Keçid linkləri

Təcili xəbərlər

Biz siyasəti necə təsəvvür edirik?


Yeni il siyasi müxalifətin düşərgəsində yeni istefalarla başladı. Bu vaxtadək özünün kəmiyyət göstəricilərini nisbətən qoruyub saxlayan Müsavat Partiyasında eyni vaxtda iki divan üzvü partiyadan istefa verdiyini bəyan etdi. Əgər ötən ildə baş vermiş daha iki divan üzvünün istefasını da yada salsaq, bu, sayca dörd divan üzvünün istefası deməkdir. Xüsusən nəzərə alanda ki, istefa vermiş bu insanlar ölkə siyasətində kifayət qədər tanınan insanlardır, onda partiya üçün bunun nə qədər itki olduğunu qiymətləndirmək mümkündür. Fəqət, bu məsələ ilə bağlı maraqlı bir sual var. İstefalar cəmiyyətin həyatında hansısa bir təsirə malikdirmi? Cəmiyyət bu istefaların fərqindədirmi? Ümumiyyətlə, siyasətdə istefa hansı hallarda məqbuldur və ondan bir siyasi akt tək hansı hallarda yararlanmaq daha düzgündür?

HƏTTA PARTİYA LİDERLƏRİ İSTEFA VERSƏ BELƏ...


Bəli, bunu etiraf etmək lazımdır. Bu gün vəziyyət elədir ki, nəinki hansısa bir partiyanın
Bu gün vəziyyət elədir ki, nəinki hansısa bir partiyanın funksionerləri, hətta onun lideri istefa versə belə bu, cəmiyyətdə hər hansı bir əks – səda yaratmayacaq, çünki partiya funksionerlərinin və liderlərinin ölkənin siyasi və ictimai həyatına təsiri hətta bir yazarın da təsiri qədər deyil, açığını etiraf etmək lazımdır ki, bu gün ən böyük partiyalar belə tək bir qəzetdən ibarətdir
funksionerləri, hətta onun lideri istefa versə belə bu, cəmiyyətdə hər hansı bir əks – səda yaratmayacaq, çünki partiya funksionerlərinin və liderlərinin ölkənin siyasi və ictimai həyatına təsiri hətta bir yazarın da təsiri qədər deyil, açığını etiraf etmək lazımdır ki, bu gün ən böyük partiyalar belə tək bir qəzetdən ibarətdir. Amma qəzetləri vaxtilə kollektiv təbliğatçı və həm də kollektiv təşkilatçı kimi səciyyələndirməyi sevsələr də, bütün hallarda elə qəzet qəzetdir, jurnalist də elə jurnalistdir, çünki onların siyasi hakimiyyətlə bağlı iddiaları yoxdur, partiyalar isə özlərinin mənşələrinə və funksiyalarına görə alternativ siyasi strukturlardır. Fəqət, nə edəsən ki, bu ölkədə aparılan siyasət nəticəsində onlar siyasi məzmunlarından məhrum olublar. Partiya sisteminin ölkə üçün nə qədər vacib olduğundan əvvəllər yazmışıq. Amma partiyalar da təkcə politoloji və siyasi ədəbiyyatlarda onlara verilən önəm ilə kifayətlənməməlidirlər. Nəzəri olaraq biz çox şey deyə bilərik, çox şeyləri iddia edə bilərik. Amma həqiqətin meyarı, necə deyərlər, təcrübədir. Əgər bu gün cəmiyyət özünü siyasi partiyalar olmadan da rahat hiss edirsə, onda bizlərin nəzəri mülahizələrinə nə ehtiyac var? Nə vaxta qədər partiyaların mövcudluğunun zəruriliyini ancaq nəzəri sxemlər və bir də «yetmiş illik tarixi təcrübə» vasitəsilə sübut etməyə çalışacağıq. Adətən belə qəbul edilir ki, nəzəriyyə təcrübəni yox, əksinə təcrübə nəzəriyyəni yönəldir. Ana tarixin ibrət dərsinə gəldikdə isə, keçmiş sovet məkanına ötəri bir nəzər salmaq yetər ki, tarixdən əslində heç bir ibrət götürülmədiyinə əmin olasan. Bu gün hətta Rusiyanın özünün inkişaf etmiş partiya sistemi yoxdur. Ona görə ki, SSRİ-nin dağılması, siyasi sistemin dəyişməsi siyasi partiyalara kart - blanş verdi, amma onlar öz mövqelərini qoruyub saxlaya bilmədilər. Hər şeyi və bütün problemləri rejimin üzərinə yükləmək də heç çıxış yolu deyildir, çünki siyasi partiyalar güclü və öz siyasətlərində ardıcıl olsaydılar, heç belə rejim yaranmazdı da. Problem budur. Təsadüflər təbiətdə və cəmiyyətdə böyük rola malik olsalar da bir çox hallarda hər şeyin təbii izahı tapılır, müqavimət görməyən hakimiyyətin öz siyasi təsirini gündən – günə artırmasında, daha geniş sferalara iddia etməsində təəccüblü heç nə yoxdur. Təəccüb doğuran müxalifət funksionerlərinin istefasıdır. Əgər hansısa partiya funksioneri özündə partiyanın siyasətini azacıq da olsa dəyişmək üçün güc tapa bilmir və özünü aciz hesab edirsə, onun siyasi rejimə qarşı mübariz ola biləcəyini zənn etmək nə dərəcədə doğrudur? Əslində istefalarla həmin funksionerlər partiyalar haqqında cəmiyyətdə çoxdan formalaşmış bir təsəvvürü təsdiq edirlər – Azərbaycanda partiya yox, bir neçə adamın «siyasi toçkası» var və bu adamlardan başqa qeyri – heç kim bu «toçka»dakı atmosferi dəyişmək iqtidarında deyil.

GEDƏK BİZ OLMAYAN YERƏ...

Əgər çıxıb getməklə nəsə həll olunsaydı, partiyaların fəaliyyətinə tam xitam verməklə bəlkə də siyasi rejimi dəyişmək olardı. Amma belə deyil. Bu günə qədər siyasi partiyaların tarixində olan bütün istefaları yada salsaq görərik ki, onlar tərk edilmiş partiyaların nə siyasətində, nə də idarə olunmasında heç bir dəyişikliyə səbəb olmayıb. Üstəlik, yeni ünvanlarda da hansısa bir siyasi intibah müşahidə olunmayıb. Ona görə də şair demişkən: gəlin gedək biz olmayan yerlərə... Burada son demək olardı. Amma bir detal da var. Bu təfəkkürlə hansı partiyanı yaradırsansa yarat, son nəticədə kommunist, ya da YAP yaranacaq, çünki biz başqa bir partiya nümunəsi görməmişik...

Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir.

Ən son yazılan

XS
SM
MD
LG