500 milyondan çox istifadəçisi olan “Facebook” sosial şəbəkəsi yaydığı rəsmi xəbərdə “Bağlanma qərarı yoxdur, hər zamankı kimi işə davam edəcəyik, heç bir yerə getmirik, yeni başladıq” yazır.
Keçən həftə satira saytı kimi tanınan “Weekly World News” sosial şəbəkənin yaradıcısının Kaliforniyada mətbuat konfransı keçirdiyini və saytın yaxın zamanlarda bağlanacağını yazmışdı:
“Şəbəkənin yaradıcısı və rəhbəri Mark Zuckerberg iş gərginliyinin həyatını məhv etdiyini və yaxın aylarda şəbəkənin bağlanacağını bildirir”.
Bundan sonra sosial şəbəkələrdə, forumlarda sürətlə yayılan xəbərlər “Facebook” istifadəçilərinin narahatçılığına səbəb olmuşdu.
/Sayta hazırladı: Turxan Kərimov/