Bəlkə də Şekspir Otellonu mavr kimi təqdim etməsəydi, bu ad ərəblərin, bir də bərbər tayfalarının üstündə qalmayacaqdı. Amma qorxulu heç bir nəsnə yoxdur, çünki zaman keçdikcə bu ad özünün mənfi məzmununu itirib, indi hətta bir qədər tarixi mahiyyət kəsb edir. Ərəblərə Avropada həm də Şərqin ispaniyalıları deyirlər. Mən bütün bunları niyə görə xatırladım? İndi olduqca maraqlı bir hadisə baş verir, eyni vaxtda bir neçə ərəb dövlətində aləm biri-birinə dəyib, Tunisdən sonra Misirdə, Əlcəzairdə, İordaniyada, Livanda əsl inqilab gözlənir. Hətta permanent inqilablar nəzəriyyəsinin banisi L.Trotski belə bir halı təsəvvür edə bilməzdi. «Çıxış yolu Tunisdir!» şüarı artıq bütün Şimali Afrika ölkələrinin və Ərəbistan yarımadasının bir hissəsinin əsas bir şüarına çevrilib. İş o yerə çatıb ki, hətta Səudiyyə Ərəbistanı tunisli Bin Əli cənablarını bir o qədər də ürəkdən qarşılamayıb, çünki onlar öz ölkələrinin qapılarını «diktatorların üzünə açmağı» o qədər də sevmirlər. Bir az əvvəl belə bir halı təsəvvür etmək olardımı? İndi artıq hamı ona çalışır ki, hansısa otuz illik devrilmiş prezidentin deyil, cəmiyyətlərin, ölkələrin simpatiyasını qazansın.
Bəs proseslər niyə belə gec başladı? Bir dəfə politoloji yazıların birində «ərəblərin passionarlığı» haqda fikrə rast gələndə, bu, mənə azacıq qəribə təsir bağışlamışdı. Ərəbləri passionar adlandırmaq olarmı? Qiyama qalxan ölkələrin tarixinə baxanda görürsən ki, onların müstəqillik tarixi bir o qədər də böyük deyil, on illərlə ölçülür. Müstəqil olanda onların bir çoxunda despotik rejimlər bərqərar olmuşdu. İndi ərəblərin passionarlığının ikinci bir fazası başlayır. Müstəqillik əldə edən ərəblər artıq despotik rejimlərdən də imtina etmək mərhələsinə gəlib çatıblar. Bu olduqca maraqlı bir mərhələdir, ona görə ki, demokratik rejimi ərəblərin necə təsəvvür etməsi ilə bağlı heç də birmənalı münasibət yoxdur. Məsələn, Livanda artıq bir konstitusion çevriliş baş verib və «Hizbullah»a yaxın siyasətçi baş nazir təyin edilib. İndi əvvəlki baş nazirin tərəfdarları buna qarşı etiraz etməkdə davam edirlər. Elə dünya ölkələri də Livanda iranmeylli siyasi qüvvələrin hakimiyyətə gəlişinə o qədər də sevinmirlər. Təbii ki, dünya ölkələrini narahat edən budur. Onlar bəzi hallarda seçim qarşısında qalırlar: despotik, amma dünyəvi rejimləri dəstəkləməli, yoxsa teokratik respublikaları?
СAMAL PREZİDENT OLA BİLƏCƏKMİ?
Bir çox müsəlman dövlətlərində monarxiya adi bir hala çevrilib. H. Mübarək düz otuzuncu ildir ki, hakimiyyətdədir. Artıq 81 yaşı olan bu diktator indi götür-qoy edir, Azərbaycanda olduğu kimi hakimiyyəti özündən sonra oğlu Сamala ötürmək istəyir. Suriyada bu, bir neçə il əvvəl baş tutmuşdu, prezident Hafiz Əsəd hakimiyyəti oğlu Bəşər Əsədə ötürmüşdü. İndi Misirin prezidenti də bu üsulu sınaqdan keçirmək istəyir. Özü də elə bir ölkədə ki, onu heç bir vəchlə «geridə qalmış» ölkə adlandırmaq olmaz. MAQATE-nin sabiq rəhbəri M.Baradeyi misirli idi, səhv etmirəmsə, BMT-nin sabiq rəhbəri B.Qali misirli idi. Amma Mübarək bunun fərqində deyil, öz arzularına yaman aludə olub, hətta Misir onun gözlərində kiçilib. İndi misirli ərəblər möhkəm bir etiraz dalğası başlayıblar. Ola bilsin, dalğa daha bir Afrika diktatorunu hakimiyyətdən uzaqlaşdıracaq, ya da şəxsi siyasi planlarından vaz keçməyə məcbur edəcək. Hər halda, Misiri Avropadan bir dəniz ayırır, elə həmin dəniz də onu Avropa ilə birləşdirir. Bu da çox simvolikdir, həm də maraqlıdır, ona görə ki, insan hər şeyi simvollara çevirməyi və simvollarla düşünməyi çox sevir.
KİÇİK SÖZARDI
Hər halda dünya çox ümidlidir. Bu gün elə bir gündür ki, həm ərəblər, həm də elə islam haqqında bir neçə il əvvəl formalaşmış stereotiplər dəyişir. Söz yox, proseslərin sonunu gözləmək lazımdır. Amma mürgüləyən qitə – Afrika və bir də mürgüləyən yarımada – Ərəbistan oyanır. Bunun müsbət təsiri öz əksini digər müsəlman ölkələrində tapacaq. Jurnalistlər arasında belə bir söz var – «karusel etmək», bu başqalarının yazılarını öz adından çap etmək, bir sözlə, başqalarının əməyini mənimsəməkdir. İndi siyasətdə də «karusel» etmək istəyənlər və edənlər çoxdur. Onlar da indi müsəlman dünyasının bir hissəsində baş verən proseslərə diqqət kəsiliblər, çünki bu proseslər onlar üçün də təsirsiz ötüşməyəcək – bir az tez, bir az gec, insanlar siyasətdəki «karusel» əməliyyatlarına son qoyacaqlar...
Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir.

Söz yox, proseslərin sonunu gözləmək lazımdır. Amma mürgüləyən qitə – Afrika və bir də mürgüləyən yarımada – Ərəbistan oyanır
Bir sıra hallarda məcburiyyət qarşısında üstünlük birinciyə verilir. Ərəb Misirində isə daha maraqlı hadisə cərəyan edir...СAMAL PREZİDENT OLA BİLƏCƏKMİ?