyuterin, DVD-nin əli ilə əcdadlar haqqında bilgini saxlamaq imkanları böyük olan indimizdə isə gənc nəslin mütləq çoxluğu babalarından o yana, inanmıram ki, gedib çıxa bilsin.
Geri ilə bağlı nəsil duyğusunun belə zəif olduğu Azərbaycanda mat qalası şeydir ki, gələcəklə bağlı nəsil duyğusu çox güclüdür. Siz baxın bizim 3-4 ən güclü məmur-oliqarxlara. Söyləmək olmaz ki, onlar pul yapmağı Maks Veberin dediyi protestant kapitalistləri kimi sevirlər. Bəllidir ki, həmin kapitalistlər rəssamın, yazıcının yaradıcılıqdan aldığı ləzzəti biznes yapmaqdan alırdılar. Yəni onlar var-dövləti sevmirdilər, pul düşgünü, var-dövlətlə ədabazlanan adamlar kimi. Onlar bizneslə məşğul olmağa ibadət kimi, yəni Tanrıya, icmalarına qulluq kimi başa düşüb işləyirdilər, yaşayırdılar.
KORRUPSİYA «MAŞININI» DAYANDIRMAQDAN QORXANLAR
Bizim məmur-oliqarxların belənçi psixolojidə olması haqqında heç bir doğru-düzgün bilgi yoxdur, olsaydı, onların tədbirlərindən, ortaya çıxardıqlarından görünərdi. Ona görə də təəccüb dolu sual gəzir: bu qədər pulları neynirlər, niyə doymurlar?! Acgözlüklərinə görə? Onların acgöz və simic olması haqqında da heç bir doğru-düzgün bilgi yoxdur. Bəs, pul yapmaq yaradıcı yaşamaq və ya acgözlüyü doydurmaq üçün deyilsə, nə üçündür?
Bir cavab: onun üçündür ki, - tozsoran biçimində «pulsovuran» sözünü düzəldib işlətsək, - aşağıdan yuxarı paraları axıdan tozsoranı dayandırmaq olmaz!. Sovet dönəmindən yadımda bir olay qalıb. Mənə bir yüksək vəzifəlidən danışmışdılar ki, ona gətirilən pulları unitaza buraxırmış. Dostu soruşanda ki, niyə belə edirsən, cavab veribmiş ki, yeni gələn pulları qoymağa yer yoxdur, prosesi isə dayandırmaq olmaz. Dayandırsan «maşın» sınar.
Bu olay uydurma olsa belə (pullar necə unitazdan axa bilər?!), mahiyyətində doğrunu daşıyır. Azərbaycanda yüksək vəzifəli pulsovuranların çoxu acgözlüklərinə görə yox, prosesi dayandırıb «maşını» xarab etməmək üçün pul almaqda davam edirlər. Bu, bir açım.
BİZDƏ VARLI YOX, ÇOX VARLI OLMAĞIN «MƏNƏVİ» MOTİVLƏRİ
Ancaq bu cür pul qazanmaq və ya hakimiyyəti saxlamaq arqumentinə də «əmma» qoymaq olar. Baxın, heyvanlar aləminə. Ana körpə balasını çox istəyir. Di gəl, bala böyüdükcə ana-bala arasında yadlaşma artır. Hansı at, hansı it yanında duran 7-8 yaşlı balasını balası kimi istəyir?
Mədəniyyət və uluslar ata-ana və bala doğmalığını böyüyəndən sonra da saxlamaq üçün dürlü «mexanizmlər» icad ediblər. Bu mexanizmlər bioloji qanuna qarşı duraraq bizlərdə 40 yaşında oğlumuzun da qayğısını çəkmək «psixolojisini» tərbiyə edir və bəlkə də yeridir. Uşağının yaşlanandan sonra taleyi ilə maraqlanmayan, ata-anasının qayğısına qalmayan adamların utandırılması söylədiyim kültür mexanizmlərindən biridir ki, təbiətdə yoxdur.
GƏLƏCƏK NƏSİLLƏR HAQQINDA ALDANIŞLARIMIZ
Ancaq insan nəslində biologiyanın irəlidə söylədiyim qanununu kültür mexanizmləri bir ara dayandırsa da, sonradan onlar yenə işə düşürlər. Baxın, baba hələ nəvəsini çox istəsə də, nəticə və kötücəyə çatanda bu istək, artıq, «xala xətrin qalmasın» olur. Babanın, nənənin əli bəlkə bir az nəvəyə çata bilər, di gəl, sonrakı nəsillər daha onların üfüqündən o taya çıxırlar. Bax, bu durumda bizim oliqarxların, vəzifə sayəsində durmadan pul yığanların uzaq nəsillərinə çatacaq qədər pul toplamasının absurdu açılır. Axı, sən kimlərin uğrunda bu qədər suçlara bataraq, bu qədər amansızlıqlar edərək (evlər yıxaraq), bu qədər yazıqların çörəyini alaraq pul qazanırsan? Bəyəm, sənin qarantiyan var ki, kötücən pozğun narkoman olub narkotik üstündə anasını, xalasını öldürməyəcək?! Hitler kimi nifrət edilən birisi olmayacaq?! Hələ onu demirəm ki, oğul-qızın, nəvələrin artdıqca, onlar arasında Qəddafi ailəsində olan düşmənçiliklər də artır.
