Azərbaycanda neftçilər rəsmən yüksək əməkhaqqı alan işçilər kateqoriyasına aid edilənlərdəndirlər. Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) «Azneft» İstehsalat Birliyi neftçilərinin orta əməkhaqqı 2009-cu ilin yekunlarına görə, 615 manat 47 qəpik (bu, SOCAR üzrə göstəricidən 81 manat 81 qəpik çoxdur) olub. Nəzərə alsaq ki, 2010-cu ildə əmək haqlarının artımı ilə bağlı hər hansı rəsmi məlumat olmayıb (SOCAR-ın saytında hələ ki, belə bir məlumat öz əksini indiyə qədər tapmayıb), demək əfsanəvi neftçilərimiz elə bu məvacibə də işləməkdə davam ediblər. Düzdür, dənizdə çalışan Azərbaycan neftçilərinin aylıq qazancı 1000 manatadək olur (bəzi hallarda daha yüksək). Ancaq bu məvacib ağır neftçi əməyinə Azərbaycan şəraitində verilən ədalətli bir qiymətdirmi?
NEFTÇİLƏR DƏ NARAZI OLARMIŞ?
Ötən ayın sonları «Karasu Operatinq Company» əməliyyat şirkətinin bir qrup neftçisi (onlar Bakıdan 140 km cənubda – Şirvan şəhəri yaxınlığında yerləşən «Kəlaməddin» və «Mişovdağ» yataqlarının işlənməsində çalışırlar) xəbərdarlıq mitinqi keçirmişdilər. Onları rəhbərlik qarşısında bir sıra tələblər irəli sürmüşdülər: əmək haqlarının artırılması, iş şəraitinin yaxşılaşdırılması, sosial məsələlərin həllində kömək və işəgötürənlə işçi arasında bağlanan əmək müqaviləsinin şərtlərinə yenidən baxılması.
Doğrusu, Azərbaycan şəraitində belə bir tələblə aksiyanın keçirilməsi özü təəccüb doğurur, çünki müstəqillik illərində biz adətən siyasi tələblər sürülən mitinq və yürüşləri müşahidə etmişdik. Görünür, neftin 1 barelinin qiymətinin $110-ı aşdığı bir dövrdə Azərbaycan neftçisinin vəziyyəti elə bir həddə çatıb ki, onlar da bu ölkə üçün ənənəvi olmayan etiraz formasından istifadə etmək zorunda qalıblar. Əslində, mənə tamamilə məntiqsiz bir situasiyanı seyr etmək nəsib olub – əyalətdə 300-400 manat əməkhaqqı alan neftçi fəhlələr güzəranlarından narazılıq edirlər, ancaq 150-250 manat maaşa bahalı paytaxtda işləyən alitəhsilli təbəqə isə «Allahdan buyruq, ağzıma quyruq» prinsipi ilə yaşamaqda davam edir. Sanki, bu təbəqə üçün nə bazarlarda qiymət qalxır, nə inflyasiya baş verir, nə də onların Azərbaycan cəmiyyətində varlığı hiss edilir. Onda sual yaranır – onların ali savad almasının mənası nəymiş (düşünməyə dəyər)?
