Sovetlərin xarici işlər naziri olan Andrey Qromıkonun məşhur bir ifadəsi vardı. “Mən bildiklərimi danışsam, bütün dünya alt-üst olar”.
Sovet diplomatı partbiletinə sadiq qalıb bu dünyadan bildiklərini özü ilə o dünyaya apardı.
Qromıkonun atdığı oxun 40 il gizli qalan yayını bu günlərdə WikiLeaks təşkilatı üzə çıxartdı – gizli sənədlərin dili ilə diplomatların bildiklərini açıqladı.
HƏR ŞEY YALANDIR
Oldumu dünya alt-üst?
Belə baxanda demək çətindir, çünki Yer kürəsi yumru olduğndan bilinmir ki, altı hardadır, üstü harda?
Amma dünya ilə Azərbaycanın veci arasında keçilməz bir uçurum var, bilməmiş olmazsız.
O boyda qlobal maliyyə böhranının amansız caynaqlarından qorunmağa nail olan Azərbaycan üçün hansısa WikiLeaks nədir ki? Bir kilo ingilis sözünün yığnağı, qatığa hansı rəng verir-versin, Azərbaycanın öz milli qatıq rəngi var.
Nə bilim, İran Bakıda pul yuyur, Amerika səfrirliyi nə yazıb, Riçard Burnslə İlham Əliyev kimin sümüklərini yuyublar? Bütün bunlar – yalandır.
Bu məlumatları dərc edən Asancdır, kəsəncdir – kimdir, 100 faiz ya nəşəxordur (Bakıya göndərin, sübut edək), ya da ağıldan kəm (Naxçıvana göndərin sübut edək).
Azərbaycan haqqında nə yazıblar, nə yazırlar, nə yazacaqlar – hamısı yalan və iftiradır. Kim bilir, bəlkə də həmin Asanc Müsavatın Avstraliya dayaq dəstəsinin rəhbəridir.
ALLAH SƏNƏ RƏHMƏT ELƏSİN, QOQOL!
Özünə hörmət edən istənilən adamda yəqin ki, belə bir sual yaranır: necə olur ki, dünyanın fırladılmasında Nyutonun qanunları ilə bəhsə girən aparıcı dövlətlər çıqqılı bir təşkilatın əlində aciz qalır? Sualın cavabını rəhmətlik Qoqol hələ 175 il əvvəl vermişdi.
“Müfəttiş” komediyasının finalında Xlestakovun məktubunu oxuyurlar. Fırıldaqçı Xlestakov bir-bir şəhərin məmurları haqda fikrini yazır. Hər dəfə məktubun oxunuşuna kimsə müdaxilə edib, bu biabırçılığa son qoymaq istəyir. Amma hər dəfə adı artıq çəkilən məmurlar təkid edirlər ki, məktub oxunsun, Xlestakovun digər məmurlar haqda yazdıqları da açıqlansın.
İndi Klinton, Kəddafi, Əhməddinnejad, Putin, Merkel, Kəmaləddin Heydərov və sair dünya siyasətçiləri haqda sirrləri yayan WikiLeaks söz verib ki, dünya maliyyə maqnatlarının da sandığını açıb, bütün pambığı tökəcək ortalığa.
Xatırlayırsızsa, bu WikiLeaks əvvəl hərbçilərdən başladı. İndi keçib siyasətçilərə. Əzizlərim, heç dünyada biabır olan həmin adamlar imkan verərlərmi ki, bu ifşa zənciri qırılsın?
KLEVLENDDƏN XƏBƏR GƏLSƏ, YALANDIR!
Odur ki, bankirlərdən sonra yəqin ki, növbə həkimlərə çatar. Bəri başdan bildirək ki, Klevlend xəstəxanasının həkimlərinin yazdıqları – yalandır.
Sonra da növbə jurnalistlərə çatar, eləmi?
Millət, mənim müdirə yazdığım məktublar haqda WikiLeaksdə nəsə oxusaz, bilin və agah olun ki, hamısı təxribatdır, iftira və böhtan, qısası isə - YALANDIR! Mən müdirimin heç e-mail ünvanını belə bilmirəm.
Heç bilmirəm, sizi inandıra bildikmi? Bircə yazıb bizləri rahat etsəydiniz, minnətdar olardıq.
Yazıda ifadə olunan fikirlər müəllifin şəxsi mülahizələridir
Sovet diplomatı partbiletinə sadiq qalıb bu dünyadan bildiklərini özü ilə o dünyaya apardı.
Qromıkonun atdığı oxun 40 il gizli qalan yayını bu günlərdə WikiLeaks təşkilatı üzə çıxartdı – gizli sənədlərin dili ilə diplomatların bildiklərini açıqladı.
HƏR ŞEY YALANDIR
Oldumu dünya alt-üst?
Həmçinin oxu:
Amma dünya ilə Azərbaycanın veci arasında keçilməz bir uçurum var, bilməmiş olmazsız.
O boyda qlobal maliyyə böhranının amansız caynaqlarından qorunmağa nail olan Azərbaycan üçün hansısa WikiLeaks nədir ki? Bir kilo ingilis sözünün yığnağı, qatığa hansı rəng verir-versin, Azərbaycanın öz milli qatıq rəngi var.
Nə bilim, İran Bakıda pul yuyur, Amerika səfrirliyi nə yazıb, Riçard Burnslə İlham Əliyev kimin sümüklərini yuyublar? Bütün bunlar – yalandır.
Bu məlumatları dərc edən Asancdır, kəsəncdir – kimdir, 100 faiz ya nəşəxordur (Bakıya göndərin, sübut edək), ya da ağıldan kəm (Naxçıvana göndərin sübut edək).
Azərbaycan haqqında nə yazıblar, nə yazırlar, nə yazacaqlar – hamısı yalan və iftiradır. Kim bilir, bəlkə də həmin Asanc Müsavatın Avstraliya dayaq dəstəsinin rəhbəridir.
ALLAH SƏNƏ RƏHMƏT ELƏSİN, QOQOL!
Özünə hörmət edən istənilən adamda yəqin ki, belə bir sual yaranır: necə olur ki, dünyanın fırladılmasında Nyutonun qanunları ilə bəhsə girən aparıcı dövlətlər çıqqılı bir təşkilatın əlində aciz qalır? Sualın cavabını rəhmətlik Qoqol hələ 175 il əvvəl vermişdi.
«Wikileaks» Azərbaycan dilində