Bizim rüşvətlə pulsovuranların da hərəkətini gələcək nəsillərini ağ günə çıxarmaq motivi idarə edir. Ancaq baxsınlar Stalinin Sibirdə və ya Amerikada olan qız nəvələrinə, Hitlerin sağ qalmış qohumlarına – gələcək nə qədər də qəribə sürprizlər gətirir hamıya.
Ona görə də insanın davranışlarının motivləri sırasında «gələcək nəsilləri uğrunda» məsələsi axırıncı yerdə durmalıdır. Bəs birinci yerdə nə durmalıdır? Vətən, Allah, ya nə? Bilmirəm, ancaq mənalı, yaradıcı yaşamaq məqsədi mütləq olmalıdır. Bu, xüsusi ilə prezidentlərə, baş nazirlərə aiddir.
Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir.
Azərbaycanda, Ortaçağı bilmirəm, Sovet dönəmində bizim camaatda şəcərəni bilmək bacarığına dağıdıcı zərbə vurulmuşdu. Kompyuterin, DVD-nin əli ilə əcdadlar haqqında bilgini saxlamaq imkanları böyük olan indimizdə isə gənc nəslin mütləq çoxluğu babalarından o yana, inanmıram ki, gedib çıxa bilsin.
Geri ilə bağlı nəsil duyğusunun belə zəif olduğu Azərbaycanda mat qalası şeydir ki, gələcəklə bağlı nəsil duyğusu çox güclüdür. Siz baxın bizim 3-4 ən güclü məmur-oliqarxlara. Söyləmək olmaz ki, onlar pul yapmağı Maks Veberin dediyi protestant kapitalistləri kimi sevirlər. Bəllidir ki, həmin kapitalistlər rəssamın, yazıcının yaradıcılıqdan aldığı ləzzəti biznes yapmaqdan alırdılar. Yəni onlar var-dövləti sevmirdilər, pul düşgünü, var-dövlətlə ədabazlanan adamlar kimi. Onlar bizneslə məşğul olmağa ibadət kimi, yəni Tanrıya, icmalarına qulluq kimi başa düşüb işləyirdilər, yaşayırdılar.
KORRUPSİYA «MAŞININI» DAYANDIRMAQDAN QORXANLAR
Bizim məmur-oliqarxların belənçi psixolojidə olması haqqında heç bir doğru-düzgün bilgi yoxdur, olsaydı, onların tədbirlərindən, ortaya çıxardıqlarından görünərdi. Ona görə də təəccüb dolu sual gəzir: bu qədər pulları neynirlər, niyə doymurlar?! Acgözlüklərinə görə? Onların acgöz və simic olması haqqında da heç bir doğru-düzgün bilgi yoxdur. Bəs, pul yapmaq yaradıcı yaşamaq və ya acgözlüyü doydurmaq üçün deyilsə, nə üçündür?
Bir cavab: onun üçündür ki, - tozsoran biçimində «pulsovuran» sözünü düzəldib işlətsək, - aşağıdan yuxarı paraları axıdan tozsoranı dayandırmaq olmaz!. Sovet dönəmindən yadımda bir olay qalıb. Mənə bir yüksək vəzifəlidən danışmışdılar ki, ona gətirilən pulları unitaza buraxırmış. Dostu soruşanda ki, niyə belə edirsən, cavab veribmiş ki, yeni gələn pulları qoymağa yer yoxdur, prosesi isə dayandırmaq olmaz. Dayandırsan «maşın» sınar.
Bu olay uydurma olsa belə (pullar necə unitazdan axa bilər?!), mahiyyətində doğrunu daşıyır. Azərbaycanda yüksək vəzifəli pulsovuranların çoxu acgözlüklərinə görə yox, prosesi dayandırıb «maşını» xarab etməmək üçün pul almaqda davam edirlər. Bu, bir açım.
BİZDƏ VARLI YOX, ÇOX VARLI OLMAĞIN «MƏNƏVİ» MOTİVLƏRİ
Bizim rüşvətlə pulsovuranların da hərəkətini gələcək nəsillərini ağ günə çıxarmaq motivi idarə edir. Ancaq...
O biri açım texniki deyil, guya ki, mənəvidir. Onlar doymadan pullar alırlar ki, gələcək nəsillərinə qalsın. «Mənəvi» onun üçün deyirəm ki, balalarını, balalarının balalarını, balalarının balalarının balalarını çox istəməklə bağlıdırlar. Onun üçün də mat qalırsan ki, keçmiş nəsillərini saya salmayan belənçi adamlarda gələcək nəsillərinə haradandır bu sevgidir?!Ancaq bu cür pul qazanmaq və ya hakimiyyəti saxlamaq arqumentinə də «əmma» qoymaq olar. Baxın, heyvanlar aləminə. Ana körpə balasını çox istəyir. Di gəl, bala böyüdükcə ana-bala arasında yadlaşma artır. Hansı at, hansı it yanında duran 7-8 yaşlı balasını balası kimi istəyir?