AĞIR HƏYATDAN BEZMİŞLƏR
Qayıdaq həyatlarını qismən də olsa, yaxşılaşdırmaq istəyən neftçilərin tələblərinə. Onlar durumları ilə tanış olduqda bir sıra məsələlər ortaya çıxdı. Demə, hər bir işçi ilə rəhbərlik 3 aylıq, yəni rüblük əmək müqaviləsi imzalayır. Təsəvvür edirsinizmi, işçi daim stress içərisindədir, onun öz sabahına ümidi yoxdur, çünki gələcək əmək fəaliyyəti rəhbərliklə onun arasında olan münasibətlərə bağlıdır, nəinki ölkənin hüquq müstəvisində mövcud olan Əmək Məcəlləsinin müddəalarına. Sonuncuda isə açıq-aydın göstərilib ki, hər hansı bir sahədə fasiləsiz 5 illik əmək fəaliyyəti olan işçi ilə müddətsiz, layihə müddəti və ya tərəflərin razılaşdıqları müddətə müqavilə bağlana bilər. Burada isə 20-25 il neft sənayesində «sac ağartmış» ixtisaslı işçilərlə 3 aylıq müqavilə imzalayırlar (bir anlığa göz önünə gətirin: dövlət başçısının sərəncamı ilə nazir və ya hansısa rayona icra başçısı 3 ay müddətinə təyin edilir və hər dəfə onu Prezident Aparatına çağırıb sorğu-sual etdikdən sonra yenidən bu müddətə gedib işini davam etdirməsinə göstəriş verirlər. Kabinetdə komfortlu şəraitdə işləyən adam bundan az qala havalanardı, bəs istinin cırhacırında və ya soyuq havada buruq başında olan neftçinin halını kimsə təsəvvür edibmi?). Bundan başqa neftçilər «vaxt» sisteminin (7 gün fasiləsiz işləyir, 7 gün istirahət edirlər) dəyişdirilməsi arzusunda olduqlarını bildiriblər, çünki bu templə onlar işdə itirdikləri enerjini bərpa edə bilmir, sağlamlıqlarını itirirlər (dənizdə işləyən neftçiləri «vaxtdan» qayıdan zaman Bakı dəniz vağzalında seyr etmək kifayətdir, əsasən 30 yaşlı adam elə bil 45 yaşlı kişi görkəmindədir). Azərbaycan neftçisinin bir arzusu da var: onlar aldıqları əmək haqları ilə, lap dənizdə işləyəni belə, heç 25 illik əmək fəaliyyətindən sonra əyalətdə belə özünə normal mənzil almaq imkanı yoxdur və bu məsələnin dövlət səviyyəsində həllini istəyirlər.
ƏMƏYƏ VERİLƏN VİCDANLI QİYMƏT
Bu arada «Discovery TV»də neftçilərin həyatı ilə bağlı bir veriliş nümayiş etdirilirdi. Materialı hazırlayan jurnalist əsas hədəf kimi dəniz neftçilərini götürmüşdü. Tamaşaçıya çatdırılırdı ki, neftin dünyada sənaye üsulu ilə hasil edilməsi 150 illik tarixə malik olsa da, texnika gündən-günə tərəqqi etsə də, neftçinin iş şəraitində elə bir inqilabi dəyişiklik olmayıb. Yəni, neftçidən fiziki əmək tələb olunur (buna görə o, çox enerjili məhsullarla qidalanmalıdır), neftin böyük hissəsi dənizdə hasil olduğundan burada kəskin iqlim dəyişmələri mövcuddur ki, orqanizmə çox zərərli təsir edir və nəhayət, buruqdakı neftçinin üst-başı daim çirkli olur və neftçinin iş başında həyatını itirməsi kimi bir risk mövcuddur. Bütün bunları göstərən müəllif soruşur: bəs niyə insanlar neftçi peşəsini seçirlər? Onları buna vadar edən nədir? Cavab kimi isə 29 yaşlı buruq ustası Alanla söhbətini efirə verir: mən 22 yaşımdan bu peşədəyəm və artıq gizlətmirəm – məni bu sənətə kapital bağlayır. Meksika körfəzində ayda 2 həftəlik işə görə $12 min məvacib alıram, bazarda çox az sahə var ki, bu cür əməkhaqqı təklif etsinlər. Artıq evim də var, bahalı avtomobilim də, həmçinin imkanım var ki, sevgilimlə hər ay turist səfərlərinə gedək.
Bax belə... Mən deyərdim ki, əməyin vicdancasına ödənilməsi budur. Özü də burada nə ideologiya var, nə də mentalitet. Bəlkə buna görə də Rokfellerlərin, Bill Qeytslərin yaratdıqları şirkətlərin zamanında həqiqətən analoqları olmur və əməklə kapital arasında yaratdıqları optimal münasibətlərə görə onların davamçıları olur. Azərbaycanda isə büdcənin 70%-ni təmin edən orta neftçinin gün-güzəranını özünüz gördünüz (Sədərək və Binə «tolkuçka»larında alver edənlər neftçilərdən qat-qat çox qazanırlar)! İndi özünüz fikirləşin - nəyə görə AZƏRBAYCAN NEFTÇİSİnə indiyə qədər bircə belə heykəl qoyulmayıb?
Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir.